Milli Hokkey Liqasının əfsanəsi Qlenn Holl vəfat edib FOTO
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Milli Hokkey Liqasının (NHL) qapıçıları arasında ardıcıl keçirdiyi oyunların sayına görə rekordçu olan kanadalı Qlenn Holl 95 yaşında vəfat edib.
İdman.Biz xəbər verir ki, bu barədə NHL-in mətbuat xidməti məlumat yayıb.
Liqanın komissarı Qeri Bettmen bildirib ki, “Mister qolkiper” ləqəbi ilə tanınan Qlenn Holl bütün xokkey qapıçılarının can atdığı idealın təcəssümü olub.
Bettmenin sözlərinə görə, Holl möhkəmliyi, etibarlılığı və qeyri-adi istedadı ilə seçilən qapıçı idi.
Qlenn Holl karyerası ərzində NHL-də “Detroyt”, “Çikaqo” və “Sent-Luis” klublarının şərəfini qoruyub.
O, “Çikaqo”nun heyətində 1961-ci ildə Stenli Kubokunun qalibi olub və müntəzəm mövsümün ən yaxşı qapıçısına verilən Vezina trofeyini üç dəfə qazanıb.
Holl liqa tarixində ardıcıl olaraq 500-dən çox oyun keçirən yeganə qapıçı olub - müntəzəm çempionatlarda 502, pley-offlar da daxil olmaqla isə ümumilikdə 552 matç.
Bundan əlavə, o, 1968-ci ildə “Sent-Luis”in qapıçısı kimi pley-offların ən dəyərli oyunçusuna verilən Konn Smayt trofeyinə layiq görülüb və NHL Ulduzlar Matçında 13 dəfə iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 08 Yanvar 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















