Icma.az
close
up
RU
Milli Məclisdə məmurların qohumbazlığına ETİRAZ EDİLDİ

Milli Məclisdə məmurların qohumbazlığına ETİRAZ EDİLDİ

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda bəzən bir nəfərin vəzifəyə təyin olunması onun bütün ətrafının karyera yüksəlişinin başlanğıcına çevrilir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında "Maraqlar toqquşması haqqında" qanun layihəsi ilə bağlı çıxışı zamanı deputat Razi Nurullayev bildirib

"Müzakirə etdiyimiz qanun, cəmiyyətimizin çox ağrılı bir məsələsinə toxunur. Hüquq dilində buna maraqlar toqquşması, xalq dilində isə qohumbazlıq, dostbazlıq, yerlibazlıq, adamı olmaq, arxası olmaq deyilir.
Bizdə bəzən bir nəfərin vəzifəyə təyin olunması onun bütün ətrafının karyera yüksəlişinin başlanğıcına çevrilir. Qohumlar, dostlar, tanışlar irəli çəkilir, illərlə həmin qurumda çalışan peşəkar insanlar isə gözümçıxdıya salınır, sıxışdırılır, hətta işdən getməyə məcbur edilir. Bir insanın vəzifəyə gəlməsi niyə başqa onlarla insanın karyerasının sonu olmalıdır? Dövlət qurumu rəhbər dəyişdikcə niyə öz peşəkar kadrlarını itirməlidir?
Məsələ heç də məmurun qohumunun vəzifəyə təyin edilməməsi deyil. Onun da işləmək, yüksəlmək və uğur qazanmaq hüququ var. Məsələ budur ki, o, həmin vəzifəyə öz biliyi və bacarığı ilə gəlib, yoxsa qohumunun səlahiyyətləri hesabına? Bu qanun həm də cəmiyyətdə geniş yayılmış "Adamın yoxdursa, heç nəyə nail ola bilməzsən" düşüncəsini dəyişməyə xidmət etməlidir. Valideyn övladına yaxşı təhsil vermək barədə düşündüyü qədər onu işə düzəlmək üçün adam axtarmaq barədə də düşünməməlidir. Gənc öz diplomuna, biliyinə və zəhmətinə inanmalıdır, atasının telefon kitabçasına yox", - deyə o bildirib.
Deputat qeyd edib ki, qohumbazlığın ən böyük zərəri yalnız iqtisadi deyil, həm də mənəvi və psixolojidir:

"Haqqı tapdalanan insanın dövlətə, ədalətə və öz gələcəyinə inamı azalır. Bacarıqlı insanlar həvəsdən düşür, ölkədən getmək istəyir, bacarıqsız insanlar isə himayədar axtarmağı uğur qazanmağın yolu hesab edirlər.
Bir də məsələnin əks tərəfi var. Maraqlar toqquşması yalnız kiməsə qanunsuz üstünlük vermək deyil, şəxsi münasibətlərə görə kimisə qanuni imkanlardan məhrum etməkdir. Məmurun xoşlamadığı, onu tənqid edən, onunla şəxsi münasibətləri yaxşı olmayan insanın hüquqları da eyni dərəcədə qorunmalıdır. Dövlət məmuru öz dostuna da, öz rəqibinə də eyni qanunla yanaşmağı bacarmalıdır. Biz qanun qəbul etməklə yanaşı, idarəçilik fəlsəfəsini də dəyişməliyik. Vəzifəyə təyin olunan şəxs anlamalıdır ki, ona qohumlarının, dost-tanışlarının güzəranını yaxşılaşdırmaq deyil, xalqın problemlərini həll etmək üçün səlahiyyət verilib. Dövlət qurumu heç kimin ailə müəssisəsi, dostlar klubu və ya şəxsi mülkü deyil. Bu qanunun nəticəsini o zaman görəcəyik ki, vətəndaş işə düzəlmək, vəzifədə yüksəlmək, sahibkarlıqla məşğul olmaq və öz haqqını almaq üçün daha qapı-qapı düşüb adam axtarmayacaq. Ədalətli dövlətdə insanın ən böyük dayağı onun qohumu deyil, qanun olmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Noyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see301

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see298

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see293

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see278

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see266

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see265

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see252

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see248

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see246

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see246

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see229

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see229

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see228

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see227

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see224

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see217

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see214

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see211

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri