Icma.az
close
up
RU
Milli komandamızın azarkeşləri sevindirəcəyinə ümud edirik Sərxan Hacıyev

Milli komandamızın azarkeşləri sevindirəcəyinə ümud edirik Sərxan Hacıyev

Fanat saytına istinadən Icma.az xəbər verir.

Miinifutbol üzrə dünya çempionatına həsr olunan “Legends Cup”dan sonra AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərin suallarını cavablandırıb. 

Fanat.Az sizi həmin müsahibə ilə tanış edir:

- Mayın 21-də Bakıda minifutbol üzrə dünya çempionatı başlayacaq. Turnirin təşkili milli komandadan gözləntiləriniz nədir?
- İnanırıq ki, dünya çempionatının hazırlıq prosesi yüksək səviyyədə həyata keçiriləcək. Bu məqsədlə Azərbaycan Minifutbol Federasiyası rəhbərliyi və əməkdaşları öz səylərini əsirgəməyəcəklər. İdman baxımından da milli komandamızın güclü mübarizə aparacağına və uğurlu nəticələrlə azarkeşləri sevindirəcəyinə ümid edirik.

- Futbol üzrə Azərbaycan Kubokunun finalı haqqında düşünürsünüz?
- Final qarşılaşması hər zaman olduğu kimi, çox maraqlı keçəcək. “Qarabağ” və “Sabah” klubları arasındakı oyunun həm təşkili, həm də məzmunu azarkeşlərə xoş təəssüratlar bəxş edəcək. Hər iki komanda kifayət qədər güclüdür və rəqabətli oyun gözləyirik. Fürsətdən istifadə edərək azarkeşləri stadiona dəvət etmək istəyirik.

- Premyer Liqa klublarına illik ödənişlərin 500 min manat azaldılması onların fəaliyyətinə necə təsir göstərəcək?
- Bu mövzu ilə bağlı nəticələri zaman göstərəcək. Təsirini gələcəkdə daha dəqiq dəyərləndirə biləcəyik.

- I Liqada komanda sayının artırılması müzakirə mövzusudurmu?
- Hazırda belə bir qərar yoxdur. Lakin mayın sonu və ya iyunun əvvəlində AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Toplantıda hansı məsələlərin müzakirə olunacağı barədə qərar o zaman bəlli olacaq.

- “ASCO Arena” ilə “Səbail”in müqaviləsi başa çatıb. I Liqaya düşən klub növbəti mövsümdə bu arenadan istifadə edə biləcəkmi?
- Bu məsələ ilə əlaqədar yaxın zamanda rəsmi açıqlama veriləcək.

- “İmişli”nin Bakıda fəaliyyət göstərməsi barədə nə düşünürsünüz?
- Bu məsələ də zamana bağlıdır. İcraiyyə Komitəsində müzakirə olunmalı və yekun qərar ictimaiyyətə açıqlanmalıdır.

- Millinin baş məşqçisi Fernandu Santuş bütün liqalardakı oyunları izləyir. Yığmanın heyətində yeni futbolçular görə biləcəyikmi?
- Santuş Premyer Liqa, I Liqa və hətta Əvəzedicilər Liqasının oyunlarını diqqətlə izləyir və futbolçular haqqında məlumat toplayır. Buna görə də gələcək matçlarda siyahıya yeni adların əlavə olunması mümkündür. Lakin bu, baş məşqçinin səlahiyyətindədir və növbəti dəvət siyahısını gözləməyimiz daha məqsədəuyğundur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://fanat.az
archiveBu xəbər 19 May 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri