Icma.az
close
up
RU
Milli kimliyin təməli

Milli kimliyin təməli

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan xalqının dövlətçilik yaddaşında elə hadisələr vardır ki, onlar yalnız bir dövrün deyil, bütöv bir millətin gələcək taleyinin hüquqi və siyasi təməlini müəyyən edir. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhz belə bir hadisədir. Bu sənəd müasir müstəqil dövlətçiliyimizin əsasını təşkil etməklə, milli suverenliyin hüquqi manifestinə çevrilmişdir. Elə buna görə də 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması yalnız tarixi yaddaşın təzələnməsi deyil, həm də dövlətçilik ideallarımızın yenidən dərinləşdirilməsi baxımından əvəzsiz əhəmiyyət daşıyır.

Ulu öndər Heydər Əliyev Konstitusiyanın qəbulunu milli iradənin təntənəsi kimi qiymətləndirərək qeyd edirdi: “Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın azadlıq və müstəqillik yolunda apardığı mübarizənin bəhrəsidir.” Bu fikir bir daha göstərir ki, Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də xalqın tarixi yaddaşının, müstəqillik iradəsinin, milli özünüdərk prosesinin ən ali ifadəsidir.

1991-ci il 18 oktyabrda qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” xalqımızın əsrlər boyu arzuladığı azadlıq ideallarını reallığa çevirdi. Lakin müstəqil dövlətin qurulması təkcə siyasi bəyanatla məhdudlaşa bilməzdi. Dövlətin təməl sütunu – hüquqi dayaqları, idarəçilik institutları və vətəndaş cəmiyyətinin prinsipləri möhkəm əsas üzərində qurulmalı idi. Bu zərurət xalqın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasi iradəsi ilə Azərbaycanı müasir dövlətçilik yoluna çıxardı.

Əslində, Konstitusiyanın qəbul olunması prosesi sadəcə hüquqi akt deyil, tarixi zərurətin məhsulu idi. 70 illik sovet totalitarizmi dövründə Azərbaycan xalqı formal konstitusiyalarla idarə olunsa da, bu sənədlər əsl mənada milli suverenliyin ifadəsi deyildi. Müstəqillik illərində yaranmış mürəkkəb tarixi şərait, daxili siyasi böhran və xarici təzyiqlər dövlətin hüquqi bazasının təcili olaraq möhkəmləndirilməsini tələb edirdi. Belə bir zamanda Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiya Komissiyası yaradıldı və geniş ictimai müzakirələrdən sonra, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil dövlətinin ilk Milli Konstitusiyasını qəbul etdi.

Konstitusiyanın ən mühüm prinsiplərindən biri Azərbaycanın suveren dövlət kimi tanınmasıdır. Suverenlik – yalnız hüquqi anlayış deyil, həm də millətin öz taleyini sərbəst müəyyən etmək iradəsinin ifadəsidir. Azərbaycan Respublikasının Konstitusiyası suverenliyi həm daxili, həm də xarici müstəvidə təsbit edir: xalqın hakimiyyətin yeganə mənbəyi olması, dövlətin müstəqil daxili siyasət yürütməsi, eləcə də beynəlxalq münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etməsi. Ulu öndərin məşhur sözlərini xatırlamaq yerinə düşər: “Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən də çətindir.” Konstitusiya və ondan irəli gələn qanunvericilik mexanizmləri məhz bu çətin, amma şərəfli missiyanın həyata keçirilməsi üçün etibarlı zəmin formalaşdırıb.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması bir tərəfdən milli yaddaşımızı təzələyir, digər tərəfdən isə müasir çağırışlara adekvat hüquqi islahatların həyata keçirilməsini zəruri edir. Konstitusiya yalnız qəbul olunduğu tarixi dövrün tələblərinə cavab vermir, həm də dinamik inkişaf edən cəmiyyətin ehtiyaclarına uyğun olaraq dəyişdirilir və təkmilləşdirilir. Son illərdə həyata keçirilən konstitusion islahatlar dövlət idarəçiliyinin çevikliyini artırmış, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə daha geniş imkanlar açmışdır.

Konstitusiya ilə dövlətin ali prinsipləri təsbit olundu: demokratiklik, hüquqilik, dünyəvilik və xalq suverenliyi. Xüsusilə insan hüquq və azadlıqlarının toxunulmazlığı və hakimiyyətin bölgüsü prinsipi dövlət idarəçiliyinin əsası kimi müəyyən edildi. Lakin dövlətin yalnız qanunverici və icra hakimiyyəti ilə deyil, həm də ədalət mühakiməsi və nəzarət institutları ilə bütöv işləməsi tələb olunurdu. Bu zərurət Konstitusiyanın 133-cü maddəsində öz əksini tapdı. Azərbaycan Respublikasının Konstitusiyasının 133-cü maddəsinə əsasən, prokurorluq orqanları qanunların icrasına nəzarəti həyata keçirir, cinayət təqibini aparır, dövlət ittihamını müdafiə edir və məhkəmə aktlarının icrasına nəzarət edir. Bu, dövlətin hüquqi suverenliyinin mühüm təminatlarından biridir. Başqa sözlə, dövlətin müstəqilliyi yalnız siyasi bəyanat və ya diplomatik münasibətlərlə deyil, hüququn aliliyinin qorunması ilə gerçək mənada möhkəmlənir. Prokurorluq orqanlarının konstitusion statusu Azərbaycan dövlətçiliyi üçün strateji əhəmiyyət daşıyır. Çünki müstəqillik dövrünün ilk illərində baş verən daxili qarşıdurmalar, cinayətkarlığın artması və dövlətçiliyə yönələn təhdidlər hüquqi nəzarət mexanizmlərinin gücləndirilməsini tələb edirdi. Konstitusiyanın 133-cü maddəsi məhz bu tarixi reallıqdan doğaraq dövlətin hüquqi dayaqlarını möhkəmləndirdi və prokurorluq orqanlarını suverenliyin keşiyində duran institutlardan birinə çevirdi. Bu gün “Konstitusiya və Suverenlik ili”ndə Konstitusiyanın 133-cü maddəsinin mahiyyətinə qayıtmaq həm nəzəri, həm də praktik baxımdan vacibdir. Çünki müstəqil dövlətin yaşaması yalnız siyasi iradə ilə deyil, həm də hüquqla təmin edilir. Qanunun aliliyini qoruyan prokurorluq orqanları isə suverenliyin hüquqi təminatçısıdır.

“Konstitusiya və Suverenlik İli” ərzində prokurorluq orqanlarının fəaliyyəti bir neçə mühüm istiqamətdə təzahür etdi. İlk növbədə, qanunçuluğun təmin edilməsi və dövlətin konstitusion quruluşunu sarsıtmağa yönəlmiş cinayətlərə qarşı barışmaz mübarizə aparıldı. Bununla yanaşı, ictimaiyyətin hüquqi maarifləndirilməsi, gənclərin hüquq təfəkkürünün inkişafı, vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi kimi tədbirlər xüsusi yer tutdu. Bu, təsadüfi deyil, çünki hüquqi dövlət yalnız normativ aktlarla deyil, həm də cəmiyyətin hüquqi şüur səviyyəsi ilə möhkəmlənir. Azərbaycan Respublikasının Baş Prokurorluğu və yerli prokurorluq orqanları bu il ərzində həyata keçirdikləri tədbirlərlə göstərdilər ki, qanunun aliliyinin qorunması suverenliyin ən mühüm dayağıdır. Hüquq-mühafizə orqanlarının şəffaf, vətəndaşlara açıq və ictimaiyyətlə əməkdaşlıq ruhunda fəaliyyəti milli hüquqi sistemin möhkəmlənməsinə və dövlətin suveren iradəsinin təmin olunmasına xidmət etdi. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu il ərzində keçirilən seminarlar, konfranslar, maarifləndirici görüşlər yalnız hüquqşünaslar üçün deyil, həm də gənclər, tələbələr, ictimaiyyət nümayəndələri üçün açıq idi. İşğaldan azad olunmuş Ağdam şəhərində Baş Prokurorluq tərəfindən təşkil edilən “Konstitusiya və suverenlik: Hüquqi dövlətin təməli” və Laçın şəhərində Baş Prokurorluq tərəfindən təşkil edilən “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzularında regional konfranslar dövlətin bərpa olunan ərazilərində hüquq sisteminin inkişafı baxımından xüsusi simvolik məna kəsb edib. Tədbirdə prokurorluq nümayəndələri, hüquqşünaslar və ictimaiyyət iştirak edərək, Konstitusiyanın dövlət müstəqilliyinin hüquqi təminatı kimi rolu ətrafında müzakirələr aparmışlar. Baş prokuror çıxışında qeyd etmişdir: “Azərbaycan Respublikasının Konstitusiyası yalnız dövlətimizin ali hüquqi sənədi deyil, həm də suverenliyimizin toxunulmazlığını təmin edən, milli birliyimizi möhkəmləndirən başlıca təminatdır.”

Azərbaycan Respublikasının Konstitusiyası – hüquqi dövlətin təməli, milli suverenliyin rəmzi, gələcəyə ünvanlanan siyasi-hüquqi manifestdir. 2025-ci il bu mənada yalnız xatırlatma ili deyil, həm də hər birimiz üçün milli məsuliyyət ilidir. Çünki Konstitusiyanın aliliyini qorumaq, suverenliyi möhkəmləndirmək və hüquqi dövlət quruculuğunu davam etdirmək hər bir vətəndaşın, hər bir dövlət qurumunun, xüsusilə də hüquq mühafizə orqanlarının şərəfli borcudur. Ulu öndərin kəlamı ilə desək: “Konstitusiya Azərbaycan xalqının dövlətçilik iradəsinin ən ali ifadəsidir.” Bu iradəni qorumaq isə bu günümüzün və gələcəyimizin ən ali vəzifəsidir.

Zaur ƏLİYEV,
Zərdab rayon prokuroru, baş ədliyyə müşaviri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri