Icma.az
close
up
RU
Milli humanitar elmlərin uğurları və hədəfləri

Milli humanitar elmlərin uğurları və hədəfləri

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İctimai Elmlər Bölməsinə daxil olan institutlar səmərəli fəaliyyət göstərmiş və bir çox uğurlara imza atmışdır. İlin mühüm elmi hadisəsi 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilmiş ümumi yığıncaqda Prezident İlham Əliyevin tarixi, strateji məzmunlu və proqram xarakterli çıxışı olmuşdur.

Dövlət başçısının humanitar və ictimai elmlər sahəsində fəaliyyət göstərən tədqiqatçılar qarşısında qoyduğu mühüm elmi vəzifələr yeni hədəflər müəyyən etmişdir. Bu vəzifələr milli dövlətçilik maraqlarının elmi əsaslarla qorunmasını, tarixi həqiqətlərin obyektiv, sistemli və beynəlxalq metodoloji meyarlar çərçivəsində araşdırılmasını, elmin ideoloji təsirlərdən kənar, milli maraqlara xidmət edən prinsiplər üzərində inkişaf etdirilməsini nəzərdə tutur.

Ötən bölmənin elmi-tədqiqat müəssisələrinin fəaliyyəti, əsasən, Azərbaycan Respublikası Prezidentinin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, Rəqəmsal İnkişaf Konsepsiyasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyasının təsdiq edilməsi, Üzeyir Hacıbəylinin 140 illik, “Bəxtiyar Vahabzadənin 100 illik, Seyid Əzim Şirvaninin 190 illik, Azərbaycan milli mətbuatının 150 illik, Akademik Yusif Məmmədəliyevin 120 illik, Fətəli xan Xoyskinin 150 illik, Birinci Türkoloji Qurultayın 100 illik yubileylərinin keçirilməsi haqqında və 8 noyabr Zəfər Gününün beşinci ildönümü” ilə əlaqədar sərəncamlarının icrasına istiqamətlənmişdir.

Eləcə də dövlət başçısının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamı, Qərbi Azərbaycan və Qafqaz Albaniyası ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun istiqamətlərdə işlər aparılmışdır.

“Azərbaycan Respublikasında 2025-ci ilin Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamın icrası ilə bağlı 4 beynəlxalq, 3 respublika elmi konfransı, 4 elmi seminar, 1 elmi sessiya, 2 dəyirmi masa təşkil olunmuş, 1 tədbir, 1 beynəlxalq konfransın materialları çap olunmuş, 1 şöbə yaradılmışdır. Bu istiqamətdə Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən 4 beynəlxalq konfrans keçirilmişdir. AMEA Rəyasət Heyətinin sərəncamının icrasını əsas tutaraq İnstitutda “Fəlsəfi-hüquqi təlimlər və suverenlik” şöbəsi fəaliyyətə başlamış, bölmənin əməkdaşları 60-dan çox respublika və beynəlxalq səviyyəli konfranslarda məruzə ilə çıxış etmişlər.

Tarix və Etnologiya İnstitutunun və Bakı Biznes Universitetinin Humanitar elmlər kafedrası, Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş “Azərbaycanın elm məbədi” mövzusunda elmi seminarı Arxeologiya və Antropologiya İnstitutunda “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiya, Şərqşünaslıq İnstitutunda “Azərbaycan elminin bayraqdarı” mövzusunda respublika konfransı, “Milli kimliyin formalaşmasında elmi tərəqqinin rolu” adlı tədbir keçirilmişdir.

Rəyasət Heyətinin iclasında Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Kərim Şükürov ötən müddət ərzində Azərbaycan tarixinin tədqiqi ilə bağlı aparılan işlər barədə geniş məlumat vermişdir. Bundan başqa, hazırda institutda bu istiqamətdə Vətən müharibəsinə dair tədqiqatlar aparılır, xalqımızın tarixi torpaqlarından deportasiyaya dair kitablar, eyni zamanda, Tarix və Etnologiya İnstitutunda ETSN-in Geodeziya və Kartoqrafiya Agentliyi ilə birgə “Azərbaycan Tarixi Atlası”nın 15 cildlik “Azərbaycan tarixi” çapa hazırlanır.

Ölkə Prezidentinin Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrdən irəli gələrək Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə, Tarix və Etnologiya İnstitutun direktoru Kərim Şükürov, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Füzuli Qurbanov, fəlsəfə doktoru Şölət Zeynalov məqalələr yazmış, televiziya kanallarında çoxsaylı çıxışlar etmişlər.

“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” sərəncamın icrasına uyğun olaraq Bölmənin elmi-tədqiqat müəssisələrində bir sıra işlər görülmüşdür. Bütün institutlarda əməkdaşların elektron portalının hazırlanması üzərində iş gedir. 13 noyabr tarixində Şərqşünaslıq İnstitutunda “İnformasiya təhlükəsizliyi və Şərq siyasəti” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Bundan əlavə, bölməyə daxil olan institutlarda daxili imkanlar hesabına yeni şöbələr yaradılmışdır.

“Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə bağlı sərəncamın icrasına uyğun olaraq Tarix və Etnologiya İnstitutunda “Üzeyir Hacıbəylinin irsi üç epoxanın prizmasından”, Fəlsəfə və Sosiologiya İnstitutunda “Muğamın fəlsəfəsi: Üzeyir Hacıbəyli, Asif Əfəndiyev, Bəxtiyar Vahabzadə” mövzusunda dəyirmi masa, Şərqşünaslıq İnstitutunda Üzeyir Hacıbəylinin yaradıcılığı və maarifçilik fəaliyyəti” mövzusunda elmi sessiya keçirilmişdir. Oktyabrın 24-də və 30-da Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Rüstəmova-Tohidi yeni arxiv materialları əsasında Üzeyir Hacıbəyli haqqında iki mühazirə oxumuşdur.

Fəlsəfə və Sosiologiya İnstitutunda “Üzeyir Hacıbəylinin yaradıcılığında azərbaycançılıq və türkçülük ideyaları”, “Üzeyir Hacıbəylinin dünyagörüşünün milli-fəlsəfi aspektləri” mövzusunda elmi seminarlar keçirilmişdir. 17 sentyabr tarixində AMEA Rəyasət Heyəti, Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyərlər və mənəvi-estetik zənginlik” mövzusunda elmi konfrans olmuşdur.

“Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə Tarix və Etnologiya İnstitutu ilə Bakı Qızlar Universitetinin tələbələrinin iştirakı ilə “Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadə-100 il”, Şərqşünaslıq İnstitutunda “Bəxtiyar Vahabzadə və Türk dünyası” adlı elmi sessiya, Fəlsəfə və Sosiologiya İnstitutunda “Bəxtiyar Vahabzadə və Azərbaycanda milli istiqlal təfəkkürün formalaşması” dəyirmi masa təşkil etmişdir. “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyasının təsdiq edilməsi haqqında” sərəncamın icrasının təmin olunması məqsədilə Fəlsəfə və Sosiologiya İnstitutu Buxarest Universitetinin Fəlsəfə fakültəsi ilə birgə “Azərbaycan süni intellekt fəlsəfəsi və gələcək” mövzusunda beynəlxalq dəyirmi masa keçirilmişdir.

Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamla bağlı Tarix və Etnologiya İnstitutunda “Seyid Əzim Şirvaninin Azərbaycan maarifçiliyində rolu” mövzusunda dəyirmi masa, Şərqşünaslıq İnstitutunda “Seyid Əzim Şirvaninin maarifçilik görüşləri” mövzusunda elmi seminar olmuşdur.

Azərbaycan milli mətbuatının 150 illik yubileyinin qeyd olunması haqqında sərəncamın icrası ilə əlaqədar Tarix və Etnologiya İnstitutu “Azərbaycan milli mətbuatı-150” mövzusunda dəyirmi masa təşkil etmişdir.

“Akademik Yusif Məmmədəliyevin 120 illiyi ilə bağlı Tarix və Etnologiya İnstitutunda “Akademik Yusif Məmmədəliyev-120” mövzusunda dəyirmi masa, Fəlsəfə və Sosiologiya İnstitutunda “Azərbaycan alimlərinin II Dünya müharibəsində iştirakı və rolu: akademik Yusif Məmmədəliyev” mövzusunda elmi seminar, Şərqşünaslıq İnstitutunda “Milli iftixarımız akademik Yusif Məmmədəliyev - 120” mövzusunda elmi sessiya keçirilmişdir.

“Fətəli xan Xoyskinin 150 illiyi münasibətilə sərəncamın icrasının təmin olunması məqsədilə Tarix və Etnologiya İnstitutu tərəfindən “Azərbaycanın dövlətçilik tarixində Fətəli xan Xoyskinin yeri və rolu” mövzusunda elmi konfrans keçirilmişdir. AMEA Rəyasət Heyəti və Tarix və Etnologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Fətəli xan Xoyski 150” mövzusunda respublika elmi konfrans, Şərqşünaslıq İnstitutunda “Azərbaycanın istiqlal mücahidi” mövzusunda elmi sessiya, Fəlsəfə və Sosiologiya İnstitutunda “Fətəli xan Xoyski Azərbaycanın görkəmli dövlət xadimi kimi” mövzusunda dəyirmi masa, “Fətəli xan Xoyskinin həyatı və ictimai-siyasi fəaliyyəti” mövzusunda elmi seminar keçirilmişdir.

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu” haqqında Sərəncamın icrasına uyğun olaraq, arxeoloq alimlər tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınmış arxeoloji abidələrin pasportlaşdırılması, yeni aşkar edilmiş abidələrin isə qeydə alınması istiqamətində fəaliyyət davam etdirilmişdir.

Ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən bölmənin institutlarında bir sıra işlər görülmüş, kitablar çap olunmuş, 30-a yaxın elmi tədqiqat işləri aparılmış, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq ekspedisiyalar fəaliyyət göstərmişdir.

Tarix və Etnologiya İnstitutunun “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin təşkilatçılığı ilə “Birinci Qarabağ müharibəsinə baxış: elmi-nəzəri təhlil”, Fəlsəfə və Sosiologiya İnstitutunda “İlham Əliyev: qurucu liderlik kursu” mövzusunda elmi seminar keçirilmişdir.

Bölmənin elmi-tədqiqat müəssisələrinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının və bununla bağlı AMEA Rəyasət Heyətinin qərarının icrası istiqamətində uğurlu işlər reallaşdırılmışdır. Eləcə də Prezidentin Qərbi Azərbaycan İcması ilə görüşü zamanı verdiyi tapşırıq və tövsiyələr əsasında Qərbi Azərbaycanla bağlı əhəmiyyətli işlər aparılmış və bu barədə əhatəli hesabat Prezident Administrasiyasına təqdim edilmişdir.

Şərqşünaslıq İnstitutunda bir sıra elmi tədqiqat işi aparılmışdır. İnstitutun Din və ictimai fikir tarixi şöbəsinin müdiri Elnur Mustafayevin İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında). (Azərbaycan və ərəb dillərində Bakı və Bağdad şəhərlərində) nəşr edilmişdir.

Bölmənin bütün elmi-tədqiqat müəssisələrinin əməkdaşları tərəfindən silsilə məqalələr bir sıra informasiya portallarında, qəzetlərdə, jurnallarda, televiziya və radio kanallarında yerləşdirilmişdir.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 3 bəndi üzrə işlər aparılmış, Fəlsəfə və Sosiologiya İnstitutunda bu istiqamətdə kitablar nəşr olunmuş, təlimlər, tədbirlər keçirilmişdir.

Fəaliyyət proqramının “Mədəni və yaradıcı cəmiyyətin inkişafının təşviqi” 1 yarımbəndi üzrə 1 monoqrafiya, 2 respublika konfrans olmuşdur. 25 aprel tarixində “Milli varlığa və mənəviyyata həsr edilən ömür - Cavad Heyət fenomeni”, 28 aprel tarixində “İlkin qaynaqlar tarixin güzgüsüdür”, 2 dəyirmi masa, 3 seminar, 1 kitab təqdimatı olmuşdur.

“Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasına uyğun olaraq, bölmənin bütün elmi-tədqiqat müəssisələrinin elmi tədqiqatlarının prioritet istiqamətləri müəyyən edilmiş, çap olunmuş nəşrlər müvafiq kitabxanalara göndərilmiş, Dövlət proqramları icra olunmuş, 30 dərs vəsaiti və dərslik çap edilmişdir.

Hesabat ilində bölmənin elmi-tədqiqat müəssisələrində bir sıra struktur dəyişiklikləri aparılmış, daxili imkanlar hesabına dövrün tələblərinə cavab verən yeni şöbələr yaradılmışdır. Bölmənin bütün elmi-tədqiqat müəssisələrində elektron xidmət şöbələri fəaliyyətlərini genişləndirmişdir.

AMEA Rəyasət Heyətinin qərarı ilə Qafqazşünaslıq İnstitutunun fəaliyyətinə xitam verilmişdir.

AMEA-nın İctimai Elmlər Bölməsinin ayrı-ayrı iclaslarında Azərbaycan elminin müxtəlif problemlərinə həsr edilmiş məruzələr dinlənilmişdir.

Ötən ildə bölmə üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təhsil müəssisələrinin alimləri cəlb olunmaqla 3 elmi seminar keçirilmiş, aktual mövzulara həsr olunmuş məruzələr ətrafında müzakirələr aparılmışdır.

Hesabat ilində bölmənin elmi-tədqiqat müəssisələrində 32 problem, 87 mövzu, 491 iş üzərində elmi-tədqiqat aparılmışdır. Bunlardan il ərzində 72 mövzu, 425 iş tamamlanmışdır. Arxeoloq alimlər Azərbaycanın müxtəlif bölgələrində, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə çöl tədqiqat işləri aparmışlar.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ötən il Qarabağda aparılan qazıntı işlərinə, Astarada yerləşən Alaşa qalasında aparılan arxeoloji ekspedisiyaların işinə baxış keçirmişdir. Arxeoloqlar, həmçinin Ağdamın Şahbulaq, Füzuli, Xocalı, Zəngilan və başqa ərazilərdə qazıntı işləri aparmışlar. İnstitutun əməkdaşları Məhkəmə ekspedisiyası ilə birgə Kəlbəcər rayonu, Zar kəndi ərazisində olmuşlar. Bununla bərabər, hesabat ilində antropoloji ekspedisiyalar təşkil olunmuşdur.

AMEA-nın İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrində 870 əməkdaş çalışır. Bunlardan 78-i elmlər doktoru, 267 nəfəri fəlsəfə doktorudur.

İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrində təhsil alan elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlardan 8 nəfər, fəlsəfə doktorluğu hazırlığı üzrə doktorant və dissertantlardan isə 13 nəfər müdafiə etmişdir. Hesabat ilində 16 nəfər fəlsəfə doktorluğu, 3 nəfər elmlər doktorluğu üzrə müdafiəyə hazırlanmışdır.

30-dan çox beynəlxalq təşkilat və elmi qurumlarla əməkdaşlıq edilmişdir. Bölmənin elmi-tədqiqat müəssisələri ilə birgə əməkdaşlığa dair beynəlxalq müqavilələr imzalanmışdır. 30-a yaxın ölkədən 35-dən çox alim mütəxəssislərlə görüş keçirilmişdir.

2025-ci ildə institutların 20-dən çox əməkdaşı elmi-tədqiqatlar aparmaq məqsədilə dünyanın müxtəlif ölkələrində (Gürcüstan, Türkiyə, Misir, Vatikan, Londan, Rusiya çoxluq təşkil edir) elmi ezamiyyətdə olmuşlar.

Ötən ildə bölmənin bütün elmi-tədqiqat müəssisələrində beynəlxalq elektron resurslara çıxış genişləndirilmiş, internet səhifələrinin fəaliyyətinin KİV-də işıqlandırılması və müvafiq məlumatların ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət gücləndirilmişdir.

Bölmənin bütün elmi-tədqiqat müəssisələrində ənənəvi olaraq, Elm gününə, Milli Qurtuluş Gününə, Xocalı faciəsinə, 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirilmişdir.

Bu istiqamətdə bölmənin institutlarında türkdilli xalqların tarixini, mədəniyyətini araşdıran şöbələr fəaliyyət göstərir. 2025-ci ildə Fəlsəfə və Sosiologiya İnstitutunda Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsi yaradılmışdır. 1 mövzu 5 elmi tədqiqat üzərində iş aparılır. Şərqşünas – alimlər “Türkiyənin siyasi və iqtisadi tarixi və Türkiyə-Azərbaycan siyasi-iqtisadi münasibətlərinin öyrənilməsi” mövzusu üzrə 7 elmi-tədqiqat üzrə iş aparırlar.

Tarix və Etnologiya İnstitutunda Türk xalqlarının tarixi və etnologiyası şöbəsi tərəfindən “Azərbaycanda yaşayan digər türk xalqlarının tarixinin və etnologiyasının müqayisəli öyrənilməsi (keçmişdə və indi)” adlı baş plana əsasən 1 mövzu üzrə 3 iş yerinə yetirilmişdir.

6 beynəlxalq səviyyəli tədbir keçirilmişdir. Fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli mətbuatda fəlsəfi düşüncə tarixində türkçülüyün təbliğinə yönəlmiş çıxışlar etmişdir.

Hesabat ilində bölmənin həqiqi və müxbir üzvlərinin, eləcə də digər alimlərin elmi fəaliyyəti dövlət və digər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Gövhər BAXŞƏLİYEVA,
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Mart 2026 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda 17 nəfər ABŞ a görə saxlanıldı

20 İyun 2026 20:41see248

Qarabağ dan kimlər gedir, kimlər gələcək? Qurban Qurbanov danışdı

21 İyun 2026 12:21see243

Almaniya Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

21 İyun 2026 04:11see220

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

20 İyun 2026 11:51see220

İran ABŞ ni Yaxın Şərqdə enerji tədarükünün dayandırılması ilə hədələdi

21 İyun 2026 01:38see219

Niderland dünya çempionatlarında 100 qol vuran komandaların siyahısına daxil olub

21 İyun 2026 02:01see218

Almaniya 1/16 finalda: Pley offa üçüncü vəsiqə

21 İyun 2026 02:22see218

30 dəqiqədə şou göstərdi Undav matçın ən yaxşısı seçildi

21 İyun 2026 02:16see210

“ Niyə yadplanetlilər Yerə tələsmir?“ Alimlır 3 əsas səbəbi açıqlayıb

20 İyun 2026 15:51see188

200 sərnişin Bakıya gəldi, baqajları İstanbulda qaldı BİABIRÇI HADİSƏ

20 İyun 2026 22:50see172

Bu ağrıya ciddi yanaşın! İnfarkt əlaməti ola bilər

20 İyun 2026 17:55see172

Cim Kerri yenidən Qrinç rolunu oynamağı düşünür...

20 İyun 2026 21:14see170

AFFA da iclas günü

20 İyun 2026 14:04see168

“Bu cür qadınlarımız yadplanetlilərə oxşayır“ Taleh Yəhyayevdən ŞOK sözlər

21 İyun 2026 10:17see166

Pakistanın Baş naziri və ordu komandanı ABŞ İran danışıqları üçün İsveçrəyə uçub

21 İyun 2026 02:00see166

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

20 İyun 2026 20:49see164

İnfarktdan sağ çıxanlar: Bir neçə saat əvvəl bunu yeyiblər

21 İyun 2026 01:55see162

Gözlənilməz an: Aygün Kazımova belə reaksiya verdi VİDEO

20 İyun 2026 16:49see160

Niderland İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

21 İyun 2026 04:26see160

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? VİDEO

21 İyun 2026 22:57see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri