“Milli Gimnastika Arenasına heyran qaldıq” ABŞ minifutbol yığmasının üzvü
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Minifutbol üzrə ABŞ yığmasının üzvü Stefan Miyatoviç dünya çempionatının keçirildiyi Milli Gimnastika Arenasına heyran qalıb.
Müdafiəçi bunu "Report"a açıqlamasında bildirib.
"Milli Gimnastika Arenası çox möhtəşəmdir. Həqiqətən futbol oynamaq üçün əla imkan yaradılıb. ABŞ-dən 2 gün əvvəl gəlmişik. Şəhəri gəzmək üçün elə də vaxtımız olmayıb. Lakin gördüklərimiz bizi sözün yaxşı mənasında təəccübləndirir. Ölkənizin mədəniyyəti çox xoşuma gəlir", - futbolçu vurğulayıb.
O, dünya çempionatında Bosniya və Herseqovina millisinə məğlub olduqları oyunu şərh edib:
"Az əvvəl də bildirdiyim kimi, 2 gün əvvəl ABŞ-dən gəlmişik. Bu, olduqca uzun yoldur və yorğunluq hiss edirdik. Üstəlik, məşq etmək imkanımız da olmayıb. Məğlubiyyətə görə kefimizi pozmağı düşünmürük. İnanırıq ki, qələbələrlə geri dönəcəyik".
Qeyd edək ki, ABŞ millisi F qrupundakı ilk matçında Bosniya və Herseqovinaya 2:4 hesabı ilə uduzub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 22 May 2025 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















