Icma.az
close
up
RU
Millətin məhəbbətini qazanmış Ulu Öndər

Millətin məhəbbətini qazanmış Ulu Öndər

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

​1993-cü ilin 3 oktyabr tarixi Azərbaycan Respublikasının müasir dövlətçilik salnaməsinə həlledici, taleyüklü və müqəddəratı müəyyən edən böyük dönüş nöqtəsi kimi həkk olunmuşdur. Məhz bu tarixdə keçirilən ümumxalq səsverməsi nəticəsində xalqın mutləq əksəriyyətinin etimadını və sonsuz inamını qazanan Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi seçim sadəcə bir siyasi liderin ali hakimiyyətə gəlişi deyil, dərin siyasi, iqtisadi və sosial böhranlar məngənəsində boğulan, müstəqilliyini itirmək, xaosda batmaq və parçalanmaq təhlükəsi ilə üz-üzə qalan bir millətin öz nicat yolunu müəyyənləşdirməsi idi.

​1990-cı illərin əvvəllərində müstəqilliyini yeni bərpa etmiş Azərbaycan olduqca ağır, fəlakətli sınaqlarla üzləşmişdi. Bir tərəfdən Ermənistanın təcavüzü və torpaqlarımızın işğalı, digər tərəfdən ölkə daxilindəki hərc-mənclik, vətəndaş qarşıdurması və idarəetmədəki naşılıq dövlətin varlığını birbaşa sual altına qoymuşdu. İqtisadiyyatın tamamilə çökməsi, xalqın sosial rifahının acınacaqlı vəziyyətə düşməsi milli ümidsizliyi son həddə çatdırmışdı. Belə bir tarixi məqamda xalqın yeganə pənahı və ümid yeri sınaqlardan keçmiş, dərin zəkası və idarəçilik təcrübəsi ilə tanınan dahi dövlət xadimi Heydər Əliyev idi. Xalqın təkidli xahişi və tələbi ilə Bakıya qayıdan Ulu Öndər ilk növbədə ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi, sabitliyin təməlini qoydu. Oktyabrın 3-də keçirilən prezident seçkiləri isə bu xilaskarlıq missiyasına xalqın rəsmi, hüquqi və sarsılmaz dəstəyinin təcəssümünə çevrildi. Seçicilərin 98,8 faizinin səsini toplayan Heydər Əliyev, millətin öz rəhbərinə olan sonsuz sevgisini bütün dünyaya nümayiş etdirdi.

​3 oktyabr seçimindən sonra Ümummilli Lider müasir Azərbaycanın dövlətçilik sütunlarını addım-addım qurdu. Qanunsuz silahlı birləşmələr ləğv edildi, dövlət intizamı bərpa olundu, 1995-ci ildə ilk Konstitusiyanın qəbulu ilə hüquqi dövlətin təməlləri atıldı. Dağınıq dəstələrdən nizami, peşəkar milli ordu formalaşdırıldı, 1994-cü ilin mayında əldə edilən atəşkəs ölkəyə strateji vaxt kazandırdı. Həmin yıl imzalanan "Əsrin müqaviləsi" ilə Azərbaycanın dünya iqtisadi sisteminə uğurlu enteqrasiyası başladı, gələcək iqtisadi müstəqilliyin əsası qoyuldu. Ulu Öndərin balansı uzaqgörən xarici siyasəti ölkəmizi beynəlxalq təcriddən çıxardı və aparıcı dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq əlaqələri qurdu.

​Heydər Əliyevin millətin məhəbbətini qazanmasının sirri onun müstəsna dövlətçilik istedadı ilə yanaşı, öz xalqına olan sonsuz, təmənnasız sevgisində idi. O, hər bir qərarında, hər bir addımında milli maraqları uca tuturdu. "Mən ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm" deyən dahi şəxsiyyət, ömrünün son anınadək bu müqəddəs andına sadiq qaldı, xalqı ilə bir vurğan ürəyini və zəkasını Azərbaycanın parlaq gələcəyinə həsr etdi.

​3 oktyabr 1993-cü il tarixi müasir Azərbaycanın müqəddəratını həll edən böyük strategiyanın, sarsılmaz xalq-lider vəhdətinin başlanğıcı oldu. Ulu Öndərin müəyyənləşdirdiyi uzaqgörən siyasi kurs, möhkəm dövlətçilik təməli və güclü ordu strategiyası onun layiqli siyasi varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük dahi ilə davam etdirildi. Məhz bu tarixi siyasətin Zəfər zirvəsi olaraq torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Bu gün Şuşada, Xankəndidə, Laçında və bütün Qarabağda dalğalanan üçrəngli bayrağımız 3 oktyabr 1993-cü ildə qoyulan möhkəm təməlin, xalqın öz xilaskar rəhbərinə bəslədiyi sonsuz məhəbbətin və dahi liderin arzularının canlı təntənəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Sentyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri