Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Yelisey Sarayı çətin sınaq qarşısında

Yelisey Sarayı çətin sınaq qarşısında

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Artan yoxsulluq fonunda etirazlar kütləvi hal alır - oktyabrdan başlayaraq...

2018-ci ildən etibarən Fransada prezident Emmanuel Makronun rəhbərliyi ilə həyata keçirilən səriştəsiz siyasət ölkə hüdudlarından kənarda, müstəmləkə ərazilərində olduğu kimi, daxildə də bir sıra ciddi kataklizmlərə səbəb olub. Bu gün Fransa Avropa İttifaqında (Aİ) “drayver” funksiyasını sürətlə itirməkdədir. Ölkənin kifayət qədər yüksək xarici borc öhdəliyi yaranıb. Büdcə kəsiri kritik dərəcədə artıb. Son iki ildə hökumət böhranını nizama salmaq cəhdləri Yelisey Sarayının əsas işinə çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Bununla belə, problemi həll etmək mümkün olmur. Makron baş nazirləri tez-tez dəyişsə də, vəziyyət olduğu kimi qalır.

Əhalinin vəziyyəti hər ötən gün pisləşir

Təbii ki, Fransada sonu görünməyən hökumət böhranından bütün sahələr təsirlənir. Lakin bu, insanların gündəlik həyatında daha ağır formada təzahür edir. Ölkədə yoxsulluq sürətlə artır və əhalinin vəziyyəti hər ötən gün daha da pisləşir. Yerli mətbuatın yazdığına görə, 40 il əvvəl, 1985-ci ildə ehtiyacı olan insanlar üçün pulsuz yeməkxana - “Restos du Coeur” assosiasiyası açılıb. O vaxtlar 8 milyon yemək paylanılıb. 2025-ci ildə isə bu rəqəm 160 milyon yeməyə çatıb və hər gün yeni insanlar yardım üçün bu assosiasiyanın yerli mərkəzlərinə müraciət edirlər.

Təqdim olunan statistika narahatedicidir. Yardım alanların yarıdan çoxu 30 yaşdan aşağıdır, üçdə biri isə azyaşlıdır. Ən çox müraciət edənlər arasında tək valideynli ailələr, gəliri qeyri-sabit olan işçilər, tələbələr, pensiyaçılar və miqrantlar var. Üç yaşından aşağı uşaqlar da (valideynləri ilə birlikdə) çoxluq təşkil edir. Yardım alanların arasında yaşlı qadınlar, xüsusilə 70 yaşdan yuxarı olanlar ön plandadır. Bu vəziyyət onların illər boyu yaşadığı əmək və pensiya bərabərsizliyinin nəticəsi olduğu bildirilir.

“Restos du Coeur” müşahidə mərkəzinin məlumatına görə, artıq yardım alan şəxslərin əksəriyyəti yalnız ayın sonunda deyil, hər yemək paylanmasına gəlirlər. Bu da onu göstərir ki, yoxsulluq artıq müvəqqəti deyil, davamlı hala gəlib. Son 3 ildə, əlavə olaraq 200 min yeni şəxs qeydiyyatdan keçib və 20 milyon yemək artıq paylanmalı olub.

Yardım üçün gələnlərin sayı artsa da, assosiasiyanın aldığı ianələr azalır. 2023-cü ildə artan inflyasiya bir çox ailəni çətin vəziyyətə saldığı kimi, “Restos du Coeur”ü də təhlükə ilə üz-üzə qoyub - bəzi yerli mərkəzlər bağlanmaq riski ilə üzləşir.

Beləliklə, 40 il keçməsinə baxmayaraq, Fransada yoxsulluq azalmır, əksinə daha da dərinləşir. Bu vəziyyət ölkədə bütün cəmiyyətin vicdanını və məsuliyyətini sorğu-sual etməyə vadar edir.

Həmkarlar ittifaqlarından kütləvi etirazlara çağırışlar

Fransa Milli Assambleyasında bir qədər bundan  əvvəl hökumətə etimadsızlıq səsverməsi baş tutub. Gözlənildiyi kimi, səsvermənin nəticələri Makronun qurduğu hökumət üçün uğursuz olub. Belə ki, parlament çoxluğu  Baş nazir Fransua Bayru hökumətinə etimadın əleyhinə səs verib. Milli Assambleyada səsvermə belə başa çatıb: Baş nazirə etimadın lehinə 194, əleyhinə 364.

Milli Assambleyada Bayru hökumətinə etimadsızlıq səsverməsindən sonra Makron Sebastyan Lekornünu yeni baş nazir təyin edib. Artıq yeni baş nazirdən gələcək fəaliyyət istiqamətlərinin ilk tezisləri eşidilib. Təhlillər göstərir ki, Sebastyan Lekornü proqramında yeni terminlərdən istifadə etsə də, sələfinin yolunu davam etdirməkdən başqa çarəsi yoxdur. Yenə də ölkənin 3,4 trilyon avroluq dövlət borcu xatırlanır. Bu gün Fransada etiraf olunur k,  maliyyə siyasəti dəyişdirilməsə, 2030-cu ilə qədər dövlət borcuna xidmət ölkəyə 100 milyard avrodan çox  vəsaitə başa gələcək. 2024-cü ildə dövlət borcuna xidmətə yönəldilən vəsaitin həcmi 69 milyard avroya çatdıb. Verilən məlumatlara görə, borc yükü hər saniyədə 5 min avro artır.

Aydın məsələdir ki, Makron iqtidarının diletantlıq ucbatından böyük borclanmaya getməsinin fəsadlarının aradan qaldırılması sərt müdaxilələr edilməsinin zəruriliyini gündəmə gətirib. Ancaq bir-birini əvəzləyən hökumətlər iqtisadi siyasətin dəyişməsinin vacibliyindən bəhs etsələr də, borc yükünün  və büdcə kəsirinin azaldılmasının asan yolunu sərt qənaət rejiminə keçiddə görürlər. 2026-cı ilin büdcə qanunu məhz belə yanaşma əsas götürülməklə hazırlanıb ki, bu da birmənalı qarşılanmayıb.  Həmkarlar ittifaqları bu qanunu ədalətsiz, sosial hüquqlara qarşı hücum kimi qiymətləndiriblər. Həqiqətən də, inflyasiyanın, qiymətlərin sürətlə artması, gəlir imkanlarının isə azalması fonunda nəyi necə qənaət etməyin izahını vermək çox çətindir. Buna görə də sentyabrın 10-dan etibarən ölkədə “Tam baykot” şüarı ilə kütləvi etirazlara start verilib. Parisi və regionları bürüyən iğtişaşlar zamanı yüzlərlə etirazçının saxlanıldığı bildirilir.

Oktyabr ayında isə etirazların yeni dalğasının başlayacağı gözlənilir. Belə ki, Fransada yeni baş nazir Sebastyən Lökornü tərəfindən təqdim edilən ilk büdcə yönümlü tədbirlər ölkənin üç əsas həmkarlar ittifaqı - CFDT, CGT və CFTC tərəfindən inandırıcı hesab olunmayıb. Həmkarlar ittifaqları oktyabrın ilk günlərindən kütləvi etiraz aksiyası keçirməyə çağırıb.

Həmkarlar ittifaqları etiraz nümayişini verilən vədlərin onların gözləntilərini qarşılamaması ilə əsaslandırıblar. CFDT baş katibinin müavini İvan Rikordo “franceinfo”ya verdiyi açıqlamada bildirib ki, Lekornünün təqdim etdiyi planlarda əsl siyasi dönüş yoxdur və bu açıqlamalar 2 oktyabr aksiyası üçün əsas verir. CFDT hesab edir ki, təqdim olunan tədbirlər yalnız etirazçıların mövqeyini daha da gücləndirəcək.

CFDT, xüsusilə, 2023-cü ildə qəbul edilən pensiya islahatının dayandırılmamasından narazıdır. Rikordo bildirib ki, bu islahatın dayandırılması mühüm bir problemi həll edə bilərdi. “Baş nazir qapını açır, amma içəri dəvət etmir. Bu isə kifayət deyil”, - deyə Rikordo vurğulayıb.

CGT-nin konfederal katibi Denis Qravuy da “franceinfo”ya verdiyi açıqlamada vəziyyəti “sonu olmayan bir gün” kimi təsvir edib. Onun fikrincə, Lökornünün açıqlamaları əvvəlki hökumətlərin - Bayru, Barnye, Attal siyasətindən fərqlənmir. Qravuy xüsusilə pensiya islahatının qüvvədə qalmasını, vergi ədalətsizliyinin davam etməsini və “Zucman” vergisi kimi təkliflərin rədd edilməsini kəskin tənqid edib.

CGT-nin çağırdığı 2 oktyabr etiraz nümayişi pensiya islahatının ləğvi tələbi ilə keçiriləcək. “Bu islahat rədd edilməsinə baxmayaraq, dəyişdirilməyən bir siyasətin simvoludur. Bu, gələcək bütün hökumətlərin boynunda bir daş kimi qalacaq”, - deyə Qravuy bildirib.

CFTC prezidenti Siril Şabanye qeyd edib ki, S. Lekornünün açıqlamaları sosial gərginliyi azaltmaq üçün yetərli deyil. Bildirib ki, Lekornünün “austerity” (kəmərləri sıxma) siyasətindən imtina edəcəyi yönündəki bəyanatına baxmayaraq, bunun dəqiq və konkret əsaslandırması yoxdur.

CFTC də 2 oktyabr mitinginin qüvvədə olduğunu təsdiqləyib. “Etirazı ləğv etmək üçün bizə heç bir inandırıcı cavab verilməyib,” - deyə Şabanye vurğulayıb.

Yeni baş nazir Sebastyən Lökornünün ilk maliyyə planları həmkarlar ittifaqlarının ümidlərini doğrultmayıb. CFDT, CGT və CFTC, sosial ədalətsizliklərin davam etdiyini və vədlərin qeyri-kafi olduğunu bildirərək, xalqı oktyabrın 2-də ölkə miqyasında geniş etiraz aksiyasına çağırıb. Fransa bu tarixdə növbəti sosial gərginlik dalğası ilə qarşı-qarşıya qala bilər.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Oktyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri