Icma.az
close
up
RU
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə mübasibət bildirib

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə mübasibət bildirib

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası son günlər Azərbaycanla bağlı yayılan saxta xəbərlərə dair açıqlama yayıb.

SİA xəbər verir ki, açıqlamada deyilir:
"Regionda baş verən son hadisələr fonunda Azərbaycan hibrid təhdidlərin geniş yayılmış növlərindən olan dezinformasiya kampaniyasının yeni dalğası ilə qarşılaşıb.

Aparılan monitorinqlərin təhlili nəticəsində müəyyən edilib ki, qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən, müxtəlif dairələrə və maraqlara xidmət edən qruplar tərəfindən sosial media platformaları vasitəsilə dövlətimizə qarşı informasiya kampaniyaları təşkil edilir.

Cərəyan edən proseslərlə bağlı Azərbaycan Respublikasının rəsmi mövqeyinin Xarici İşlər Nazirliyi və dövlət rəsmiləri tərəfindən səsləndirilməsinə baxmayaraq, “Telegram”, “Facebook”, “X”, “TikTok” və “YouTube” kimi platformalar üzərindən aparılan fəaliyyətlərdə təhrif olunmuş, saxta məlumatlar yayılır.

Münaqişə tərəflərini, eləcə də beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmiş bu hərəkətlərin məqsədi ölkəmizin artan nüfuzuna xələl gətirmək, dost və qardaş ölkələrlə münasibətlərini pozmaqdır.

Təəssüf hissə ilə qeyd olunmalıdır ki, dövlətimizə qarşı aparılan bu informasiya kampaniyalarına dəstək verənlər arasında Azərbaycan əsilli şəxslərə və vətəndaşlarımıza da rast gəlinir.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu fəaliyyətləri diqqətlə izləyir və müvafiq cavab tədbirləri görür.

Bütün maraqlı tərəfləri, o cümlədən vətəndaşlarımızı yalnız rəsmi məlumatlara inanmağa, məkrli qüvvələr tərəfindən yayılan bu cür saxta informasiyalarla mübarizə aparmağa çağırırıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 İyun 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see391

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see141

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see139

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see138

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see134

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see130

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see129

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see129

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see127

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see127

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see126

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see126

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see125

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see124

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see119

Pensiya alanların nəzərinə!

22 Sentyabr 2025 15:00see119

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see119

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see118

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see118

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri