Icma.az
close
up
RU
Milli Məclis TƏSDİQLƏDİ: Naxçıvan Muxtar Respublikasının Konstitusiyası DƏYİŞƏCƏK

Milli Məclis TƏSDİQLƏDİ: Naxçıvan Muxtar Respublikasının Konstitusiyası DƏYİŞƏCƏK

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun layihəsi Milli Məclisdə üçüncü oxunuşunda təsdiqlənib.

Oxu.az xəbər verir ki, layihəyə əsasən, Naxçıvan Konstitusiyasının Preambulası dəyişir, preambulanın birinci və ikinci abzasları ləğv edilir.

Mövcud qanunvericiliyə əsasən, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulub. Həmin müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilib.

Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.

Sənəddə qeyd olunur ki, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" 1991-ci il 30 avqust tarixli Bəyannamədə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycanın 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

Bundan başqa, Naxçıvan Ali Məclisinin sədri Naxçıvanın ali vəzifəli şəxsi sayılmayacaq. Naxçıvan Konstitusiyanın 5-ci maddəsinə əsasən, muxtar respublikanın ali vəzifəli şəxsi Naxçıvanın Ali Məclisinin sədridir.

Layihədə isə 5-ci maddənin ləğv olunması təklif olunur.

Həmçinin Naxçıvan Ali Məclisinə seçkinin təyin edilməsi qaydasına dəyişiklik təklif olunur. Mövcud qanunvericiliyə görə, Naxçıvan Ali Məclisinin sədri muxtar respublika Ali Məclisinə seçkini təyin edir.

Lakin sənəddə vurğulanır ki, Ali Məclisə seçkini Naxçıvan Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti təyin edəcək.

Bildirilib ki, müharibə şəraitində hərbi əməliyyatların aparılması Naxçıvan Ali Məclisinə seçkinin keçirilməsini mümkün etmədikdə Ali Məclisin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar Naxçıvan Muxtar Respublikasında seçkinin hazırlanmasını və keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul ediləcək.

Layihədə Ali Məclisinin növbədənkənar sessiyasının çağırılması qaydası dəyişməsi ilə bağlı məsələ də əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə əsasən, Naxçıvan Ali Məclisi hər il iki növbəti sessiyaya yığılır. Ali Məclisin 31 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Ali Məclisin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

Ali Məclisin növbədənkənar sessiyaları Azərbaycan Prezidenti, Azərbaycan Milli Məclisi tərəfindən, Naxçıvan Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Naxçıvan Ali Məclisinin sədri tərəfindən çağırılır.

Sənəddə qeyd olunub ki, Ali Məclisə seçkidən sonra martın 10-dək onun 31 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, ilk iclasının keçirilmə vaxtını Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi müəyyən edəcək.

Həmçinin bildirilib ki, Azərbaycan Prezidentinin və ya Milli Məclisinin təklifi ilə Ali Məclisin sessiyasının qapalı iclasının keçirilə biləcək.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavə edilməsi təklif olunan 28-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 deputatın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən və ya Konstitusiyanın müvafiq maddələrində (26-cı maddənin II-V hissələri və 27-ci maddə) göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılacaq.

Layihəyə əsasən, növbədənkənar seçkidə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbəti seçki növbədənkənar seçkidə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçiriləcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 26-cı maddənin (Qanunvericilik təşəbbüsü hüququ) II-V hissələri aşağıdakılardır:

- Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qanunvericilik təşəbbüsü qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verdiyi qanun və qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

- Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın razılığı ilə edilə bilər.

- Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının Naxçıvan Muxtar Respublikası Baş nazirinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etdiyi qanun və qərar layihələri iki ay ərzində səsə qoyulur.

- Qanun və qərar layihəsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikasının Baş naziri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən (Qanunların və qərarların imzalanması), qanunlar və qərarlar qəbul edildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən imzalanır. Təcili elan olunan qanun və qərar layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən qəbul edildiyi gündən 24 saat ərzində imzalanır.

Həmçinin Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti muxtar respublikanın Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

Bundan başqa, sənədə əsasən, Azərbaycan Prezidentinin razılığı olmadan Naxçıvanda qurum yaratmaq olmayacaq.

Layihəyə əsasən, muxtar respublikanın dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində Azərbaycan Prezidentinin razılığı ilə mərkəzi icra hakimiyyəti orqanları yaradılacaq və ya ləğv olunacaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsinə dair tələblər dəyişir.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ali təhsilli hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.

Mövcud qanuna görə, Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Ali Məclisin sədri seçilə bilər.

Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətləri artırılır.

Layihəyə əsasən, sədrə aşağıdakı səlahiyyətlər verilir:

- Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkinin təyin edilməsi üçün Azərbaycan Prezidentinə təkliflər verir;

- Naxçıvan Muxtar Respublikasının dövlət və ictimai siyasi həyatının mühüm məsələləri barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verir;

- Naxçıvan Muxtar Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir;

- Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

- Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

- Naxçıvan Muxtar Respublikasının dövlət təltifləri ilə təltif edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilmə haqqında Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir.

Müzakirələrdən sonra layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 İyul 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see303

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see213

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see209

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see202

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see196

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see159

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see157

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see149

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see138

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see138

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see136

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see136

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see135

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see134

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see133

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see132

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see126

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see125

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see125

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri