Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Milli kibertəhlükəsizliyin etibarlı kadr təminatı

Milli kibertəhlükəsizliyin etibarlı kadr təminatı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 6-cı dalğanın məzun günü keçirilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri Şahmar Hacıyəhyayev mətbuata açıqlamasında bildirib ki, mərkəzdə müxtəlif istiqamətlər üzrə “red”, “blue” və “purple team” adlandırılan ixtisasartırma təlimlərini başa vuran məzunlar artıq əmək bazarına inteqrasiya olunurlar. Onun sözlərinə görə, son 3 il ərzində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən 480–500 arası kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlanaraq əmək bazarına çıxarılıb. Eyni zamanda, dayanıqlı kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması, insan kapitalının güclü şəkildə yetişdirilməsi və yerli kiberməhsulların inkişafı istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətlər həyata keçirilir.

Şahmar Hacıyəhyayev qeyd edib ki, mərkəzin məzunlarının təxminən 86 faizi artıq əmək bazarında fəaliyyət göstərir. Bununla yanaşı, təxminən 200 rəhbər şəxs üçün kiberdayanıqlılıq, kibermaarifləndirmə və kiberqiymətləndirmə təlimləri təşkil olunub ki, bu da qərarverici şəxslərin öz qurumlarında rəqəmsal texnologiyaları düzgün və təhlükəsiz şəkildə tətbiq etməsinə imkan yaradır. O vurğulayıb ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti üç il ərzində də strateji fəaliyyətini həm daxili, həm də xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində davam etdirəcək, insan kapitalının inkişafı və milli kiberməhsulların bazarda tətbiqi istiqamətində yeni layihələr həyata keçiriləcək.

Tədbirdə çıxış edən İsrailin “Technion” Universitetinin Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger bildirib ki, son üç il ərzində 300-dən artıq mütəxəssis hazırlayan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ölkənin kibertəhlükəsizlik potensialının gücləndirilməsində mühüm dayağa çevrilib. Onun fikrincə, müasir dövrdə kibertəhlükəsizlik artıq yalnız texniki peşə deyil, eyni zamanda kritik infrastrukturun qorunması, ictimai etimadın təmin edilməsi və innovasiyaların cəmiyyətin rifahına xidmət etməsi baxımından böyük məsuliyyət daşıyır. Moti Yeger vurğulayıb ki, süni intellekt və rəqəmsal sistemlərin sürətlə inkişaf etdiyi bir dövrdə kibertəhlükəsizlik milli təhlükəsizlik və ictimai etimad üçün strateji əhəmiyyət kəsb edir.

İsrailin Azərbaycandakı səfiri Ronen Kraus vurğulayıb ki, Azərbaycan və İsrail arasında həyata keçirilən bu birgə təşəbbüs kibertəhlükəsizliyin artıq yalnız texniki sahə olmadığını açıq şəkildə nümayiş etdirir. Onun sözlərinə görə, kibertəhlükəsizlik bu gün milli təhlükəsizlik, iqtisadi dayanıqlılıq və texnoloji inkişaf üçün strateji dayağa çevrilib. Səfir qeyd edib ki, müasir dövrdə kibertəhlükəsizlik infrastrukturu ilə yanaşı, ən vacib məsələlərdən biri də yüksəksəviyyəli insan kapitalının formalaşdırılmasıdır. Yüzlərlə mütəxəssisin hazırlanması və onların dövlət və özəl sektorda mühüm mövqelərdə fəaliyyət göstərməsi əhəmiyyətli nailiyyət kimi dəyərləndirilib. Ronen Kraus 6-cı dalğanın məzunlarını təbrik edərək bildirib ki, onlar intizam, davamlılıq və intellektual cəsarət tələb edən çətin bir yolu uğurla başa vurublar. “Siz sürətlə dəyişən və ictimaiyyət üçün çox vaxt görünməyən, lakin həyati əhəmiyyət daşıyan bir sahəni seçmisiniz”, - səfir vurğulayıb.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov isə diqqətə çatdırıb ki, indiyədək 120 nəfər dövlət və özəl sektorda ixtisasartırma proqramlarında iştirak edib, 53 qurumda kibermaarifləndirmə təlimləri təşkil olunub və 7 mindən çox şəxs kibergigiyena üzrə biliklərini artırıb. Onun sözlərinə görə, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti milli ekosistemin inkişafına və yüksəkixtisaslı insan kapitalının formalaşmasına mühüm töhfə verir. Təlim proqramlarını başa vuran mütəxəssislər artıq işlə təmin olunub və real layihələrdə iştirak edirlər.

Samir Məmmədov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası” bu sahədə fəaliyyətin strateji planlaşdırılmasını və mərhələli şəkildə icrasını nəzərdə tutur. Strategiya çərçivəsində kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssislərin hazırlanması və cəmiyyətin yüksəkixtisaslı kadrlarla təmin edilməsi istiqamətində mühüm işlər davam etdirilir. Nazir müavini əlavə edib ki, yüksəkixtisaslı insan kapitalının yetişdirilməsi prosesi qlobal beynəlxalq İT şirkətlərinin ölkəyə cəlb edilməsi ilə paralel şəkildə həyata keçirilir və məqsəd yalnız həmin şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi deyil, eyni zamanda, yerli insan kapitalının inkişafına real və davamlı töhfə verməkdir.

Beləliklə, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 6-cı məzun buraxılışı ölkənin rəqəmsal təhlükəsizlik strategiyasının artıq praktik mərhələyə keçdiyini göstərən mühüm hadisə kimi qiymətləndirilə bilər. Son illər kiberməkanda artan risklər, hibrid təhdidlərin intensivləşməsi və süni intellekt əsaslı texnologiyaların sürətli yayılması fonunda Azərbaycan kibertəhlükəsizliyi artıq sırf texniki sahə kimi deyil, milli təhlükəsizlik və iqtisadi dayanıqlılığın ayrılmaz elementi kimi formalaşdırır. Mərkəzin 6-cı məzun buraxılışı isə göstərir ki, kibertəhlükəsizlik Azərbaycanda artıq sistemli, strateji və beynəlxalq tərəfdaşlıqlara əsaslanan dövlət siyasətinə çevrilib.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Fevral 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri