Icma.az
close
up
RU
Milli Məclisin növbəti plenar iclası

Milli Məclisin növbəti plenar iclası

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 29-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda cari məsələlərin müzakirəsi zamanı çıxış edən bəzi deputatlar gündəmdə olan məsələlər barədə fikirlərini bölüşüblər.

Sonra iclasın gündəliyinə daxil edilmiş 15 məsələnin müzakirəsinə başlanılıb. Bildirilib ki, ilk 3 məsələ beynəlxalq sənədlərin təsdiq edilməsi barədə qanun layihələridir və müvafiq Konstitusiya Qanununun tələbinə əsasən, onlar bir oxunuşda baxılıb qəbul ediləcək.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 2017-ci il 14 sentyabr tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinə dair məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən təqdim edilmiş sənəd 1994-cü il sentyabrın 20-də imzalanmış və ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində gerçəkləşən “Əsrin müqaviləsi” ilə başlanan işlərin davamı olaraq, həmin müqavilə çərçivəsində formalaşmış beynəlxalq konsorsiumun əsas iştirakçıları ilə birlikdə yaşıl enerjiyə keçid enerjisi olan təbii qazın hasilatı və pay bölgüsü ilə bağlı məsələləri əhatə edir. Diqqətə çatdırılıb ki, qaz sazişi olaraq bu layihə “Azəri–Çıraq–Günəşli” hasilatın pay bölgüsü sazişinin Kontrakt Sahəsinin coğrafi hüdudları daxilində yerləşən, lakin Kontraktla əhatə olunmayan Sərbəst Təbii Qaz Yataqlarındakı hasil edilməmiş qaz və maye karbohidrogenlərin işlənməsini nəzərdə tutur.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihələrini təqdim edib. Sənədlər səsə qoyularaq qəbul edilib.

Növbəti 9 məsələ üçüncü oxunuşda qanun layihələri olub. S.Qafarova növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu komitənin hər iki məsələ barədə müsbət rəy verdiyini söylədikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında”, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Qrant haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələrə dair məlumat veriblər.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Uşaq hüquqları haqqında”, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələr haqqında danışıblar.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihəni təqdim edib. Layihələr müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Sonra Sahibə Qafarova növbəti iki məsələnin – Miqrasiya Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və ikinci oxunuşda müzakirəyə çıxarıldığını diqqətə çatdırıb. Qanun layihələri haqqında müvafiq olaraq Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Kamal Cəfərov və Bəhruz Məhərrəmov məlumat veriblər. Müzakirələrdən sonra hər iki qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Birinci oxunuşda müzakirəyə təqdim edilən “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə də müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Noyabr 2024 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri