Icma.az
close
up
RU
Milli Məclisin deputatları MDB PA nın iclaslarında

Milli Məclisin deputatları MDB PA nın iclaslarında

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Mayın 29-da Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Tədbirdə MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü – MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının sədr müavini Polad Bülbüloğlu iştirak edib.

Polad Bülbüloğlunun sədrlik etdiyi iclasda “Messenatlıq və xeyriyyəçilik fəaliyyəti haqqında”, “Uşaqların onların sağlamlığına və inkişafına zərər vuran informasiyadan qorunması haqqında” model qanunların yeni redaksiyaları, həmçinin “Su hövzələrində mədəni irs obyektlərinin dövlət mühafizəsinin təmin edilməsi haqqında” model qanun layihəsi və digər qanun layihələri ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

***

Sonra Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Hüquqi məsələlər üzrə daimi komissiyasının da videokonfrans formatında iclası keçirilib.

İclasda MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü - MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini Əminə Ağazadə iştirak edib.

Tədbirdə “Ailə-məişət zorakılığına qarşı hüquqi tənzimləmə haqqında”, “Əmlakın istifadəyə verilməsi üçün müqavilələr haqqında”, “Vasitəçilik müqavilələri haqqında” və digər model qanun layihələri üzərində işlərin gedişi barədə fikir mübadiləsi aparılıb.

***

Həmin gün Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Onlayn iclasda MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü – MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının üzvü Mübariz Qurbanlı iştirak edib.

“Dövlət paytaxtlarının, respublika əhəmiyyətli şəhərlərin və rayon mərkəzlərinin statusu haqqında”, “Kreativ sənayelər haqqında” və digər model qanun layihələri müzakirə olunub, MDB-də növbəti dövr üçün model qanun yaradıcılığının uzunmüddətli planına dair təkliflərə baxılıb.

İclasda MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü Mübariz Qurbanlı MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının sədr müavini seçilib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 May 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri