Icma.az
close
up
RU
Milli birlik bayramı!

Milli birlik bayramı!

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

31 dekabr köhnə ilin son günüdür. Qarşıdan yeni il gəlir. Köhnə ili xatirələrlə yola salmağa, yeni ili arzularla qarşılamağa hazırlaşırıq. Ancaq ilin son günü Azərbaycan xalqı üçün yalnız bu səbəbə görə əlamətdar deyil. Bu günü bizim üçün xüsusi əlamətdar edən daha mühüm səbəb isə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi müəyyənləşdirilməsidir.

Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası “Azərbaycanlıların həmrəyliyi günü haqqında” tarixi qərarı 1991-ci il dekabrın 25-də qəbul edib. Bəhs olunan  sənədlə qərara alınıb ki, hər il dekabr ayının 31-i bütün dünyada yaşayan azərbaycanlıların həmrəyliyi günü elan edilsin.  Həmin vaxtdan etibarən dünyanın ayrı-ayrı nöqtələrində yaşayan on milyonlarla azərbaycanlının qəlbində ana Azərbaycana böyük məhəbbətlə eyni bir ürək döyünür.

O qarlı, şaxtalı gündə...

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi 1989-cu il dekabrın son gününə uzanır. Azərbaycan xalqı Vətən, torpaq sevgisi son dərəcə böyük olan bir xalqdır. Yadellilərin planları nə qədər məkrli, iblis xislətli olsa da, bizim qan yaddaşımızdan torpaq sevgisini, yurd həsrətini silə bilməyib. Araza baxıb köks ötürmüşük, xəyallarımızda o tayla bu tayı həmişə  bütöv sanmışıq.

Ötən əsrin səksəninci illərinin sonlarına doğru keçmiş ittifaq məkanında adi olmayan proseslər izlənilirdi. Xalqların özünüdərk, özünütəsdiq hissləri güclənmişdi.  Azərbaycan da milli azadlıq hərəkatının bu və ya digər şəkildə açıq müstəviyə keçdiyi respublikalar sırasında yer alırdı. Beləliklə, keçmiş SSRİ-nin süqutu ərəfəsində - 1989-cu il dekabrın son günlərində Araz sahillərində yaddaşımızda əbədi qalacaq hadisələr yaşandı. Arazın o tayından və bu tayından olan azərbaycanlılar onları ayıran tikanlı çəpərləri dağıtdılar. Hava soyuq və şaxtalı olsa da, Arazın sahilində bir-birinə qovuşan azərbaycanlılar günlərlə orada qaldılar və birləşmək istədiklərini bütün dünyaya bəyan etdilər. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü də məhz xalqımızın birləşmək istəyini simvolizə edir.

Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan tarixi qərar

Soydaşlarımızın sıx birliyini hədəfləyən azərbaycançılıq ideologiyasını milli məfkurəmizə böyük siyasətçi Heydər Əliyev daxil edib. Bir tərəfdən Onun parlaq şəxsiyyəti azərbaycanlılar üçün böyük qürur mənbəyi idi. Digər tərəfdən, Heydər Əiyev hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdən başlayaraq  dilimizə, mədəniyyətimizə, ədəbiyyatımıza sonsuz qayğı göstərməklə xalqa milli ideya aşılayırdı.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi ideyası da Heydər Əliyevə məxsusdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə tarixi qərar qəbul edildi. Təbii ki, təşəbbüs bilavasitə Heydər Əliyevin Özündən gəlmişdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət ünvanlayıb. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

Şuşada Zəfər qurultayına doğru

Sonrakı mərhələdə Heydər Əliyev dünya azərbaycanlılarının birliyinin institutlaşması prosesinin əsasını qoyub. Onun təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultaydan sonra Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.

Zamanında Heydər Əliyevin əsasını qoyduğu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. Dövlətimizin başçısının səyləri sayəsində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Hədəf xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsidir. Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Dövlət başçımızın təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi dünya azərbaycanlılarının yeni bir qürur mənbəyinə çevrilib. Dünya azərbaycanlılarının 2001-ci ildə Bakıda keçirilən birinci qurultayında Heydər Əliyev əminliklə bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bu missiyanı xalqımız dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə reallaşdırmağa nail oldu. Soydaşlarımız  son dərəcə qürurludurlar ki, uzun işğal illərindən sonra dünya azərbaycanlılarının V qurultayı azad Şuşada keçirildi. 22 aprel 2022-ci ildə baş tutan qurultay tarixdə Zəfər Qurultayı kimi qalacaq.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 Dekabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

09 Avqust 2026 01:33see233

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see196

Bu pozada yatmaq tromb riskini artırır Kardioloq

08 Avqust 2026 23:11see195

Abşeronda zəncirvari yol qəzası olub

09 Avqust 2026 00:22see195

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see192

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see189

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see188

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see187

Avropada təhlükəli virus yayılır 6 nəfər öldü

09 Avqust 2026 00:31see186

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)

09 Avqust 2026 00:17see182

PAŞİNYAN KREMLDƏN İCAZƏ ALINA BİLMƏYİB Bunu təkcə biz yox, ABŞ da görür...

08 Avqust 2026 16:48see180

Heç kim torpağını atıb çıxıb gedən deyil Zelenski

09 Avqust 2026 00:17see178

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see177

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see173

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see172

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see169

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq FOTO

08 Avqust 2026 23:09see168

Maqnit qasırğaları haqda BİLMƏDİKLƏRİMİZ: İnsanlar və texnika üçün nə dərəcədə təhlükəlidir

09 Avqust 2026 00:59see165

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see164

Kredit kartı şifrəsində 0 rəqəmi olanlara xəbərdarlıq edildi

09 Avqust 2026 00:32see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri