Icma.az
close
up
RU
Milli Məclisin sədri MDB PA nın Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasında çıxış edib

Milli Məclisin sədri MDB PA nın Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasında çıxış edib

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 18-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 1941-1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasında çıxış edib.

Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbədə böyük rolunu xüsusi qeyd edən Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, xalqımız cəbhəyə 600 mindən artıq oğul və qızını göndərmişdi. Onlardan 300 mindən çoxu döyüşlərdə həlak oldu. Bu dəhşətli müharibədə göstərdikləri igidliyə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub. Azərbaycanlı çağırışçılar və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə görünməmiş igidlik və qəhrəmanlıq nümayiş etdirərək öz adlarını tarixə qızıl hərflərlə yazıblar.

Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçiblər. Onlar Moskva, Leninqrad, Brest, Kiyev, Stalinqrad, Simferopol, Odessa və yüzlərlə digər yaşayış məntəqələri uğrunda rəşadətlə döyüşüblər. Həmvətənlərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında fəal iştirak edərək, partizan hərəkatında saysız-hesabsız qəhrəmanlıq nümunələri göstəriblər.

Milli Məclis sədrinin sözlərinə görə, faşizmə qarşı mübarizədə xalqımız yalnız döyüş meydanlarında deyil, həm də arxa cəbhədə – ordunun ehtiyacları üçün gecə-gündüz çalışaraq qəhrəmanlıq nümayiş etdirib. Həmin dövrdə Azərbaycanın sənaye müəssisələrində 130 adda silah və sursat istehsal olunurdu.

Bu tarixi Qələbədə Azərbaycan neftinin böyük rolundan danışan spiker Sahibə Qafarova bildirib ki, müharibə illərində Sovet İttifaqında hasil edilən neftin dörddə üçü, aviasiya benzininin və yüksək keyfiyyətli motor yağlarının isə 85-90 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında həlledici rol oynamış ordunun tank və təyyarələrinin əksəriyyəti məhz Bakı neftçilərinin göndərdiyi yanacaqla işləyirdi.

Spiker qeyd edib ki, ölkəmizdə İkinci Dünya müharibəsi veteranlarına diqqət və qayğı bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Bu istiqamətdə Prezident tərəfindən imzalanmış çoxsaylı sərəncamlar – müharibə veteranlarına göstərilən qayğının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi bunun bariz sübutudur. Spiker Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin "Veteranlar xalqımızın "qızıl fondu"dur" fikrini xatırladıb.

Xalqların nəhəng səyləri ilə qazanılmış bütün böyük qələbələr hər şeydən əvvəl ədalət kimi ali bir dəyərə sonsuz inamın və onun bərpasına göstərilən səylərin nəticəsidir. Nəticə etibarilə, məhz bu inam böyük Qələbənin başlıca ruhlandırıcı qüvvəsinə çevrilir.

Milli Məclisin sədri çıxışında bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə sayəsində Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası, bu torpaqlarda həyatın bu gün yenidən canlandırılması xalqımızın – həm keçmiş, həm də indiki nəsillərin – ədalətin zəfərinə olan sarsılmaz inamını və onu bərpa etmək əzmini təcəssüm etdirir.

Spiker qeyd edib ki, xalqlarımızın İkinci Dünya Müharibəsində göstərdiyi rəşadət və şücaət gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olmalıdır. Bu, təkcə keçmişin xatirəsi deyil, eyni zamanda gələcək nəsillər üçün bir irsdir. Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının mühüm və son dərəcə zəruri təşəbbüs və layihələri bu tarixi Qələbə barədə ümumi yaddaşın qorunmasına və nəsildən-nəslə ötürülməsinə xidmət edir.

Bu Qələbənin sülh, rifah və parlaq gələcək naminə misilsiz qəhrəmanlıq və cəsarət nümayiş etdirən bütün xalqlarımızın ortaq zəfəri olduğunu deyən spiker Sahibə Qafarova qeyd edib ki, bu Qələbə müxtəlif millətlərin nümayəndələrinin çiyin-çiyinə verərək haqq işini müdafiə etməsinin, xalqlarımızın misli görünməmiş həmrəyliyinin və birliyinin nəticəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see245

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see172

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see143

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see125

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see123

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see122

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see120

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri