Icma.az
close
up
RU
Milli Elmi Komanda Sidneydə Azərbaycanı təmsil edəcək

Milli Elmi Komanda Sidneydə Azərbaycanı təmsil edəcək

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avstraliya İttifaqının Sidney şəhərində keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresində (BAK) Azərbaycanı təmsil edəcək Milli Elmi Komandaya üzv olacaq tələbələrin, alimlərin cəlb edilməsi üzrə hazırlıqlar uğurla tamamlanıb.

SİA-nın məlumatına görə, Azərbaycan Kosmik Agentliyindən (“Azərkosmos”) bildirilib ki, layihə “Azərkosmos”un “KOSMİK Akademiya”sı, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin “SABAH qrupları” layihəsi və Azərbaycan Milli Aviasiya Akademiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.

Milli Elmi Komanda layihəsi “KOSMİK Akademiya”nın əsas təşəbbüslərindən biri olaraq 4500 tələbə, 1000 gənc alim və 100 alim üçün genişmiqyaslı elmi dəstək proqramını həyata keçirib. Layihə çərçivəsində Azərbaycan üzrə 14 universitetdə silsilə informasiya sessiyaları təşkil edilərək, elmi məqalə yazma və təqdim etmə mövzusunda iştirakçılara ətraflı təlimlər keçirilib.

Bu il ilk dəfə tətbiq edilən Mentorluq Proqramı çərçivəsində iştirakçılara layihə və onun məqsədləri, elmi abstraktların hazırlanması və qiymətləndirilməsi prosesi, elmi məqalələrin mövzu seçimi və qeydiyyat qaydaları haqqında ətraflı məlumat verilib. Bu proqram tələbələrin və gənc alimlərin elmi yazı bacarıqlarını inkişaf etdirmək və Beynəlxalq Astronavtika Konqresinin “Tələbə və Gənc Alimlər Proqramı”nda (SYP) daha fəal iştiraklarını təmin etmək məqsədini hədəfləyir.

Beynəlxalq Astronavtika Konqresi, kosmos sahəsindəki ən son yeniliklərin nümayiş etdirildiyi, 200-dən çox elmi-texniki və interaktiv plenar sessiyaların olduğu, dünyanın müxtəlif ölkələrindən alimlərin və mütəxəssislərin bir araya gəldiyi mühüm bir platformadır. BAK tarixində tədbirə iki dəfə ev sahibliyi etmiş Azərbaycanda sözügedən Konqresin “Tələbə və gənc alimlər proqramı”nda (SYP) tələbələrin və gənc alimlərin elmi məqalələrlə fəal və davamlı iştirakının təşviq edilməsi qərara alınıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, “SABAH qrupları” Dövlət Proqramı və “Azərkosmos”un birgə yaratdığı Konsorsium tərəfindən Azərbaycan Milli Elmi Komandası təsis edilib.

Milli Elmi Komanda 2023-cü il üzrə Bakı konqresində 214, 2024-cü il üzrə 345 elmi məqalə ilə azərbaycanlı tələbələrin və gənc alimlərin konqresdə iştirakını təşviq edib. Beləliklə, Bakı konqresində 82, Milan konqresində 52 tələbə və gənc alimdən ibarət Milli Elmi Komanda yüksək elmi nəticələr göstərib.

Milli Elmi Komanda cari ilin 29 sentyabr–3 oktyabr tarixlərində keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresinə tələbə və gənclərdən ibarət yeni heyət hazırlayır. Milli Elmi Komanda layihəsinin hədəflərində 2026-cı ildə Türkiyənin Antalya şəhərində keçiriləcək 77-ci Beynəlxalq Astronavtika Konqresində də azərbaycanlı tələbələr və gənc alimlərdən ibarət heyətin fəal iştirakını təmin etməkdir.

76-cı Beynəlxalq Astronavtika Konqresində Azərbaycan elmi ictimaiyyətinin yüksək səviyyədə təmsil olunması, ölkəmizin kosmik tədqiqatlar, innovasiyalar, rəqəmsallaşma, kosmik diplomatiya və müdafiə sənayesi potensialının insan kapitalına yatırım aspektindən beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Fevral 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri