Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

15 qanun layihəsi qəbul edilib

Noyabrın 29-da Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə  15 məsələ daxil edilib.

Əvvəlcə  “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 2017-ci il 14 sentyabr tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi qəbul olunub.

“Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə məsələnin müzakirəsi zamanı isə  bildirilib ki, sənəd bu il sentyabrın 27-də Nyu-York şəhərində imzalanıb. Sənədə əsasən Azərbaycanın və Səudiyyə Ərəbistanı Krallığının diplomatik, xüsusi və xidməti pasport sahibləri qısamüddətli vizadan azad ediləcək. Bu  Memorandum dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün hər iki dövlətin vətəndaşlarının qarşılıqlılıq prinsipinə uyğun olaraq gediş-gəliş prosesinin asanlaşdırılması məqsədinə xidmət edir.

Sənədə əsasən, hər iki dövlətin vətəndaşları diplomatik, xüsusi və xidməti pasportları təqdim etməklə 180 gün ərzində  90 gündən çox olmayaraq digər dövlətin ərazisinə vizasız daxil ola bilərlər. Bu müddətdən artıq qalmaq niyyətində olan şəxslər isə müvafiq qaydada viza və ya yaşayış hüququ verən sənəd almalıdırlar. Qeyd olunan müddəalar Həcc və ya Ümrə ziyarəti məqsədilə Səudiyyə Ərəbistanı Krallığına gedən Azərbaycan vətəndaşlarına şamil edilmir.

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş” təsdiq olunub. Bu sazişə əsasən iki ölkənin diplomatik, xidməti pasport sahibləri vizadan azad ediləcək.

İclasda həmçinin “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda qəbul olunub. Bildirilib ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun icrası ilə əlaqədar Enerji Effektivliyi Fondu yaradılıb. Bu qanun layihəsi də Fondun vəsaitlərinin formalaşma mənbələrinin genişləndirilməsi və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Nəticədə enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi, həmçinin bərpaolunan enerji mənbələrindən istifadə üçün daha əlverişli şəraitin yaradılması, müvafiq sahənin dəstəklənməsi, təsərrüfat subyektlərinin fəaliyyəti nəticəsində ətraf mühitə mənfi təsirin qarşısının alınması kimi məsələlərin maliyyə təminatı bu vəsaitlər hesabına artacaq. Layihədə yalnız tarifləri tənzimlənən enerji növlərinin deyil, eyni zamanda, qiymətləri tənzimlənməyən enerji növlərinin satışından ayrılan vəsaitin də Enerji Effektivliyi Fonduna köçürülməsinin hüquqi əsasları təsbit olunub.

Bundan başqa, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarılıb. Muzakirələr zamanı Nigar Məmmədova bildirib ki, həssas əhali qruplarına qayğı dövlət siyasətinin prioritetini təşkil edir. Bu prosesə dəstək olaraq, Heydər Əliyev Fondu tərəfindən də uğurlu layihələr həyata keçirilir ki, bu da həssas təbəqənin sosial müdafiəsini daha da gücləndirir. Onun sözlərinə görə, qanunvericiliyin mütəmadi olaraq təkmilləşdirilməsi, aidiyyəti qurumların reallaşdırdığı layihələr zərərçəkən şəxslərin hüquqlarının qorunmasını təmin etsə də, daha effektiv nəticələr əldə olunması üçün bəzi məsələlər hələ də müzakirə olunmalıdır: “Bu, ölkədə psixoloqların hazırlıq səviyyəsini yenidən nəzərdən keçirməyi tələb edir. İlk növbədə, prosesə peşəkar psixoloqlar cəlb olunmalıdır. Psixoloqların aldıqları təhsil ilə təqdim etdiyi xidmətə ciddi nəzarət edilməlidir. Məktəb, uşaq psixoloqunun ailə problemlərinin həllində fəaliyyət göstərməsi yolverilməzdir və ya məişət zorakılığına məruz qalan keçid dövründə olan uşaqla da metodika fərqlidir. Bu kimi fəaliyyət, həmçinin, peşə etikasının pozulması da deməkdir. Psixoloqlar özlərini daim təkmilləşdirməli, mütəmadi qaydada superviziyaya cəlb olunmalı, beynəlxalq yanaşmaları mənimsəməlidirlər. Yəni, psixoloqlar hərtərəfli inkişaf etmiş mütəxəssislər olmalıdırlar ki, düzgün yanaşma tətbiq etsinlər”.

N.Məmmədova əlavə edib ki, məişət zorakılığına məruz qalan şəxslərin cəmiyyətə inteqrasiyası olduqca vacibdir: “Burada psixoloqlar multidisiplinar komanda şəklində çalışa bilər, eyni zamanda sosioloq, defektoloq dəstəyi təşkil oluna bilər. Burada həm zorakılığa məruz qalan şəxslərin cəmiyyətə inteqrasiyasına, həm də hadisəni törədənlərin reabilitasiyasına nail olmalıyıq. Əks halda, aparılan prosesdən pozitiv nəticə ala bilməyəcəyik”.

Spiker Sahibə Qafarova isə bildirib ki, Nigar Məmmədova çox vacib məsələlər qaldırıb, MM-in müvafiq komitələri bununla bağlı birgə dinləmə də keçirə bilər.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, bir neçə il əvvəl “Psixoloji yardım haqqında” qanun qəbul edilib və qaldırılan məsələlərin bir çoxu orada əksini tapıb. Spiker Sahibə Qafarova isə əlavə edib ki, qanunda əksini tapsa da, bu gün qaldırılan problemlərə cəmiyyətdə rast gəlinir: “Elə həmin qanuna əsaslanaraq, ictimai dinləmənin keçirilməsinin çox böyük önəmi var”.

Millət vəkilləri Miqrasiya Məcələsində də dəyişiklikləri ikinci oxunuşda qəbul ediblər.

İclasda, eləcə də Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” və gündəlikdə olan digər qanunlardakı dəyişikliklər üçüncü oxunuşda qəbul olunub.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Noyabr 2024 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see643

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see342

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see325

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see236

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see233

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see232

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see231

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see224

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see220

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see216

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see216

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see215

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see214

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see212

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see210

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see210

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see209

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see208

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri