Icma.az
close
up
RU
Milli Məclis yaz sessiyasını uğurla başa çatdırır:Spiker

Milli Məclis yaz sessiyasını uğurla başa çatdırır:Spiker

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


"Bu gün yaz sessiyasının son iclasıdır. Mən sizə yaz sessiyasının yekunları barədə qısa bir məlumat vermək istəyirəm. Qeyd edim ki, sessiya ərzində parlamentin on beş iclası keçirilmiş, əlli yeddi qanun və on doqquz qərar qəbul edilmişdir".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasının son iclasında çıxışı zamanı söyləyib. Spiker bildirib ki, Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətlərini tam həcmdə yerinə yetirmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir:
"Yaz sessiyasında görülmüş işlər haqqında danışarkən mən, həmişə olduğu kimi, parlamentlə hökumət arasında konstruktiv iş birliyini xüsusi vurğulamaq istəyirəm. Yaz sessiyasında müxtəlif hökumət qurumlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri mütəmadi olaraq Milli Məclisin və komitələrin iclaslarına dəvət olunmuş, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilmişdir. Bununla birlikdə, deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınmışdır.
Milli Məclisdə bir konfrans keçirilmişdir. Regional məsələlər komitəsinin təşkil etdiyi həmin tədbirdə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusu ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Sessiya dövründə böyük ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və qanun layihələrinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə ictimai dinləmələr keçirilməsi praktikası davam etdirilmişdir. Dörd bu cür tədbir təşkil olunmuşdur.
Əmək və sosial siyasət komitəsi “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda, Ailə, qadın və uşaq məsələləri komitəsi “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmə keçirmişdir. Aqrar siyasət komitəsinin təşkil etdiyi ictimai dinləmə “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusuna, Elm və təhsil komitəsinin təşkil etdiyi ictimai dinləmə isə “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusuna həsr edilmişdi. Milli Məclisin Gənclər və idman komitəsi 5 mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı görüş keçirmişdir".
Sahibə Qafarova diqqətə çatdırıb ki, Milli Məclis bəzi xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın suverenliyinə qarşı yönələn hərəkətlərə kəskin münasibətini bildirmişdir:
"Parlamentin səlahiyyət dairəsinə daxil olan bir sıra təyinat məsələləri də həll edilmişdir. Yaz sessiyasında Milli Məclisin nəzarət funksiyasının yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər görülmüşdür. Belə ki, Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun, bu gün isə Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatları da dinlənilmişdir.
Milli Məclisdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində də lazımi tədbirlər həyata keçirilmişdir. Və qeyd edim ki, sessiya ərzində parlamentdə on minə qədər vətəndaş müraciətinə baxılmışdır.
Yaz sessiyasında parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlər həyata keçirilmişdir. Yəni keçən dörd ayda Milli Məclisin əlli səkkiz deputatı iyirmi doqquz ölkəyə yüz on səfər həyata keçirmişlər. Deputatlarımız doqquz beynəlxalq təşkilatın tədbirlərində iştirak və çıxış etmişlər. Millət vəkillərimiz Qazaxıstanda keçirilən referendumu və Macarıstanda keçirilən parlament seçkilərini müşahidə etmişlər.
Otuz doqquz ölkənin və səkkiz beynəlxalq təşkilatın qırx səkkiz nümayəndə heyəti, ümumən üç yüz iyirmi yeddi nəfər xarici qonaq Milli Məclisdə olmuşdur".
Spiker deyib ki, yanvar ayından bəri Milli Məclis sədrinin iki ölkəyə rəsmi və səkkiz ölkəyə işgüzar səfərləri olmuşdur:
"Milli Məclisdə mən bir ölkənin dövlət başçısı, bir ölkənin baş naziri, dörd ölkənin parlament sədrləri, iki beynəlxalq təşkilatın rəhbərləri, üç ölkənin hökumət nümayəndələri, dörd dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirmişəm. Aparılan danışıqlarda ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələr və digər məsələlər müzakirə edilmişdir.
Hesabat dövründə Milli Məclis dörd beynəlxalq tədbir təşkil etmişdir. Onların üçü Bakıda keçirilmişdir. Yəni biz burada ev sahibliyi etmişik.
Fevralın 24-də Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclası, aprelin 7-də TürkPA-nın İqtisadi əməkdaşlıq komissiyasının on üçüncü iclası, aprelin 9-da Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin dostluq qruplarının üçüncü iclası keçirilmişdir.
Dördüncü tədbir isə - aprelin 15-də Türkiyə Respublikasının İstanbul şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin beşinci konfransı Milli Məclisin təşkilatçılığı ilə keçirilmişdir. Toplantıda otuz dörd ölkədən və doqquz beynəlxalq təşkilatdan qırx üç nümayəndə heyəti, ümumən iki yüz beş nümayəndə iştirak etmişdir.
Xatırladım ki, konfransda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin institusional inkişafı yolunda mühüm addım atılmışdır. Şəbəkənin mənzil-qərargahının yaradılması və onun Bakı şəhərində yerləşdirilməsi qərara alınmışdır. Yeri gəlmişkən, qeyd edim ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə hazırda Milli Məclis sədrlik edir. Milli Məclisin sədrlik etdiyi digər təşkilat isə İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır.
Eyni zamanda, bu il Milli Məclis İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının 20-ci konfransının sədridir. Və iyun ayında əlli dörd üzvü olan bu təşkilatın konfransı Bakıda keçiriləcək.
Onu da xatırladım ki, Azərbaycan Respublikasının Milli Məclisinə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilmişdir. Bununla əlaqədar mayın 7-də Assambleyanın üzvü və tərəfdaşı olan parlamentlərin sədrlərinin Monteneqroda keçirilən birinci Sammiti çərçivəsində mərasim də təşkil olunmuşdur.
Qeyd edim ki, yaz sessiyası dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında, Milli Məclis ilə Bəhreyn Krallığının Nümayəndələr Şurası, Mərakeş Krallığının Müşavirlər Palatası, Slovakiya Respublikasının Milli Şurası arasında Anlaşma memorandumları da imzalanmışdır".
Sahibə Qafarova daha sonra qeyd edib:
"Sabah xalqımız İslam aləminin ən müqəddəs bayramlarından biri olan Qurban bayramını, mayın 28-də isə Müstəqillik Gününü qeyd edəcək.
Yüz səkkiz il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xalqımızın zəngin dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi idi. Demokratik və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar təkcə ölkəmizin deyil, bütün müsəlman Şərqinin siyasi təkamülündə mühüm rol oynamışdır.
Bu günün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi Azərbaycan xalqının demokratik düşüncəyə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərirdi.
Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənələrdən bəhrələnərək 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmişdir. Təəssüf ki, o vaxtkı ölkə rəhbərliyinin qeyri-peşəkarlığı nəticəsində Azərbaycan çıxılmaz problemlər məngənəsinə düşmüşdü. Müstəqil dövlətçiliyin itirilməsi təhlükəsi tam real idi.
Məhz belə bir şəraitdə, 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə ali dövlət hakimiyyətinə qayıtdı. Onun misilsiz idarəçilik məharəti, əzmkarlığı və yorulmaz səyləri nəticəsində dövlətin qarşısında dayanan ağır problemlər həll edildi. Azərbaycan sistemli böhrandan çıxıb ardıcıl inkişaf yoluna qədəm qoydu.
Ümummilli Liderimizin inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Onun həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı gələcəyə inamla baxan, geniş bir bölgədə söz sahibi olan qüdrətli dövlətə çevirmişdir.
Ali Baş Komandanın rəhbərliyi ilə qırx dörd günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatında əldə edilən möhtəşəm qələbələr nəticəsində erməni işğalına son qoyulmuş, dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa olunmuşdur. Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açılmış, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsi dəyişmişdir.
Əminliklə söyləmək olar ki, möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan dövləti qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən ölkələri sırasında yerini daha da möhkəmləndirəcəkdir.
Hörmətli həmkarlar, təklif edirəm, Qurban bayramı və Müstəqillik Günü münasibəti ilə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq.
Azərbaycan xalqının və dövlətinin bu günü və gələcəyi naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq.
Çox sağ olun.
Hörmətli həmkarlar, Qurban Bayramı və Müstəqillik Günü münasibəti ilə mən sizin hər birinizi səmimi qəlbdən təbrik edirəm! Mən hamınıza can sağlığı, firavanlıq və xoşbəxtlik arzulayıram.
Eyni zamanda, bizi həmişə müşayiət edən media nümayəndələrini də ürəkdən təbrik edirəm.
Beləliklə, hörmətli həmkarlar, Milli Məclis yaz sessiyasını uğurla başa çatdırır. Bununla əlaqədar mən sizə səmərəli iş üçün təşəkkür edirəm. Milli Məclisin yaz sessiyasını bağlı elan edirəm".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 May 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see329

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see327

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see319

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see280

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see268

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see251

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see247

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see239

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see231

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see229

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see223

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see222

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see213

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see212

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see209

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see202

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see201

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see197

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see196

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri