Icma.az
close
up
RU
Milli Kitabxanada “27 Sentyabr Anım Günü” elektron məlumat bazası təqdim edilib

Milli Kitabxanada “27 Sentyabr Anım Günü” elektron məlumat bazası təqdim edilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Kitabxanasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu bildirərək şəhidlərin həyat və döyüş yolundan, onların Vətən qarşısındakı xidmətlərindən söz açıb.

Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova və İnformasiya axtarış sistemləri ilə iş şöbəsinin müdiri Səyyarə Məmmədli Vətən müharibəsinin xalqımızın çoxəsrlik dövlətçilik və mübarizə tarixində xüsusi mərhələ təşkil etdiyini, 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş əzmi, qəhrəmanlıq və fədakarlıq sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu vurğulayıblar.

Tədbir çərçivəsində Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “27 Sentyabr – Anım Günü” adlı elektron məlumat bazası təqdim olunub. Məlumat bazasında rəsmi səsnədlər – Anım Gününün təsis edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı, II Qarabağ müharibəsi şəhidlərinin siyahısı, 44 günlük Vətən müharibəsi və tarixi Qələbəmiz, bu Qələbənin əldə olunmasında şəhid olmuş hərbiçilər haqqında nəşrlər, Vətən müharibəsi iştirakçılarına orden və medalların verilməsinə dair sərəncamlar, erməni terroru ilə əlaqədar fotolar və videolar nümayiş etdirilib.

Sonda iştirakçılar Milli Kitabxananın fondunda qorunan Vətən müharibəsi, şəhidlər və Qarabağ mövzusunda nəşrlərdən ibarət geniş kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycanın ərazi bütövlüyünün bərpasına, Vətən müharibəsinə, şəhidlərimizin həyat və döyüş yoluna həsr olunmuş kitablar, albomlar və digər nəşrlər yer alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri