Milli Depozit Mərkəzi bazar iştirakçılarının innovativ xidmətlərə çıxışını əsas prioritet kimi müəyyənləşdirib AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 28 dekabr, AZƏRTAC
Mərkəzi Bankın 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasına əsasən, kapital bazarları üzrə əsas strateji hədəflər bazar infrastrukturunun inkişaf etdirilməsini, bazara olan etimadın gücləndirilməsini və dayanıqlığı, bazara çıxış imkanlarının genişləndirilməsini və investisiya alətlərinin çeşidinin artırılmasını əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev "E-vote" sistemi ilə bağlı brifinqdə deyib.
O bildirib ki, həmin hədəflərə nail olmaq üçün Milli Depozit Mərkəzinin (MDM) 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası təsdiq edilib.
İdarə Heyəti sədrinin sözlərinə görə, maliyyə sektorunun ümumi sağlamlığına və sabitliyinə töhfə verəcək qabaqcıl və effektiv bir təşkilat kimi MDM bazar iştirakçılarının əlçatan, məsuliyyətli və innovativ xidmətlərə çıxışının təmin olunmasını əsas prioritet kimi müəyyənləşdirib. Rəqəmsallaşma istiqamətində aparılan təkmilləşdirmə nəticəsində depo hesabların açılması üzrə yeni arxitektura formalaşdırılıb. İnvestisiya şirkətlərinin müştəriləri API vasitəsilə depo hesablarını məsafədən aça bilirlər və balanslarında olan qiymətli kağızlar barədə məlumatları əldə edirlər. Bu yeni infrastrukturun yaradılması qabaqcıl ölkələrin təcrübəsinə uyğun bir yenilikdir və kapital bazarının inkişafına töhfə verəcək.
"Mərkəzi Bankın dəstəyi ilə Azərbaycan Beynəlxalq Bankının səhmlərinin ilkin yerləşdirilməsi zamanı tətbiq etdiyimiz rəqəmsal həllər uğurla sınaqdan keçdi. İnvestorlar mobil tətbiq vasitəsilə açılmış depo hesablar üzərindən sifarişlərini rahat şəkildə yerləşdirə bildilər. Təkrar bazar əməliyyatları üzrə məsafədən ticarətin nəticələrinin qiymətli kağızlar balanslarında əks edilməsi imkanı yaradılıb", - deyə S.Xudaverdiyev diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 28 Dekabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















