Icma.az
close
up
RU
Millət vəkili: Zatulinin və onun kimilərin bu prosesi dayandırmağa nə mənəvi haqqı, nə də siyasi gücü yetər

Millət vəkili: Zatulinin və onun kimilərin bu prosesi dayandırmağa nə mənəvi haqqı, nə də siyasi gücü yetər

Apa.az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycanın suveren ərazilərində aparılan bərpa və abadlıq işlərini gözü götürməyən, işğal dövründə erməni vəhşiliklərinə ya susan, ya da açıq şəkildə haqq qazandıran rusiyalı deputat Konstantin Zatulin növbəti dəfə ağ yalanlarla çıxış edərək, Azərbaycan dövlətini “vandalizmdə” ittiham edib. Guya Xankəndidə İvan Ayvazovskinin heykəlinin sökülməsi “barbarlıqdır”, “dini və tarixi abidələrin dağıdılmasıdır” və s. Bu ittihamlar nəinki əsassızdır, həm də Zatulinin siyasi mövqeyinin və şəxsi əxlaqsızlığının təzahürüdür".

Bunu APA-ya açıqlamasında millət vəkili, ƏHD Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.

"Konstantin Zatulin uzun illərdir ki, postsovet məkanında imperialist zehniyyətin daşıyıcısı, Moskvanın “yumşaq işğal” siyasətinin ideoloqlarından biri kimi çıxış edir. Onun fəaliyyəti sadəcə Azərbaycan əleyhinə deyil. Zatulinin bütün simasız siyasi fəaliyyəti Gürcüstan, Ukrayna, Moldova kimi ölkələrdə də separatizmin dəstəklənməsi, dövlətlərin suverenliyinə qarşı çağırışlar, tarixi saxtalaşdırmalarla müşayiət olunub. 2022-ci ildə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş çıxışlarına görə ölkəmizə girişinə qadağa qoyulmuş bu şəxs indi “mədəni irs” mövzusunda danışacaq qədər riyakar və həyasızdır" deyə, Elçin Mirzəbəyli bildirib.

Millət vəkili qeyd edib ki, Ayvazovski heç bir zaman Qarabağda yaşamayıb, Xankəndi və ya ətraf ərazilərlə bioqrafik və ya yaradıcılıq baxımından hər hansı əlaqəsi olmayıb: "Onun adına Xankəndidə ucaldılmış abidə Azərbaycan torpaqlarını işğal edən separatçı rejim tərəfindən siyasi simvol kimi istifadə olunub. Bu abidənin qoyulmasında məqsəd mədəniyyət yox, ideoloji təsir və erməni mənsubiyyətinin süni şəkildə vurğulanması olub.
Azərbaycan isə bu abidəni məhz işğaldan azad olunmuş ərazilərdə dövlət suverenliyi çərçivəsində və beynəlxalq hüquqa uyğun şəkildə söküb. Bu, vandalizm deyil – süni şəkildə yeridilmiş, tarixi təhrif edən və qanunsuz rejimin izlərini daşıyan bir obyektin legitim şəkildə sökülməsidir.
Zatulinin susduğu, yaxud haqq qazandırdığı əsl vandalizm isə 30 illik işğal dövründə baş verib.
Ən azı 900-dən çox tarixi və mədəni abidə erməni işğalçı qüvvələri tərəfindən dağıdılıb.
Şuşa, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və digər şəhərlər tamamilə viran qoyulub, yerlə-yeksan edilib.
Məscidlərdə donuz saxlanılıb, qəbiristanlıqlar texnika ilə dağıdılıb, nadir əlyazmalar məhv edilib və ya talanıb.
Alban-Udi dini irsi erməniləşdirilib, kilsələr üzərində saxta xaçlar düzəldilib.
Bu faktlar UNESCO, ICOMOS və digər beynəlxalq təşkilatların hesabatlarında, sənədlərdə də təsdiqini tapıb. Zatulin bunlara susur. Niyə? Çünki onun “mədəniyyətə” münasibəti yalnız erməni prizmasından keçir. O, mədəni irs kimi mənəvi məsələlərdən də siyasi alət kimi istifadə edir. Çünkü özü mənəviyyatdan qısır qalıb".

Zatulinin “xacqarların dağıdılması” ilə bağlı iddiasına cavab olaraq Elçin Mirzəbəyli deyib ki, Azərbaycan dövləti bu gün bütün dini və etnik azlıqlara, o cümlədən xristian irsinə böyük hörmətlə yanaşır: "Qafqaz Albaniyasının tarixi kilsələri restavrasiya olunur, xristian dini icmalar – pravoslavlar, katoliklər, udilər – tam azad şəkildə fəaliyyət göstərirlər. Azərbaycanın dövlət siyasətində dini abidələrin məhv edilməsi deyil, bərpası dayanır.
Lakin burada vacib bir fərq var: erməni işğalçılar tərəfindən saxtalaşdırılmış və qanunsuz şəkildə dəyişdirilmiş abidələr, xüsusilə alban irsi üzərinə vurulan saxta erməni elementləri təmizlənir və orijinal forması bərpa olunur. Bu, vandalizm deyil, tarixin bərpasıdır.
Azərbaycan dövləti tərəfindən Şuşada yerləşən erməni kilsəsinin təmirə cəlb edilməsi, Zəngilanda katolik kilsəsinin qorunması, rus pravoslav kilsələrinin, yəhudi sinaqoqlarının təmir olunması onu göstərir ki, Bakı multikulturalizmin və mədəni müxtəlifliyə hörmətin real ünvanıdır.
Əgər Zatulin həqiqətən mədəni irsə dəyər verirsə, niyə bu gün Rusiya ərazisində yüzlərlə müsəlman məscidinin dağıdılmasına, Qafqaz xalqlarının abidələrinin təhqir edilməsinə susur? Onun “barbarlıq” anlayışı niyə yalnız Ermənistana toxunanda işə düşür?
Zatulin sadəcə korporativ maraqları naminə şərəfini satan şəxs deyil, o, XX əsr boyu xalqları assimilyasiya edən, xalqların mədəni irsinə, suverenliyinə təcavüz edən imperialist zehniyyətin təmsilçisidir. Onun dedikləri həqiqəti deyil, yalanın nə qədər çılpaq və kobud ola biləcəyini göstərir. Azərbaycan isə bu gün tarixini, mədəniyyətini, azadlığını qoruyur və qoruyacaq da. Zatulinin də, onun kimilərin də bu prosesi dayandırmağa nə mənəvi haqqı, nə də siyasi gücü yetər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://apa.az
archiveBu xəbər 31 İyul 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri