Milli komanda Avropa çempionatında birinci oldu
futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yunanıstanın Lutraki şəhərində keçirilən U-15 Avropa çempionatına yekun vurulub.
Futbolpress.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib. Millinin böyük məşqçi Əbilfət Məmmədov, məşqçilər İlham Vezirovla Sənan Əlimirzəyevin rəhbərliyi altında uğurlu çıxış edib.
Yığmamız qitə birinciliyində 10 (1 qızıl, 4 gümüş, 5 bürünc) medal qazanıb. Qurban Məcnunov (41 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Xudayar Kərimov (38 kq), Abdulrəhman Hüseynli (41 kq), Amin Əsgərli (48 kq) və Məhəmməd Orucov (85 kq) ikinci, Ümüd Babayev (38 kq), Hüseyn Vəlizadə (57 kq), Əli Məmmədov (68 kq), Zöhrab Səfərov (75 kq) və Rauf Mütəllimov (85 kq) isə üçüncü yeri tutub.
Yekunda 158 xal toplayan millimiz komanda hesabında Avropa çempionu olub. Yığmamız 2-ci yeri tutan Ukraynanı 65 xal qabaqlayıb. Ermənistan (92) isə üçüncü olub. Millimiz 2 il əvvəl Xorvatiyada keçirilən analoji yarışda da çempion olmuşdu.
Beləliklə, U-15 Avropa çempionatları tarixində ilk dəfə bir yarışda 2 komandamız (sərbəst və yunan-Roma) çempion olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 18 İyun 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















