Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Maskın raketi suya düşərək partladı Video

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Milli irsi yaşadan gün 28 may Müstəqillik Günü

Milli irsi yaşadan gün 28 may Müstəqillik Günü

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hər bir xalqın tarixində onun milli kimliyini, azadlıq ruhunu və dövlətçilik iradəsini əks etdirən xüsusi günlər mövcuddur. Azərbaycan xalqı üçün belə unudulmaz və şərəfli günlərdən biri 28 May – Müstəqillik Günüdür. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə milli tariximizin deyil, həm də ümumbəşəri siyasi irsin ən parlaq səhifələrindən biridir. Bu gün Azərbaycanın dövlətçilik yolunda atdığı ciddi və qətiyyətli addımın, azadlıq idealının gerçəkləşməsinin təcəssümüdür. Qısa, lakin zəngin fəaliyyəti ilə xalqın milli mənlik şüurunu oyadan və gələcək müstəqil Azərbaycan Respublikasının hüquqi-siyasi əsaslarını qoyan Xalq Cümhuriyyəti, bu gün müasir Azərbaycanın ilham və qürur mənbəyidir.

1918-ci il mayın 28-də Azərbaycan xalqı öz tarixi taleyinə sahib çıxaraq, Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını – Azərbaycan Xalq Cümhuriyyətini (AXC) yaratdı. Bununla da, təkcə milli dövlətçilik deyil, həm də ümumbəşəri dəyərlərə söykənən bir idarəetmə forması müəyyənlşdirildi. AXC-nin qurulması xalqımızın müstəqillik əzminin, siyasi iradəsinin və demokratik düşüncə tərzinin bariz ifadəsi oldu.

1918-ci ilin 28 may tarixində qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan özünün dövlət müstəqilliyini rəsmən elan etdi. Milli Şuranın imzaladığı bu sənəd, xalqımızın azadlıq uğrunda çoxəsrlik mübarizəsinin nəticəsi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə müstəqil subyekt kimi tanınmasına aparan yolun başlanğıcı oldu.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, bu qısa zaman ərzində böyük dövlətçilik təcrübəsi yaratdı. İlk parlamentin və hökumətin təşkili, dövlət atributlarının təsis olunması, qanunvericilik bazasının formalaşdırılması və mədəni-siyasi inkişaf üçün atılmış addımlar gələcək Azərbaycan Respublikasının demokratik inkişafı üçün əsaslı zəmin hazırladı. Müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququnun verilməsi də AXC-nin nə qədər irəli düşüncəli olduğunu sübutudur.

AXC dövründə Azərbaycan vətəndaşlığı institutu təsis olundu, milli ordu formalaşdırıldı, dövlətin hüquqi əsasları yaradıldı. Eyni zamanda, irqi, dini və sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar tanındı. Bu, ölkə daxilində sosial ədalətin və vətəndaş həmrəyliyinin təmin olunması baxımından önəmli bir mərhələ idi. Azərbaycan bayrağı, rəmzləri və hüquqi əsasları məhz bu dövrdə formalaşdı və müasir dövrümüzün dövlət atributlarının təməlini təşkil etdi.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC), Avropa demokratiyasının dəyərlərini Şərq mədəniyyətinin zənginliyi ilə birləşdirərək, xalqın milli və siyasi şüurunun oyanmasında dönüş nöqtəsi oldu. Müstəqil, azad və demokratik respublika qurmaq məqsədini qarşıya qoyan AXC, Azərbaycan xalqının öz müqəddəratını təyin etməyə qadir olduğunu sübuta yetirdi. Milli mənlik şüurunun bərpası, dövlətçilik düşüncəsinin gücləndirilməsi və vətəndaşlıq hissinin formalaşdırılması bu dövrün əsas ideoloji nəticələrindəndir.

Azərbaycan müstəqilliyini 1991-ci il oktyabrın 18-də yenidən bərpa edərkən, bu prosesin hüquqi əsası kimi 1918-ci il 28 May tarixli İstiqlal Bəyannaməsinə istinad edildi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu rəsmən bəyan edildi. Bu, Azərbaycanın dövlətçilik tarixində milli davamlılığın təntənəsidir və ölkəmizin öz tarixi irsinə sədaqətinin sübutudur.

1990-cı illərin əvvəllərində müstəqilliyini yenidən qazanan Azərbaycan ciddi sınaqlarla üz-üzə qaldı. Xarici təhdidlər və daxili siyasi böhranlar fonunda dövlətin varlığı təhlükə altına düşmüşdü. Məhz bu çətin məqamda xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev, öz qətiyyəti, siyasi uzaqgörənliyi və fədakarlığı ilə Azərbaycan dövlətçiliyini xilas etdi. Onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin olundu, dövlət institutları bərpa edildi, beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyi gücləndirildi. Ulu Öndərin tarixi rolu bir daha göstərdi ki, müstəqilliyi əldə etmək qədər, onu qorumaq və inkişaf etdirmək daha çətin, lakin əhəmiyyətli vəzifədir.

Azərbaycan tarixində Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni bir inkişaf mərhələsinin başlanğıcı oldu. Sovet imperiyasının dağılması ilə meydana çıxan mürəkkəb geosiyasi və daxili vəziyyət Azərbaycanı parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz bu həssas məqamda xalqın çağırışı ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev, qısa müddətdə ölkədə sabitlik yaratmağa, siyasi idarəetmədə yeni keyfiyyət mərhələsi formalaşdırmağa nail oldu. Kiçik və zəifləmiş bir ölkə onun müdrik və uzaqgörən siyasəti nəticəsində qlobal miqyasda tanınan, nüfuzlu və sabit bir dövlətə çevrildi. Azərbaycan, öz geosiyasi mövqeyini gücləndirməklə yanaşı, regionda mühüm söz sahibi oldu.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət milli dövlətçilik düşüncəsinin bərpası və möhkəmlənməsi baxımından tarixi əhəmiyyətə malikdir. Onun siyasi ideologiyası azərbaycançılıq məfkurəsi üzərində qurulmuş və bu məfkurə ətrafında bütöv bir xalqın birliyi təmin olunmuşdur. Tarixi-mədəni yaddaşın dirçəldilməsi, milli kimliyin inkişafı, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi bu siyasətin əsas dayaq nöqtələri idi. Heydər Əliyevin dövlətçilik fəlsəfəsi Azərbaycan xalqında milli mənlik şüurunu daha da gücləndirdi və müstəqil dövlət qurmaq arzularını real siyasi xəritəyə çevirdi.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında tarixi bir hadisə baş verdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq olundu. Bu addım ideoloji və siyasi baxımdan müstəsna əhəmiyyətə malik idi. Sovet İttifaqının hələ mövcud olduğu bir dövrdə milli bayrağın yenidən qaldırılması, Azərbaycanın azadlıq yolunda atdığı qətiyyətli bir addım kimi tarixə yazıldı. Bu hadisə, gələcək müstəqilliyin hüquqi-siyasi əsaslarını formalaşdırdı və xalqın azadlıq istəyini gücləndirdi. Heydər Əliyevin bu cəsarətli qərarı onun xalqına, dövlətinə nə qədər bağlı və sədaqətli olduğunun bariz nümunəsi idi.

Ulu Öndər Heydər Əliyevin sözlərində ifadə olunan tarixi yaddaş, milli ruh və siyasi uzaqgörənlik Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın uzun illərdən bəri yetişdirdiyi milli oyanışın, dirçəlişin və azadlıq uğrunda apardığı mübarizənin məntiqi nəticəsi olduğunu sübut edir.

Ulu Öndərin fikirləri ilə desək, Azərbaycan Xalq Cümhuriyyəti nəinki hüquqi və siyasi cəhətdən mütərəqqi bir dövlət modeli idi, həm də Azərbaycanın müasir dövlətçiliyinin bünövrəsini təşkil etmiş, bu torpaqlarda azadlıq və suverenlik idealının əsasını qoymuşdur. Məhz bu tarixi mirasa söykənərək, bu gün Azərbaycan Respublikası özünü 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisi elan edir və bu əziz günü — 28 Mayı — Müstəqillik Günü kimi qeyd edir.

Azərbaycanın dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli müstəqillik yolu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni bir mərhələyə qədəm qoymuşdur. AXC-nin ideyalarının, onun demokratik ənənələrinin qorunaraq inkişaf etdirilməsi müasir Azərbaycan Respublikasının dövlətçilik fəlsəfəsinin əsasını təşkil edir.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız bu gün artıq işğaldan azad olunmuş torpaqlarda azadlıq və suverenliyin simvolu kimi dalğalanır. Bu, yalnız hərbi-siyasi qələbənin yox, həm də dövlətçilik əmanətinə sadiqliyin göstəricisidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi mövqeyini möhkəmləndirmişdir. Siyasi sabitlik, sosial rifah və iqtisadi dinamik inkişaf ölkənin dayanıqlı gələcəyini təmin edən əsas amillərdəndir. Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının inkişafı, şəffaf idarəçilik və insan hüquqlarının qorunması müasir Azərbaycan dövlətinin əsas prioritetlərindəndir.

Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik fəlsəfəsinə sadiqliyin mühüm göstəricilərindən biri də 2007-ci ildə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış İstiqlal Bəyannaməsi abidəsidir. Bu tarixi sənədin rəmzi olaraq əbədiləşdirilməsi Prezident İlham Əliyevin milli yaddaşın formalaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin mühüm parçasıdır. Cümhuriyyətin 90 və 100 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi də bu ardıcıllığın davamıdır.

Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və bu münasibətlə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının təsis olunması müasir Azərbaycanın öz tarixi ilə qürur duyduğunun və bu irsi yaşatmaq əzmində olduğunun sübutudur. Bu təşəbbüs, cümhuriyyət ideyalarının gələcək nəsillərə ötürülməsi baxımından da mühüm addım olmuşdur.

2021-ci ildə qəbul olunmuş “Müstəqillik günü haqqında” Qanunla 28 may Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunmuşdur. Bu hüquqi addım Azərbaycanın 1918-ci ildə elan olunmuş suverenliyinin varisliyinin rəsmi təsdiqidir. Dövlətimizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, bu tarixlərin qeyd olunması milli suverenliyimizin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir

Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. 2020-ci ilin Vətən müharibəsi və sonrakı proseslər bir daha sübut etdi ki, Azərbaycanın bütün strateji və diplomatik addımları milli maraqların təmininə yönəlmişdir.

Bütün bu tarixi mərhələlər və çağdaş nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin idealları bu gün müstəqil Azərbaycan dövləti tərəfindən layiqincə yaşadılır və inkişaf etdirilir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Müstəqil Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”

Bu əminlik yalnız siyasi iradənin deyil, eyni zamanda xalqın birliyi, milli kimliyə və dövlətçilik prinsiplərinə sadiqliyinin nəticəsidir. Bu gün üçrəngli bayrağımız azad Qarabağda, Şərqi Zəngəzurda və bütöv Azərbaycanda əzəmətlə dalğalanırsa, bu, həm də tarixə və şəhidlərin ruhuna olan ən böyük ehtiramdır.

Yaşasın güclü, müstəqil Azərbaycan!

Ziyafət ƏSGƏROV

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 May 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

27 Sentyabr 2026 22:15see153

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri