Icma.az
close
up
RU
Milli Məclisdə görüş keçirildi FOTO

Milli Məclisdə görüş keçirildi FOTO

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının ilk iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Qadın və kişi bərabərliyi komissiyasının sədri Çiğdem Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Moderator.az xəbər verir ki, görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Çiğdem Erdoğanı Azərbaycan parlamentində görməkdən məmnunluğunu ifadə edib. O, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının toplantısında müzakirə olunan məsələlərin əhəmiyyətindən, onların həlli istiqamətində ikitərəfli və təşkilat çərçivəsində, eyni zamanda, türk dövlətləri arasında əməkdaşlığın önəmindən danışıb. Tədbirin gender bərabərliyinin təmin edilməsi, qadınların ictimai-siyasi həyatda fəal iştirakı, habelə sahibkar qadınların dəstəklənməsi və hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Komitə sədri hər iki ölkədə müxtəlif sahələrdə çalışan qadınlar arasında daha sıx təmaslarının qurulması, öz təcrübələrini bölüşməsi üçün geniş imkanların olduğunu bildirib.

Hicran Hüseynova Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin daim möhkəmləndiyini söyləyib. Dövlətlərimizin və xalqlarımızın həmişə bir-birinin yanında olduğunu deyib. Dövlətlərimiz arasında əlaqələrin güclənməsində parlamentlərin önəmli rolundan danışıb. Qanunvericilik orqanlarında fəaliyyət göstərən ayrı-ayrı komitələr arasında əməkdaşlığın inkişafının önəmini qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabərliyi komissiyasının sədri Çiğdem Erdoğan səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi komissiyanın fəaliyyəti barədə söhbət açıb. O, Azərbaycanın sədrliyi ilə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının tədbirini yüksək qiymətləndirib, faydalı müzakirələrin aparıldığını vurğulayıb. Ölkələrimizin bu kimi beynəlxalq tədbirlərə evsahibliyinin özümüzü daha geniş tanıtmaq, əlaqələrimizi genişləndirmək, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək baxımından önəmli olduğunu söyləyib.

Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi ilə Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabərliyi komissiyası arasında əməkdaşlıq Protokolunun imzalandığını xatırlayan Çiğdem Erdoğan bu əlaqələrin daha da gücləndirilməsi üçün səylərin artırılmasının, o cümlədən qarşılıqlı səfərlərin, görüşlərin keçirilməsinin vacibliyini ifadə edib.

Çiğdem Erdoğan habelə ölkəsinin qadınların inkişafı və imkanlarının genişlənməsi istiqamətində gördüyü işlərdən bəhs edərək, bir müddət əvvəl rəhbərlik etdiyi komissiyanın təşkilatçılığı ilə Nyu-Yorkda Türkevi binasında “Könül birliyindən güc birliyinə: Türk dünyası arasında sahibkarlıq ekosistemi” mövzusunda Türkiyə, Azərbaycan və Şimali Kipr qadın sahibkarlarının da iştirakı ilə tədbirin baş tutduğunu diqqətə çatdırıb. O, gələcəkdə belə toplantılara digər türk dövlətlərinin qatılmasının əhəmiyyətindən danışıb.

Söhbət zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, komitə üzvü Müşfiq Məmmədli, Türkiyə nümayəndə heyətinin üzvü Songül Uzun çıxış edərək Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin daha da dərinləşdiyini, parlamentlər arasında əməkdaşlığın genişləndirildiyini söyləyiblər. Qadınlarımız arasında əlaqələrin möhkəmləndirilməsi, qadınların inkişafı və iqtisadi fəallığının artırılmasının vacibliyi barədə fikirlərini bölüşüblər.

Görüşdə Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Günay Ağamalı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Sevinc Hüseynova, Mehriban Vəliyeva, İlham Məmmədov, Türkiyənin Azərbaycandakı Səfirliyinin müşaviri Seyla Sağlık Yavuzer, TBMM nümayəndəsi Yasemin Elibol və digər rəsmi şəxslər iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Aprel 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri