Milli Məclisin deputatı Heydər Əsədov seçicilərlə görüş keçirib
Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
Milli Məclisin deputatı Heydər Əsədov Şirvan şəhərində seçicilərlə görüş keçirib.Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Daha sonra millət vəkili Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Əli Tağıyevin, eləcə də 2016-cı ilin Aprel döyüşlərində Vətən uğrunda canını qurban vermiş Rahil Ərəblinin ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüşlərdə millət vəkili ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda misilsiz şücaət göstərən şəhidlərin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu bildirib. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atdığını qeyd edib.
Şəhidlərin ailə üzvləri bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını ifadə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 20 Noyabr 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















