Icma.az
close
up
RU
Milli Məclisdə Türkiyə parlamentariləri ilə görüş keçirilib

Milli Məclisdə Türkiyə parlamentariləri ilə görüş keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də Milli Məclisin komitə sədri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə çıxış edən Əhliman Əmiraslanov bildirib ki, ölkələrimiz arasında münasibətlər bütün sahələr üzrə yüksələn xəttlə inkişaf edir. Bu münasibətlərin əsasını hər iki ölkənin dövlət başçıları və xalqları arasında mövcud olan dostluq və qardaşlıq əlaqələri təşkil edir.

Parlamentlərarası əməkdaşlığın inkişafından danışan komitə sədri qeyd edib ki, parlament rəhbərlərinin mütəmadi görüşləri, eyni profilli komitələr arasında keçirilən iclaslar, həmçinin dostluq qruplarının fəaliyyəti bu əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Bildirilib ki, digər sahəvi komitələrlə yanaşı, səhiyyə komitələri arasında da sıx əməkdaşlıq mövcuddur. Bu baxımdan, TÜRKPA çərçivəsində də bu təmasların mütəmadi xarakter alması çox əhəmiyyətlidir.

TBMM-in xarici əlaqələr komitəsinin sədri Fuad Oktay də münasibətlərin hazırda ən müxtəlif səviyyələrdə, o cümlədən parlamentlər arasında dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələr də bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. F.Oktay, həmçinin iqtisadiyyat və enerji transformasiyası sahələrində əldə olunan nailiyyətlərdən, eləcə də gələcəkdə bu istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərindən bəhs edib.

Görüş zamanı üçtərəfli iclasın gündəliyinə daxil edilən məsələlərin strateji əhəmiyyəti, onların mövcud əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə töhfəsi, eyni zamanda, bu sahədə gələcək inkişaf perspektivlərinə mümkün təsiri müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Fevral 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri