Icma.az
close
up
RU
Milli birliyin və mərhəmətin ifadəsi: Prezidentin amnistiya təşəbbüsü

Milli birliyin və mərhəmətin ifadəsi: Prezidentin amnistiya təşəbbüsü

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində qəbul ediləcək növbəti amnistiya aktı Azərbaycan dövlətinin humanizmə, ədalətə və sosial ədalət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.

Bu mühüm təşəbbüs minlərlə ailənin yenidən sevincə qovuşmasına, illərdir həsrətində olduqları doğmalarına qayıdışına imkan yaradacaq. Məlumdur ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ötən 34 il ərzində ölkəmizdə ümumilikdə 12 amnistiya aktı qəbul edilib və bu aktlar 70 minə yaxın şəxsi əhatə edib. İlk amnistiya məhz müstəqilliyimizin bərpası münasibətilə qəbul olunaraq, yeni dövlətin humanist siyasətinin əsasını qoyub. Qeyd edilməlidir ki, bu amnistiya aktlarının böyük əksəriyyəti Prezident İlham Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Eyni zamanda, dövlət başçısı tərəfindən indiyədək 70-dən çox əfv sərəncamı imzalanıb ki, onların da əksəriyyəti məhz müasir inkişaf mərhələsində həyata keçirilib. Bu faktlar bir daha göstərir ki, humanizm, bağışlama və islah olunma şansı vermək siyasəti Azərbaycan dövlətçiliyinin əsas dəyərlərindən biridir.

Bu nəcib ənənənin təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir. İnsan taleyinə həssas yanaşma, ailələrin birləşməsinə şərait yaratmaq, cəmiyyətə yenidən qazandırmaq kimi humanist addımlar müasir Azərbaycan reallıqlarının ayrılmaz hissəsinə çevrilib.

Bu prosesdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri də xüsusi qeyd olunmalıdır. Onun insanpərvərlik, mərhəmət və sosial ədalət prinsiplərinə əsaslanan fəaliyyəti əfv və amnistiya siyasətinin daha geniş miqyas almasına mühüm töhfələr verir. İllər ərzində qəbul edilən əfv sərəncamları və amnistiya aktları nəticəsində on minlərlə Azərbaycan vətəndaşı ilə yanaşı, ölkəmizdə cəza çəkmiş əcnəbi şəxslər də azadlıqlarına qovuşaraq ailələrinə dönüblər. Bu isə Azərbaycanın beynəlxalq humanitar dəyərlərə verdiyi önəmin göstəricisidir.

Məlumdur ki, Azərbaycan Respublikasında qanunun aliliyi və hüquqi dövlət prinsipləri daim prioritet təşkil edir. Bununla yanaşı, əlamətdar tarixi hadisələr və xüsusi ictimai-siyasi mərhələlər ərəfəsində amnistiya aktlarının qəbul edilməsi ölkəmizdə formalaşmış humanist və dövlətçilik ənənələrinin bariz nümunəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya aktının gündəmə gətirilməsi də məhz bu ali dəyərlərə söykənən, cəmiyyətin sosial rifahına və ictimai ədalətin təmininə xidmət edən mühüm addımdır. Bu təşəbbüs dövlət başçısının insan amilinə verdiyi yüksək dəyərin, hüquq və ədalət prinsiplərinə sadiqliyinin növbəti təzahürüdür. Azərbaycan Prezidentinin təşəbbüsü ilə qəbul edilmiş 2021-ci il 5 noyabr tarixli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar 17 267 şəxsə şamil olunaraq indiyədək tətbiq edilmiş ən geniş amnistiya olmuşdur. Hazırda isə cənab Prezident “Konstitusiya və Suverenlik İli” çərçivəsində daha geniş əhatəli növbəti amnistiya aktının təşəbbüsü ilə çıxış edib.

Qəbul edilməsi nəzərdə tutulan bu amnistiya aktı indiyədək ölkəmizdə tətbiq olunmuş ən genişmiqyaslı humanist sənədlərdən biri olacaq və 20 mindən artıq şəxsi əhatə edəcək.

Cənab Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mərkəzində hər zaman insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır.

Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən amnistiya aktları da bu humanist siyasətin ardıcıl və sistemli xarakter daşıdığını aydın şəkildə nümayiş etdirir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən bu təşəbbüs də dövlətin vətəndaşına verdiyi yüksək dəyərin, hüquqi dövlət quruculuğuna və insan hüquqlarının qorunmasına göstərilən xüsusi diqqətin bariz ifadəsidir. Şübhəsiz ki, bu amnistiya aktı minlərlə ailəyə sevinc bəxş etməklə yanaşı, cəmiyyətimizdə sosial həmrəyliyin möhkəmlənməsinə, humanist dəyərlərin daha da təşviqinə xidmət edəcək və “Konstitusiya və Suverenlik İli”nin sonunda xalqımıza ünvanlanan ən əlamətdar və dəyərli töhfələrdən biri kimi tarixə düşəcək. Bu baxımdan sənəd təkcə hüquqi deyil, həm də dərin siyasi və mənəvi məna daşıyır. Qazanılmış tarixi Zəfərdən və suverenliyin bərpasından sonra elan edilən amnistiya aktı güclü dövlətin güclü humanizm siyasətinin göstəricisidir.

Azərbaycan bu addımı ilə dünyaya bir daha nümayiş etdirir ki, güc və mərhəmət, qətiyyət və humanizm bir-birini tamamlayan ali dəyərlərdir.  

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Dekabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see279

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see243

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see229

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see202

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see191

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see186

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see174

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see169

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see168

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see157

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see156

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see152

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see145

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see137

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri