Icma.az
close
up
RU
Milli birlik və gələcəyə inam

Milli birlik və gələcəyə inam

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

“Beş il öncə - 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycanın müasir siyasi tarixində strateji və simvolik əhəmiyyətə malik hadisə kimi dəyərləndirilir. Bu qələbə dövlətin siyasi iradəsinin, milli birliyin və ordu quruculuğunun nəticəsi olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası prosesində həlledici mərhələ təşkil etdi. 2023-cü ildən etibarən həmin günün “Füzuli şəhəri günü” kimi qeyd olunması həmin hadisənin tarixi və ideoloji yükünü dövlət səviyyəsində rəsmiləşdirib”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Füzuli rayonu coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edən bölgələrdən biridir. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan ərazi həm təbii resursları, həm də kommunikasiya yollarına çıxışı baxımından regionda mühüm mövqeyə malikdir. Tarixi baxımdan 1827-ci ildə əsası qoyulan və 1959-cu ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin adı ilə adlandırılan bu ərazi həm mədəni, həm dini-tarixi memarlıq abidələri ilə zəngindir. XIII–XIV əsrlərə aid Şeyx Babi Yaqub və Mirəli türbələri, həmçinin XIX əsr memarlıq nümunələri bu bölgənin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğunu göstərir. 1993-cü ilin avqustunda Füzuli şəhərinin və rayonun böyük hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində bölgə sosial, iqtisadi və humanitar fəlakətlə üzləşdi. Onilliklər boyu davam edən bu vəziyyət yalnız ərazi itkisi deyil, həm də regional təhlükəsizlik və inkişaf baxımından dərin nəticələr doğurdu.
Millət vəkilinin sözlərinə görə, 2020-ci ilin payızında baş vermiş Vətən müharibəsi zamanı Füzuli istiqamətində aparılan əməliyyatlar Azərbaycan Ordusunun peşəkarlığını və müasir hərbi potensialını nümayiş etdirdi. Füzuli uğrunda gedən döyüşlər cənub cəbhəsində strateji qapının açılmasına və sonrakı əməliyyatların – xüsusilə Şuşa istiqamətinin azad edilməsinin əsasını qoydu.
İşğaldan azad edildikdən sonra isə Füzuli rayonunda həyata keçirilən bərpa və yenidənqurma işləri Azərbaycanın postmünaqişə dövrü inkişaf strategiyasının nümunəsinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə təsdiqlənən “Füzuli şəhərinin 2040-cı ilədək Baş planı” regionun sosial-iqtisadi dirçəlişinin elmi əsaslara söykənən planlaşdırma modelini formalaşdırdı. Füzuli Beynəlxalq Hava Limanının, Zəfər və Füzuli-Hadrut avtomobil yollarının, Rəqəmsal Yarımstansiyanın və Köndələnçay su anbarları kompleksinin istifadəyə verilməsi yalnız infrastrukturun bərpası deyil, həm də Qarabağın gələcək iqtisadi inteqrasiyasını təmin edən mühüm mərhələ oldu.
Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi “Böyük Qayıdış” strategiyası çərçivəsində Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı sosial dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Bu proses təkcə demoqrafik göstəricilərin bərpası deyil, həm də milli yaddaşın, mədəni irsin və mənəvi bağların bərpası kimi dəyərləndirilir. Hazırda yüzlərlə ailənin daimi yaşayış üçün Füzuliyə köçürülməsi bu siyasətin real nəticələrini əks etdirir. Bərpa prosesində beynəlxalq əməkdaşlıq da mühüm rol oynayır. Qardaş Özbəkistanın Mirzə Uluqbəy adına orta məktəbini, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini inşa etməsi Türk dünyasının həmrəyliyinin, mənəvi dəstəyinin və mədəni diplomatiyanın bariz göstəricisidir. Bu layihələr azad edilmiş ərazilərin bərpasında regional tərəfdaşlığın yeni modelini təqdim edir.
“Füzuli şəhərinin bərpası həm siyasi, həm də strateji mənada Azərbaycanın yeni inkişaf fəlsəfəsinin ifadəsidir. Dövlətin məqsədyönlü siyasəti nəticəsində region artıq yalnız siyasi deyil, həm də iqtisadi və sosial canlanmanın mərkəzinə çevrilir. Burada həyata keçirilən layihələr milli potensialın səfərbərliyini, idarəetmənin effektivliyini və uzunmüddətli planlaşdırma mədəniyyətini əks etdirir. Beləliklə, Füzuli şəhəri bu gün Azərbaycan dövlətçiliyinin yenilənmiş güc modelinin, milli iradənin və tarixi ədalətin bərpasının rəmzinə çevrilib. Bu şəhərin azad olunması və yenidən qurulması həm Azərbaycan xalqının əzmini, həm də dövlətin strateji düşüncə qabiliyyətini nümayiş etdirir. 17 oktyabr – Füzuli şəhəri günü təkcə təqvim tarixi deyil, həm də müasir Azərbaycanın siyasi sabitlik, milli birlik və gələcəyə inam fəlsəfəsinin təntənəsidir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri