Icma.az
close
up
RU
Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı tələb edib Xəbər saytı Son xəbərlər və Hadisələr

Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı tələb edib Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Azərbaycan Milli Məclisi Lüksemburq Deputatlar Palatasının bu il noyabrın 20-də qəbul etdiyi qətnaməni qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirir, ölkəmizi hədəf alan əsassız iddia və ittihamları qətiyyətlə rədd edir. Lüksemburq parlamentinin bu siyasi aksiyası həmin ölkənin parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir.

Bu barədə Milli Məclisin Lüksemburq Deputatlar Palatasının qətnaməsinə dair açıqlamasında yer alıb.

Bildirilib ki, Azərbaycanın suverenliyinə aşkar hörmətsizliyin, onun milli təhlükəsizliyinin, ictimai sabitliyinin və ərazi bütövlüyünün qorunması üçün görülən tədbirlərə etinasızlığın nümayiş etdirildiyi qətnamədə ölkəmizdə cərəyan edən proseslər ilə bağlı qaldırılan məsələlər daxili işlərə kobud müdaxilədən başqa bir şey deyil.

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri barəsində irəli sürülən iddialar tamamilə əsassızdır. Seçki praktikasının təkmilləşdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi irəliləyiş beynəlxalq miqyasda təsdiqlənib. Seçkilər milli qanunlara və beynəlxalq öhdəliklərə tam uyğun keçirilib.

Özbaşına həbslər, fikir və toplaşma azadlığının məhdudlaşdırılması barədə qətnamədə ifadə edilən fikirlər kobud təhriflər üzərində qurulub. Müxtəlif hesabatlarda adları hallandırılan şəxslərin həbsləri milli qanunların pozulduğunu göstərən tutarlı sübutlar əsasında həyata keçirilmiş və bu zaman lazımi hüquqi prosedurlara əməl edilib.

Qətnamədə siyasi məhbuslar ilə bağlı irəli sürülən iddialar əsassızdır və Azərbaycanın gözdən salınmasına yönələn kampaniyanın tərkib hissəsini təşkil edir. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, demokratik proseslərin möhkəmləndirilməsi üçün göstərilən səylərin üzərinə kölgə salmaq cəhdi təəssüf doğurur.

Avropa Şurası Parlament Assambleyasının 76 deputatının, o cümlədən Lüksemburq Deputatlar Palatası üzvlərinin "persona non qrata" elan olunması məhz Azərbaycanın sülh və sabitlik yaradılması səylərinə zidd hərəkətlərin fəal surətdə dəstəklənməsi, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə aşkar hörmətsizliyin nümayiş etdirilməsi ilə bağlı olub. Həmin tədbirlərin ləğvinə çağırış bu cür dəstəyin ikitərəfli və çoxtərəfli münasibətlər üçün doğurduğu ağır nəticələrin dərk edilmədiyini göstərir.

Azərbaycan Lüksemburq da daxil olmaqla, bütün beynəlxalq tərəfdaşlar ilə konstruktiv dialoqa sadiqdir, lakin bu cür dialoq qarşılıqlı hörmətə və beynəlxalq hüquqa riayət edilməsinə əsaslanmalıdır. Bununla əlaqədar Azərbaycan Milli Məclisi Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı, eləcə də parlament dialoqu və diplomatiyası prinsiplərinə zidd olan, etimadı və əməkdaşlıq yaradılması səylərini sarsıdan qətnamələr qəbul edilməsi praktikasından əl çəkməyi tələb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 Noyabr 2024 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri