Icma.az
close
up
RU
Milli Məclis yaz sessiyasını başa vurdu YEKUN MƏLUMAT

Milli Məclis yaz sessiyasını başa vurdu YEKUN MƏLUMAT

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasının 2025-ci il mayın 30-da keçirilmiş sonuncu plenar iclasında yaz sessiyasının yekunlarına dair çıxış edib. Sədr çıxışında bildirib ki, Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 85 deputat növbədənkənar sessiyanın çağırılması üçün müraciət edib. Buna görə də, iyun ayında Milli Məclisin növbədənkənar sessiyası olacaq.

Sahibə Qafarova yaz sessiyasının yekunları barədə qısa məlumat verib. Qeyd edib ki, sessiya ərzində parlamentin 14 iclası keçirilmiş, 65 qanun qəbul edilmişdir. Başqa sözlə, 55 qanunda, o cümlədən 2 Konstitusiya qanununda dəyişiklik qəbul edilmiş, ­­8 beynəlxalq sənəd təsdiq olunmuşdur.

Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və islahatların qanunvericilik bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir.

Sədr qeyd edib ki, hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq yeddinci çağırış dövründə də Milli Məclisin qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirilməsinə kömək göstərir.

“Bununla əlaqədar mən həmişə olduğu kimi, parlamentlə hökumət arasında konstruktiv iş birliyini xüsusi vurğulamaq istəyirəm. Yaz sessiyasında müxtəlif hökumət qurumlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri mütəmadi olaraq Milli Məclisin və komitələrin iclaslarına dəvət olunmuş, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilmişdir. Bununla birlikdə, deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınmışdır”- o deyib.

Parlament sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. Bununla əlaqədar Milli Məclisdə bir neçə tədbir keçirilmişdir.

Milli Məclis sədri qeyd edib ki, Sessiya dövründə böyük ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və qanun layihələrinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə ictimai dinləmələr keçirilməsi praktikası davam etdirilmişdir.

“Üç ictimai dinləmə və üç ictimai müzakirə təşkil olunmuşdur. “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ailə, qadın və uşaq məsələləri komitəsi “Ailə, qadın və uşaq hüquqları konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda, İctimai birliklər və dini qurumlar komitəsi “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda, Aqrar siyasət komitəsi isə “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirmişlər.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirə təşkil etmişdir. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya isə iki ictimai müzakirə təşkil etmişdir. Bu müzakirələrdən biri “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusuna, digəri isə “Azərbaycanın media resurslarına 20 fevral hücumları: kibermüdaxilədən dezinformasiyaya” mövzusuna həsr edilmişdi. Eyni zamanda, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda genişləndirilmiş iclası keçirilmişdir”- o deyib.

Parlament sədri vurğulayıb ki, Yaz sessiyasında parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, Milli Məclisin 60 deputatı 32 ölkəyə 50 səfər həyata keçirmişlər. Deputatlar 13 beynəlxalq təşkilatın tədbirlərində iştirak və çıxış etmişlər.

Millət vəkillərimiz Rumıniyada keçirilən prezident seçkilərini və Tacikistanda keçirilən parlament seçkilərini müşahidə etmişlər.

41 ölkənin və 8 beynəlxalq təşkilatın 48 nümayəndə heyəti, ümumən 443 nəfər xarici qonaq Milli Məclisdə olmuşdur.

Milli Məclis sədrinin 4 ölkəyə rəsmi və 3 ölkəyə işgüzar səfərləri olmuşdur. Milli Məclisdə mən 3 ölkənin dövlət başçıları, 16 ölkənin parlament sədrləri və sədr müavinləri, 3 beynəlxalq təşkilatın rəhbərləri, 2 ölkənin icra hakimiyyəti orqanı və partiya nümayəndələri, 7 dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirmişəm.

Aparılan danışıqlarda ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələr və digər məsələlər müzakirə edilmişdir”.

Sədr qeyd edib ki, Milli Məclis 5 beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Belə ki, fevralın 18-dən 20-dək Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası, martın 17-də Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının 22-ci iclası, aprelin 5-də Asiya Parlament Assambleyasının koordinasiya görüşü, aprelin 6-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin dördüncü Konfransı, aprelin 15-də isə TürkPA-ya üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik komitələri sədrlərinin ikinci iclası Milli Məclisin təşkilatçılığı ilə keçirilmişdir.

“Yeri gəlmişkən, qeyd edim ki, hal-hazırda Milli Məclis 5 beynəlxalq təşkilata sədrlik edir. Həmin təşkilatlar, Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Türk Dövlətlərinin Parlament Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır. Onu da qeyd edim ki, 2026-cı ildə Milli Məclis İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına da sədrlik edəcək.

Yaz sessiyası dövründə Milli Məclis iki ölkənin, Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərinin parlamentləri ilə əməkdaşlıq haqqında, eləcə də Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında, həmçinin Tolerantlıq və Sülh Təşkilatı arasında memorandumlar imzalanmışdır”- deyə o bildirib.

Beləliklə, Milli Məclis yaz sessiyasını başa çatdırıb.

Elçin Bayramlı

Parlament müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 May 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri