Icma.az
close
up
RU
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqla görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkəmizin COP29 Sədrliyindən irəli gələn məsələlər, həmçinin Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşünə hazırlıq istiqamətində görülən işlər haqqında fikir mübadiləsi aparılıb.

Martin Çunqonq COP29 kimi vacib qlobal tədbirə ev sahibliyi etdiyi üçün ölkəmizə təbriklərini çatdırıb.

Fikir mübadiləsi zamanı COP29-a hazırlıq işlərinin yüksək səviyyədə aparıldığı vurğulanıb və görülən işlər yüksək qiymətləndirilib.

Görüşdə iqlim dəyişikliyinin yaratdığı problemlərin bütün dövlətlərə mənfi təsirlər göstərdiyi, bu istiqamətdə qlobal əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb, COP29-un müzakirə edilən mövzuların aktuallığı, dünyada iqlim dəyişikliklərinin yaratdığı problemlərin aradan qaldırılmasına töhfələri baxımından çox mühüm beynəlxalq tədbir olduğu diqqətə çatdırılıb. Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin iştirak etdikləri COP29-a böyük marağın göstərildiyi və tədbirdə 70 mindən çox qonağın iştirak etməsinin bunun bariz ifadəsi olduğu bildirilib.

Görüşdə Milli Məclislə Parlamentlərarası İttifaq arasındakı münasibətlər yüksək dəyərləndirilib, Azərbaycanın PAİ-nin tədbirlərində fəal iştirak etdiyi, tərəflər arasında uğurlu əməkdaşlığın mövcud olduğu bildirilib. Bu əməkdaşlığın nəticəsi olaraq, COP29 çərçivəsində keçiriləcək Parlament Görüşünün yüksək səviyyədə keçiriləcəyinə inam ifadə edilib.

Tərəflər konfransda müzakirə ediləcək məsələlərin əhəmiyyəti, iqlim dəyişikliklərinə qarşı atılacaq gələcək addımların müzakirəsi baxımından bu tədbirin vacibliyini vurğulayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri