Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj:

Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj:

Icma.az, Ayna saytına istinadən bildirir.

Parlamentin iclası keçirilib: deputatlar 15 məsələni müzakirə ediblər

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. Deputatlar gündəlikdə olan 15 məsələnin müzakirəsinə toplanıblar. Qanun layihələrinin müzakirəsindən əvvəl bir neçə millət vəkili cari məsələlərlə bağlı fikirlərini səsləndiriblər.

Deputat Vüqar Bayramov ölkədə həyata keçirilən sosial siyasəti təqdir edib. Millət vəkili deyib ki, sosial təminatının daha da gücləndirilməsi “cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir”.

Deputat sosial yönümlü xərclərlə bağlı rəqəmlər səsləndirdi

"Bu, özünü dövlət büdcəsinin sosial yönümlü xərclərinin dinamik olaraq artmasında da göstərməkdədir. 44 günlük Vətən müharibəsindən sonra, yəni 2021-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin məbləği 12 milyard 202 milyon manat idisə, bu göstərici 2022-ci ildə 13.7 milyard manat, 2023-cü ildə 15.2 milyard manat, 2024-cü ildə 15 milyard 539 milyon və nəhayət 2025-c il üçün 16 milyard 909 milyon manat nəzərdə tutulub. Göründüyü kimi, sosialyönümlü xərclər hər il əvvəlki ilə nisbətən artımla icra edilib. Bu, eyni zamanda, 2021-c il ilə müqayisədə illik sosial ayırmaların gələn il 4 milyard 707 milyon artırılacağı deməkdir. Digər tərəfdən, son 5 ildəki sosial paketlərin maliyyələşdirilməsinə əlavə olaraq 7 milyard manat vəsait ayrılıb. Bu müddətdə həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manata yaxın vəsait yönəldilib və 2025-ci ilin proqnoz göstərici nəzərə aldıqda bu rəqəm 22 milyard manatadək yüksələcək”, - deyə Bayramov vurğulayıb.

“Onların saxta rəqəmləri heç bir halda Azərbaycanda güclənən sosial təminat sisteminə kölgə sala bilməz"

“Qərəzli və doğru olmayan sosial rəqəmlərə guya istinad edərək müqayisələr aparan marjinal və populist siyasi qüvvələrin isə diqqətinə ölkələrin rəsmi statistikasına əsaslanan bir sıra real göstəriciləri çatdırmaq istərdim. 2025-ci ildə Azərbaycanın dollar ifadəsində 10 milyard dollarlıq sosial ayırmaları Cənubi Qafqazın digər iki ölkəsinin birgə sosial xərclərindən 2.2 dəfə çox olacaq. Eyni zamanda, Azərbaycanın yalnız sosial büdcəsi Ermənistanın xarici borclar və qrantlar ilə formalaşan ümumi büdcəsindən 67 faiz çoxdur. Əlavə müqayisəyə ehtiyac varmı? Bu baxımdan, yanlış müqayisə aparmağa cəhd edənlər diqqətli olsunlar və onların saxta rəqəmləri heç bir halda Azərbaycanda güclənən sosial təminat sisteminə kölgə sala bilməz", - deyə millət vəkili fikrini tamamlayıb.

“İlham Əliyev BMT qərarını həyata keçirib sonra Baş Katibini qalibiyyət paytaxtına gətirən tək rəhbər oldu”

İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc isə çıxışında Prezident İlham Əliyevin uğurlu siyasətindən bəhs edib: “1927-ci ildən başlayaraq, nüfuzlu  “Time” jurnalı "İlin Adamı"nı elan edir. 100 illik mükafatçılar sırasında Ruzvelt, Stalin, Çan Kayşi və onlarla dövlət rəhbərləri ilə yanaşı, İraqa və Əfqanıstana qoşun yeridən liderlərin də adları  var. Lakin bizi çoxmilyonlu dərginin əsaslandığı seçimin meyarları deyil, SSRİ-nin dağılmasında və yeni dünya təhlükəsizliyinin qurulmasında müstəsna rol oynayan Qarabağ konfliktini həll edən bir liderə ədalətli qiymətin verilməsi düşündürür. Yaxşı xatırlayırıq ki, 1989-cu ilin 25 dekabrında “Newsweek” jurnalı üz qabığını “İlin xalqının azadlığı üçün ayağa durun” sərlövhəsi ilə bəzəyərək, azərbaycanlıları dünyaya nümunə göstərmişdi. Əlbəttə, məqsəd əsla millətimizin müstəqillik mübarizəsinə dəstək deyil, SSRİ-nin dağılmasına təkan vermək idi. Cəmi 3 il sonra nəinki Amerika mediası, o cümlədən, qlobal Qərb mətbuatı xalqımızı ermənilərə qarşı çoxsaylı milli-dini cinayətlərdə ittiham edərək, ona qarşı sanksiyalara çağırırdılar”.

“Uzun illər meydanlarda millətin gələcəyini istismar edənlər “Newsweek” jurnalının üzünü görmədikləri qərarını öz nailiyyətləri kimi təqdim edərək, “ilin xalqı”nı bir milyonluq köçkünə, ölkəsini çadırlar və çiy kərpiclər məmləkətinə çevirdilər. 2022-ci ildə də eyni üsulla Konqres, Bundestaq və Senat binalarında şərəfinə titutllu sözlər və mükafatlar yağdırılan Volodimir Zelenskini Çörçildən böyük elan edib məğrur ukrayna xalqını didərginə, ərazisini xarabazarlığa çevirdilər. Ona görə Azərbaycan xalqının lideri İlham Əliyev heç bir dünyəvi ada, titula iddia etmədən, öz millətinin xilaskarı kimi çıxış edərək, qlobal layları tərpətməyi bacardı. BMT qərarını həyata keçirib sonra Baş Katibini qalibiyyət paytaxtına gətirən tək rəhbər oldu”, - deyə Z.Oruc bildirib.

“Qorxurlar ki, İlham Əliyevi “ilin adamı” elan etsələr...”

Millət vəkili qeyd edib ki, “biz “Time jurnalı”nın Azərbaycan liderini və xalqını 2024-cü ilin qalibi elan etməsini” gözləmirik: “Lakin İlham Əliyevin qələbəsi Ağ Ev, Yelisey və Brüsseldən  icazəsiz qazanıldığı üçün qlobal müharibə partiyası, onun mətbuat şəbəkəsi ölkə rəhbərinə qarşı çirkli kampaniya aparır. Qələbəmizi əlimizdən almağa, mümkün olmadıqda onu ləkələməyə çalışanlar qorxurlar ki, İlham Əliyevi “ilin adamı” elan etsələr, əsarətə və işğala məruz qalan bütün xaqlara lider nümunəsi, millətlərə parlaq simvol verərlər. Zəfərdən sonra bütün qitələri, dinləri və mədəniyyətləri İqlim Zirvəsinə toplayan dövlət başçısı dünyadakı siyasi böhranlara və nüvə təhülkəsinə yol verməmək üçün hamını sülhə çağırır”.

“Polşa Prezidentinin "binokl siyasətinə" qoşulması təəssüf doğurur”

“Bəli, azərbacanlılar 1989-cu ildə deyil, məhz indi, çoxəsrlik məğlubiyyət və köçkünlük tarixini yendikdən sonra dünyanın bir nömrəli xalqına çevriliblər. Türk dünyası, müsəlman aləmi, nəhayət, ədalət tərəfdarı olan hər bir insan qələbəmizi özününkü saya bilər. Əsl "Time" bir ilin deyil, bir əsrin lideri olmaqdır!”, - Z.Oruc fikrini tamamlayıb.

Deputat Aydın Mirzəzadə isə Polşa Prezidenti Anjey Dudanın Azərbaycan əleyhinə addımını tənqid edib. Millət vəkili deyib ki, Polşa Prezidenti yazılmamış bütün qanunları pozub: “Polşa Prezidentinin Ermənistanın alətinə çevrilməsi, "binokl siyasətinə" qoşulması təəssüf doğurur. Çox istəyərdik ki, Polşa hökuməti buna görə bizə cavab versin”.

Bəzi qanun və əsasnamələrə dəyişiklik qəbul edilib

Daha sonra deputatlar gündəlikdə olan məsələlərin müzakirəsinə başlayıblar. İclasda “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Gömrük orqanlarında xidmət haqqında və Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamələrə dəyişikliklər müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklərə əsasən, prokurorluq orqanlarına qulluğa qəbul zamanı elmlər doktoru elmi dərəcəsi olan şəxslər üçün stajorluq və sınaq müddəti müəyyən edilməyəcək.

Həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, prokurorluq orqanlarında daimi qulluğa qəbul ediləcəklər. Bundan başqa, sınaq müddəti müəyyən edilmiş şəxslər gömrük orqanlarında müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaqlar. Həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul ediləcəklər. Təklif olunan digər dəyişikliyə əsasən, intizam tənbehi verilən gömrük işçilərinə tənbeh götürülənə qədər xüsusi rütbələr verilməyəcək. Hazırda qüvvədə olan qanuna əsasən, barəsində cinayət işi qaldırılan və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan gömrük orqanlarının vəzifəli şəxslərinə növbəti xüsusi rütbə müvafiq olaraq cinayət işinə bəraət qazandıran əsaslarla xitam verilənə və ya xidməti araşdırma qurtarana qədər verilmir.

Layihəyə əsasən, gömrük orqanlarının sərəncamında olan, yaxud intizam tənbehi verilmiş, həmçinin barələrində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçilər vəzifəyə təyin olunana, intizam tənbehi götürülənə, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək, yaxud xidməti araşdırma qurtaranadək növbəti xüsusi rütbələrə təqdim edilməyəcəklər. Öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə isə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək.

Gömrük, daxili işlər və ədliyyə orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanacaq. Qanun layihələri səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://ayna.az
archiveBu xəbər 29 Noyabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri