Milli komandamızın kapitanı: Türkiyə çempionatında oyunların səviyyəsini bəyənirəm
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
Azərbaycan milli komandasının üzvü Sevinc Cəfərzadə Sportal.az saytına açıqlama verib.
Uzun illər Rusiyanın "Krasnodar" klubunda oynamış Cəfərzadə, yayda Türkiyənin "Yüksekova" komandasına keçib.
Qadınlardan ibarət milli komandamızın kapitanı hər iki klubu müqayisə edib və indi karyerasından da danışıb:
"Krasnodar"da olan infrastruktur məncə çox klubda yoxdur. Amma artıq klubumu dəyişmişəm, yeni yola çıxmışam. Düşünürəm ki, yeni klubumda adaptasiya dönəmini keçə bilmişəm və özümü hər gün daha yaxşı hiss etməyə başlamışam. Türkiyədə oynayıram, klubun ambissiyası bacardığımız qədər yüksək yerdə liqanı bitirməkdir. Bunun üçün çalışırıq. Burada oyunların səviyyəsini bəyənirəm. Düzü, belə təsəvvür etmirdim. Hər yerin mənfi və müsbət cəhətləri olur, bu da reallıqdır. Ancaq hər çətinliklə mübarizə aparıb, istənilən çətinliyi dəf etmək olar. Hazırda fikrim həm klubumda, həm də millidə daha faydalı oyunçu ola bilməkdi. Artıq bəlli bir yaşa gəlib, çatsam da, üzərimdə çox gənc futbolçu kimi çalışıram. Hədəflərim var və onlara çatmaq üçün durumuma görə gərəkən hər şeyi edirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 11 Noyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















