Icma.az
close
up
RU
Millət yolunda yanan məsum alov

Millət yolunda yanan məsum alov

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Tuncay SEYİDOV
Bakı Slavyan Universitetinin tələbəsi

Bəzi insanlar var ki, onların ömür yolu doğulduqları gündən yazılmış olur. 1991-ci ildə dünyaya göz açan Fırat Yılmaz Çakıroğlu da məhz belə bir övlad idi.

Hələ 5 yaşında ikən ondan böyüyəndə nə olacağını soruşduqda, qətiyyətlə "Şəhid olacağam!" cavabını vermişdi.

O, bu sözləri deyəndə bəlkə də hamı sadəcə bir uşaq sözünün əhəmiyyətsiz olduğunu düşündü. Amma zaman keçdi və biz hamımız gördük ki, Fırat o gün öz taleyini, bir millətin fəryadını, bir xalqın mübarizəsini dilə gətirmişdi. Bir insan təkcə bir fərd olaraq var olmur, o, bir ideyanın daşıyıcısı olur.

Fırat Yılmaz Çakıroğlu, sadəcə bir universitet tələbəsi deyildi, sadəcə bir tarixçi olmaq üçün oxuyan biri deyildi. O, milli ruhun, türklüyün, vətən sevgisinin təcəssümü idi.

İzmir Ege Universitetində Ədəbiyyat fakültəsində təhsil alarkən, o, yalnız kitablardan tarix öyrənmədi, həm də onu öz qanı ilə yazdı. Çünki Fırat bir missiya üçün doğulmuşdu, Vətənin şərəfini qorumaq.

Müstəqillik yalnız bir dövləti yox, eyni zamanda insan ruhunu ifadə edir. Fırat da bilirdi ki, mübarizə yalnız cəbhələrdə, silahların danışdığı yerlərdə aparılmır. Universitetlərdə, auditoriyalarda, küçələrdə, düşüncələrdə də bir savaş gedirdi. Onun düşməni silahlı bir ordu yox, beyinlərə zəhər kimi yayılan bölücülük, milli ruhu sarsıtmağa çalışan xain ideologiyalar idi.

O, universitetlərdə separatçı və bölücü ünsürlərə qarşı dayanan, gəncləri milli şüur ətrafında birləşdirən bir sima idi. Onun bu mübarizəsi ona qarşı düşmənçilik toxumları səpən xainlər tərəfindən hədəfə çevrilməsinə səbəb oldu. Amma Fırat qorxmadı. Çünki o, nə üçün döyüşdüyünü bilirdi. O, yalnız bu gün üçün yox, gələcək nəsillər üçün savaşırdı. O bilirdi ki, milli ruhsuz bir gənclik, köksüz bir ağaca bənzəyir. Külək haraya əsərsə, ora əyilər.

Günlərin bir günü, 20 Fevral 2015-də, millətə xidmət etməyin əvəzi ölümlə ödənildi. Universitetdə separatçı terrorçuların hücumuna məruz qalan Fırat, 16 bıçaq zərbəsi ilə ağır yaralandı.

Düşmən bilirdi ki, bu gənc sadəcə bir insan deyil, o, bir ideologiyadır. Amma onlar bilmirdilər ki, ideologiyalar öldürülmür!

Fıratın xəstəxanaya çatdırılmasında gecikdirilməsi onun həyatına son qoydu. Amma əslində o, təkcə şəhid olmadı, həm də bir əfsanəyə çevrildi. Onun qanı bu torpağa axdı, amma o qan Vətən torpağına can verdi, milli ruhu yenidən alovlandırdı. Fırat Yılmaz Çakıroğlunun şəhadəti təkcə ailəsinin deyil, bütün millətin ürəyini yandırdı. İnsanlar küçələrə çıxdı, mitinqlər keçirildi, onun adı əbədiləşdirildi. Küçələrə, parkalara, kitabxanalara onun adı verildi.

Amma ən önəmlisi, Fırat gənclərin ruhunda əbədi olaraq yaşamağa başladı. Onun mübarizəsi bitmədi, çünki o, təkbaşına deyil, milyonlarla insanın ürəyində yanan bir alov idi! O gün, Fıratın şəhid olduğu an, onun haqqında yazılmış bir cümlə var idi: "Fıratlar ölür, amma ideyalar yaşayır!" Bu cümlə bir həqiqəti ifadə edir: Bir qəhrəmanı öldürmək mümkündür, amma onun uğrunda mübarizə apardığı dəyərləri öldürmək mümkün deyil! Fıratın həyatı, millətinə bağlı olan hər bir gənc üçün bir dərsdir. O, bizə göstərdi ki, milli dəyərlər yalnız şüarlardan ibarət deyil, onları qorumaq üçün bəzən canından keçmək lazımdır.

O, bizə öyrətdi ki, türk gənci yalnız kitab oxuyan, universitet auditoriyalarında oturan biri deyil. O, həm də tarix yazan, vətən uğrunda mübarizə aparan bir qəhrəmandır.

Fırat Yılmaz Çakıroğlu təkcə bir insan deyildi, o, bir dastan idi. Və bu dastan hələ bitməyib. Bu gün onu xatırlamaq kifayət deyil, onun uğrunda mübarizə apardığı idealları yaşatmaq lazımdır.

Şəhidlər ölməz, Vətən bölünməz!

Ruhun şad olsun, Fırat!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Mart 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri