Icma.az
close
up
RU
Milli Kitabxanada “Əməkdar jurnalist, professor Şirməmməd Hüseynov 100” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Əməkdar jurnalist, professor Şirməmməd Hüseynov 100” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan jurnalistikasının görkəmli sima­larından biri, mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Əməkdar jurnalist, professor, pedaqoq Şirməmməd Ağaməmməd oğlu Hüseynov 17 dekabr 1924-cü ildə Şəkidə anadan olub. 

Professor Şirməmməd Hüseynov Şəki şəhərindəki ikiillik Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakültəsində, Azərbaycan Dövlət Universitetinin (ADU) Filologiya-jurnalistika şöbəsində və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb.

1954-cü ildə MDU-nun Jurnalistika fakültəsində namizədlik dissertasiyasını müdafiə edən alim 1954-1961-ci illərdə ADU-nun Filologiya fakültəsinin Jurnalistika kafedrasında müəllim, dosent vəzifələrində çalışıb. 1971-1976-cı illərdə ADU-nun Jurnalistika fakültasinin dekanı, 1988-ci ildən BDU-nun Mətbuat tarixi kafedrasının professoru olub.

Professor Şirməmməd Hüseynov milli jurnalistikamızın zəngin tarixi irsinin, Azərbaycan Demokratik Respublikası və Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısıdır. Onun qələmə aldığı bütün yazılar Azərbaycanın istiqlalı, qoruyub yaratmalı olduğumuz milli dəyərlər və ideallarla bağlı idi.

“Həqiqət və ədalət carçısı” (1988), “Mənəvi irsimiz və gerçəklik” (2004), “Milli haqq və ədalət axtarışında: 1988-2000” (2004), “Mətbu irsimizdən səhifələr” (2007), “Publisistik miras və müasirlik” (2007), “Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr” (2009), “Üzeyir Hacıbəyli. Nəşrlərdə kənarda qoyulmuş mətbu əsərləri” (2009, 2010), “Məhəmməd Əmin Rəsulzadə. Əsərləri” (Beş cilddə, 2014) və digər dəyərli kitabların, əsərlərin, həmçinin çoxsaylı dərslik və dərs vəsaitlərinin, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.

Şirməmməd müəllimin çoxsaylı kitabları içərisində ““Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” onun şah əsəridir. Xalq Cümhuriyyəti dövründəki parlamentimizin fəaliyyətindən bəhs edən üç cildlik bu kitab yarım əsrin məhsuludur.

Azərbaycan mətbuat tarixinin tədqiqatçısı Şirməmməd Hüseynov bugünkü kadrların yetişməsinə böyük töhfə vermiş şəxsiyyətlərdən idi. Onun bu və digər xidmətləri ölkə başçısı tərəfindən yüksək qiymətləndirilib.

Prezident İlham Əliyevin 2014-cü il 16 dekabr tarixində imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasında jurnalist kadrların hazırlanmasında xidmətlərinə görə professor Şirməmməd Hüseynov “Şərəf” ordeni ilə təltif edilib.

Milli Kitabxanada görkəmli alim, mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun anadan olmasının 100 illiyi münasibətilə  “Əməkdar jurnalist, professor Şirməmməd Hüseynov - 100” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə  Azərbaycan mətbuat tarixinin tədqiqatçısı Şirməmməd Hüseynovun fotoları, “Şərəf” ordeni ilə təltif olunması haqqında sərəncam, əsərləri, tərtibçi və redaktor olduğu, həyat və yaradıcılığı haqqında  Azərbaycan və rus dillərində ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr   nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Sirmemmed_Huseynov/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə alimin fonemenal araşdırmaları, elmi tədqiqatları, dəyərli, sanballı əsərləri, elmi əsərlərdə çap olunan məqalələri, tərtibçi, elmi redaktor olduğu, həyat və yaradıcılığı haqqında yazılmış Azərbaycan və rus dillərində ədəbiyyatlar, mətbuatda çap olunan məqalələr  nümayiş olunur.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Dekabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri