Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Milli Məclisdə komitələrin videokonfrans iclası keçirildi

Milli Məclisdə komitələrin videokonfrans iclası keçirildi

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Martın 12-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan hüquqları komitəsi ilə birgə videokonfrans formatında iclası keçirilib. İclasın gündəliyinə 4 məsələ daxil edilib.

Bu barədə Moderator.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbiri açan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə,  Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

O, rəqəmsal texnologiyaların sürətli inkişafının və süni intellekt texnologiyalarının müxtəlif sahələrdə geniş tətbiqinin informasiya mühitinin transformasiyasına, yeni innovativ imkanların yaranmasına şərait yaratdığını, bununla yanaşı, qeyd olunan texnologiyaların yaratdığı imkanlardan qanunsuz və zərərli məqsədlərlə istifadə hallarının artdığını söyləyib. O, bildirib ki, bu cür hallar şəxsi həyatın toxunulmazlığına müdaxilə, habelə ictimai rəyin manipulyasiyası və cəmiyyətdə çaşqınlıq yaranması baxımından həmin sahədə müvafiq hüquqi mexanizmlərin formalaşdırılmasını zəruri edir. Qeyd edilib ki, təqdim olunan layihə süni intellekt texnologiyalarından istifadə edilməklə reallığı əks etdirməyən foto, video və audio materialların hazırlanması və yayılması ilə bağlı hüquqi çərçivənin formalaşdırılması məqsədi daşıyır. Həmin halların qarşısının alınması məqsədilə qanunda müvafiq hüquqi məsuliyyət mexanizmlərinin müəyyən edilməsi nəzərdə tutulur.

Layihədə Cinayət Məcəlləsinə yeni 148-2 və 242-1-ci maddələrin əlavə edilməsi təklif olunur. Həmin maddələrə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialların hazırlanması və yayılması, habelə pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanması və yayılması cinayət məsuliyyəti yaradır. Bununla yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq dəyişiklik edilərək Cinayət Məcəlləsinin 148-2.1-ci maddəsi üzrə cinayət təqibinin həyata keçirilməsi ilə bağlı prosessual norma müəyyən edilir. Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara edilən dəyişikliklərlə süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanmış materialların yayılması ilə bağlı əlavə hüquqi tələblər və məhdudiyyətlər müəyyən olunur.

İclasda çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc müasir zamanda geniş tətbiq edilən süni intellekt texnologiyalarının müsbət tərəfləri və törətdiyi fəsadlar barədə fikirlərini açıqlayıb. O, sənəddə təklif olunan dəyişikliklərin mühüm əhəmiyyət kəsb etdiyini söyləyərək, qanun layihəsinin milli, rəqəmsal təhlükəsizliyimizin, texnoloji suverenliyimizin qorunmasına xidmət etdiyini vurğulayıb.

Sonra iclasda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verilib.

Qeyd olunub ki, layihədə təklif olunan dəyişikliklərin əsas məqsədi dövlət vəsaitlərindən istifadə ilə bağlı məsuliyyət mexanizminin təkmilləşdirilməsi, sanksiyaların fərdiləşdirilməsi və hüquqi tənzimləmənin dəqiqləşdirilməsidir.

Qanun layihəsinə əsasən, Cinayət Məcəlləsinin 308-1-ci maddəsində cinayətin predmeti olan vəsaitin əhatə dairəsi genişləndirilərək, dövlətə məxsus olan hüquqi şəxslərin vəsaiti də maddənin təsir dairəsinə salınır. Maddənin hazırda qüvvədə olan sanksiyasında  cərimənin məbləği konkret aralıqda nəzərdə tutulduğu halda, layihəyə əsasən cərimə "cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında" müəyyən edilir. Bu dəyişikliklə cərimənin miqdarı birbaşa vurulan zərərlə əlaqələndirilir.

Daha sonra onlayn iclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində  dəyişiklik edilməsi haqqında qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Diqqətə çatdırıb ki, layihəyə əsasən, "İCMAL"  informasiya sistemi "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin tərkibində “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemi, yəni "İCMAL" altsistemi kimi yenidən təşkil edilir və buna uyğun olaraq Məcəllənin müvafiq maddələrində dəyişikliklər edilir.

Həmçinin, layihədə inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı müəyyən təkmilləşdirmələr nəzərdə tutulur.

Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulan “Uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın verilməməsi” adlı 189-4-cü, “Uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmaması” adlı 189-5-ci və “Uşağa qarşı cismani cəzanın tətbiqi” adlı 525-1-ci maddələrdə “Uşaq hüquqları haqqında” Qanunun tətbiqi ilə bağlı inzibati məsuliyyət məsələləri öz əksini tapıb.

Məcəllənin 410-cu maddəsindəki dəyişikliklərin əsas məqsədi isə dövlət vəsaitlərindən istifadə ilə bağlı məsuliyyət mexanizminin təkmilləşdirilməsi, sanksiyaların fərdiləşdirilməsi və hüquqi tənzimləmənin dəqiqləşdirilməsidir. Dəyişikliyə əsasən, "dövlətə məxsus olan hüquqi şəxslər" maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə məsuliyyət daşıyan subyektlər sırasına əlavə edilir və bütün hallarda cərimə "inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində” müəyyən ediləcək.

Sənəddə nəzərdə tutulan digər dəyişiklik dilənçiliklə məşğul olma əməlinin artıq avaralıq hesab edilməməsi və Məcəlləyə ayrıca “Dilənçiliklə məşğul olma” adlı 523-1-ci maddənin əlavə edilməsindən ibarətdir.

İclasda, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda  dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim edilib. Bildirilib ki, qanunun 27, 30, 35-ci maddələrinə təklif olunan dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 57.6.3-cü maddəsində nəzərdə tutulan dəyişikliklərlə əlaqədardır və həmin maddədə müəyyən edilmiş qaydada tənzimlənməni ehtiva edir. Bununla yanaşı, layihədə sənədlərin elektron tərtib edilməsi ilə əlaqədar müvafiq dəyişikliyin edilməsi təklif edilir.

Onlayn iclasda təqdim olunan məsələlərlə bağlı aparılan geniş fikir mübadiləsi zamanı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, deputatlar Azay Quliyev, Hikmət Məmmədov, Razi Nurullayev, Azər Allahverənov, Vüqar Rəhimzadə, Elman Nəsirov, Mübariz Qurbanlı, Əminə Ağazadə, Erkin Qədirli, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov, DİN-in Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərov, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi rəisinin müavini Yasin Mikayıllı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, DİN-in Baş Ictimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini İmran Əliyev çıxış edərək öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

İclasda müzakirəyə çıxarılan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Tədbirdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əli-zadə, deputatlar Kamal Cəfərov, Sabir Hacıyev, Nurlan Həsənov, Fəzail İbrahimli, Bəhruz Məhərrəmov, Nizami Səfərov, Səyyad Aran, Tural Gəncəliyev, Naqif Həmzəyev, İmamverdi İsmayılov, Mircəlil Qasımlı, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, DİN Baş Təşkilat-İnspeksiya İdarəsinin rəis  müavini - Hüquqi təminat idarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Muraz Səmədov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Hüquq şöbəsinin rəisi Elgün Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Mart 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri