Icma.az
close
up
RU
Uşaqlara antibiotik verilməsi ilə bağlı Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

Uşaqlara antibiotik verilməsi ilə bağlı Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər sosial şəbəkələrdə azyaşlılarda antibiotik qəbulundan sonra şok vəziyyətlərin artdığı ilə bağlı xəbərlər yayılıb. Bu, valideynlər arasında narahatlıq yaradıb və müzakirələrə səbəb olub.  
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, antibiotiklərin, antibakterial preparatların tətbiqi Azərbaycan qanunvericiliyi ilə ciddi şəkildə tənzimlənir:
““Dərman vasitələri haqqında” Qanuna əsasən bu dərmanlar yalnız reseptlə buraxılır və həkim təyinatları elektron resept sistemi üzərindən rəsmiləşdirilməlidir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun həkimə yalnız tibbi göstəriş olduqda müalicə təyin etməyə icazə verir. Bu səbəbdən uşaqlara hər hansı dərmanın, o cümlədən antibiotiklərin köçürülməsi yalnız tibbi göstəriş əsasında mümkündür. Müalicə prosesi istisnasız olaraq Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş klinik protokollar əsasında aparılmalıdır”.
Qurum bildirib ki, klinik protokollarda uşaqlarda antibiotik istifadəsinin bütün meyarları, nə zaman, hansı dozada və hansı müddətdə təyin olunmalı olduğu  aydın şəkildə müəyyən edilib.
Nazirlik həmçinin qeyd edib ki, bəzi ölkələrdə antibiotiklərin uşaqlara qadağan edilməsi barədə yayılan fikirlər reallığı əks etdirmir:
“ABŞ, Avropa Birliyi, Böyük Britaniya kimi ölkələrdə də antibiotiklər yalnız ciddi tibbi göstəriş olduqda tətbiq edilir və bu praktika Azərbaycanda da tam şəkildə mövcuddur.
 

Ölkədə antibiotiklərin səmərəli istifadəsi ilə bağlı maarifləndirmə tədbirləri davamlı olaraq həyata keçirilir. Hər il Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə “Antibiotiklərdən səmərəli istifadə Həftəsi” keçirilir, əhali arasında maarifləndirici materiallar paylanır, tibb işçiləri üçün seminarlar təşkil edilir. Həmçinin müxtəlif illərdə metro və avtobuslarda xüsusi məlumatlandırıcı posterlər yerləşdirilib”.


Nazirlik vətəndaşlara müraciət edərək antibiotiklərin yalnız həkim təyinatı ilə qəbul edilməsinin vacibliyini xatırladıb və uşaqlara özbaşına dərman verilməsinin ciddi fəsadlara yol aça biləcəyini bildirib.
Aygün Hüseyn, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Noyabr 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri