Icma.az
close
up
RU
Milli Məclisin payız sessiyasında növbəti plenar iclas keçirilib AZƏRTAC

Milli Məclisin payız sessiyasında növbəti plenar iclas keçirilib AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın 10 məsələdən ibarət gündəliyi qəbul edildikdən sonra Milli Məclisin sədri Sahibə Qafarova ilk iki məsələnin Prezidentin məktubu ilə Milli Məclisə daxil olduğunu deyib. O, üçüncü oxunuşda müzakirəyə təqdim edilən bu qanun layihələrinin mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. O, birinci məsələnin “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsi, ikinci məsələnin isə “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu qeyd edib.

Arzu Nağıyev “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinə dair məlumat verib.

Bildirilib ki, 3 fəsil, 14 maddədən ibarət olan qanun layihəsi Azərbaycanda minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını müəyyənləşdirir.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Sənəd "Minatəmizləmə fəaliyyəti haqqında" yeni qanun layihəsi ilə bağlıdır və uyğunlaşdırma xarakteri daşıyır.

Arzu Nağıyev bu məsələ ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini nəzərə çatdırdıqdan sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri növbəti məsələnin “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib. Qeyd edib ki, layihə uyğunlaşdırma xarakteri daşıyır və müvafiq Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcək.

Arzu Nağıyev qeyd edib ki, sənəddə adıçəkilən qanunlarda "Dövlət ehtiyatları haqqında" Qanuna uyğunlaşdırmaq məqsədi ilə dəyişiklik edilməsi təklif olunur. Belə ki, dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydası "Dövlət ehtiyatları haqqında" Qanunla tənzimləndiyi üçün layihədə bu ifadənin "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" Qanundan çıxarılması təklif olunur. "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Qanuna təklif edilən dəyişiklik isə "Dövlət ehtiyatları haqqında" Qanunda istifadə olunan anlayışlara uyğunlaşdırılması zərurətindən irəli gəlir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sahibə Qafarova gündəliyin digər 7 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. O, növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Diplomatik xidmət haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Qeyd edib ki, bu siyasətin həyata keçirilməsi mükəmməl diplomatik xidmətin təşkilinə və diplomatik xidmət əməkdaşlarının peşəkarlığına söykənir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə rəhbərlik etdiyi komitənin rəyini bildirib. O, “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin mahiyyəti barədə fikirlərini açıqlayaraq, sənəddə ölkəmizin xaricdə fəaliyyət göstərən diplomatik xidmət orqanı əməkdaşlarının hüquqi vəziyyətinin, maddi təminatının, sosial müdafiəsinin tənzimlənməsi ilə bağlı məsələlərin geniş şəkildə ehtiva edildiyini söyləyib və rəhbərlik etdiyi komitənin qanun layihəsinə dair müsbət rəy verdiyini bildirib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, sənəddə təklif olunan dəyişikliklərin “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinə uyğunlaşdırma məqsədi daşıdığını söyləyib.

Sonra komitə sədrləri Azər Əmiraslanov, Səməd Seyidov, Əli Hüseynli rəhbərlik etdikləri komitələrin müsbət rəyini diqqətə çatdırıblar.

Məsələ ətrafında müzakirələrdə çıxış edən deputatlar fikirlərini, qeyd və təkliflərini bildiriblər.

Sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin komitə sədri Əli Hüseynli Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Qeyd olunub ki, layihə müasir tələblərə cavab verən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda işləməsinin təşviqi, onların bilik və bacarıqlarının ölkənin sosial-iqtisadi inkişafına istiqamətləndirilməsi məqsədilə hazırlanıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə fikirlərini açıqlayaraq qeyd edib ki, Prezidentin müvafiq Sərəncamı əsasında ölkəmizdə yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə "Yüksəkixtisaslı Miqrant Proqramı" təsis edilib. O, layihədə miqrantlara güzəştlərin təklif edildiyini, bunun əmək bazarı və müasir iqtisadi inkişafın reallıqları ilə bağlı olduğunu, yüksək ixtisaslı mütəxəssislərin idxalı və ixracının bazar iqtisadiyyatının mahiyyətindən irəli gələn proses olduğunu deyib. Komitə sədri sənəd barədə rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini söyləyib.

Deputat Qüdrət Həsənquliyev məsələ ilə bağlı bəzi qeydlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, sənəddə Prezidentin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"ndan irəli gələrək bir sıra düzəlişlərin təklif edildiyini deyib.

Komitə sədri Arzu Nağıyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənəd barədə bu komitələrin müsbət rəyini söylədikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, layihədə adı çəkilən qanunlarda əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, təhsil, yol hərəkətinin təşkili, iqtisadiyyat sahələrinə aid müvafiq sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə bilməsi və onların EHİS üzərindən təqdim edilməsinin həmin sənədlərin təqdim edilməsinə bərabər tutulması imkanı ilə bağlı müddəalar təklif olunur.

Müvafiq komitələrin sənədlə bağlı rəyləri təqdim edildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Gündəliyin sonuncu məsələsi olan “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə sədri Azər Əmiraslanov məlumat verib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov layihə ilə bağlı komitəsinin müsbət rəyini bildirib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Dekabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see137

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see136

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see135

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see135

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see132

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see126

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see123

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see122

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see122

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see121

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see120

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see119

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see117

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see116

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see116

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see115

ABŞ da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

13 Aprel 2025 08:23see114

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see114

Kişilərin uğur qazanmasına mane olan 6 VƏRDİŞ

13 Aprel 2025 10:19see113

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri