Millət vəkili vətəndaşlarla növbəti dəfə görüş keçirib FOTOLAR
Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
Adalet.az xəbər verir ki, Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb. Bildirmək istərdik ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında ailə-məişət problemindən əziyyət çəkən vətəndaşa dəstəyin göstərilməsi, işlə təmin olunma, əmək pensiyası almaqla bağlı vətəndaşın yaşadığı çətinlik, xəstəlikdən əziyyət çəkən vətəndaşın müalicəsi və s. bu kimi müxtəlif yönümlü məsələlər başlıca yer almışdır. Millət vəkilinin qərargahından verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 21 Noyabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















