Icma.az
close
up
RU
Şəkinin milli şəhərsalma və memarlıq irsi

Şəkinin milli şəhərsalma və memarlıq irsi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Şəhərsalma və Memarlıq İli – 2026

Tarixi Şəhərlər Liqasının üzvü olan qədim Şəki həm dünya, həm də Azərbaycan şəhərləri arasında özünəməxsus şəhərsalma üslubu ilə seçilir. Bu şəhərdə quruculuq işləri XVIII əsrin şəhərsalma qaydaları qorunmaqla davam edir. Elə məhz buna görə də 24 noyabr 1967-ci ildə Şəki şəhərinin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Tarix-Memarlıq Qoruğu yaradılmış, 7 iyul 2019-cu ildə UNESCO-nun Bakıda keçirilən 43-cü sessiyasında isə bu tarixi mərkəz Şəki Xan sarayı ilə birlikdə “Dünya Mədəni İrsi” Siyahısına daxil edilmişdir.

Bir zamanlar Azərbaycan şəhərləri funksiyasından asılı olaraq 3 hissəyə bölünür: narınqala, şəhristan və rabat adlı sahələrə ayrılırdı. Şəhərin narınqala hissəsi istehkam divarları ilə əhatə olunur, saray və başqa rəsmi inzibati binalar burada yerləşirdi. Əsilzadələrin yaşadığı şəhristan adlanan hissə isə adətən həm müdafiə, həm də görkəm baxımından şəhərin ən önəmli hissəsində yerləşirdi. Rabat hissə isə nisbətən şəhərin kənar qismində sənətkar və tacirlərin yaşadığı məhəllələr kompleksindən ibarət olurdu.

Şəki şəhərində də əhali orta əsrlərin şəhərsalma qaydalarına uyğun şəkildə məskunlaşmışdı. Bu gün Azərbaycanda günümüzə qədər ən yaxşı şəkildə qorunub saxlanılmış və ən geniş əraziyə malik narınqala məhz Şəki qalasıdır. 5 hektardan çox ərazini əhatə edən bu qala divarları içərisində bir zamanlar Şəki xanlarının sarayı, müxtəlif inzibati və yaşayış binaları, hərəmxana, məscid, hamam və s. kimi binalar yerləşirdi. Həmin binalar kompleks halında günümüzə qədər gəlib çatmasa da, qala divarları və Şəki xan sarayı orta əsrlər dövrünün şəhərsalma üslubunda əsas yeri tutan narınqala nümunəsi kimi zamana meydan oxuyur.

XVIII əsrdən bu günə qədər Şəki şəhəri davamlı yaşanılan, yenidənqurma işləri aparılan bir şəhər olmasına rəğmən bu gün də özünəməxsusluğunu qoruyub saxlayır. Şəhristan və rabat zamanla bir-birinə qarışıb sərhədləri itsə də, Şəkidə yeni məhəllə və küçələr formalaşsa da ənənəvi şəhərsalmanın izləri hələ də qalmaqdadır. Bir zamanlar rabatın müəyyən bir qismini təşkil edən sənətkarların yaratdıqları Dabbaqlar, Şərbaflar, Dulusçular kimi məhəllələr bu gün də öz tarixi adlarını qoruyub saxlayırlar. Maraqlı haldır ki, hər məhəllənin öz məscidinin, hamamının və meydanının olması adi hal idi. Bu gün Dabbaqlar məhəlləsində yerləşən Cümə məscidi, Abdusalam hamamı kimi tarixi abidələr tarixin izlərini keçmişdən gələcəyə daşıyır.

Şəki şəhərinin formalaşmasına, planlaşmasına təsir edən nüanslar, sadəcə, orta əsrlərin şəhərsalma qaydaları olmayıb. Şəhərin baş planını təbiət cızıb. Şəhərin tarixi hissəsinin sərhədlərini Qurcana çayı və Dəyirman arxı müəyyən edib. Şəhər Qafqaz sıra dağlarının ətəklərində yerləşdiyindən şəhər sanki amfiteatr şəklində qurulub. Relyef xüsusiyyətləri tikililərin də planlaşmasına mühüm təsir edib. Elə bu səbəbdəndir ki, bu gün Şəkinin tarixi hissəsində yerləşən tikililərin əksəriyyəti bir tərəfdən bir və ya ikimərtəbəli olduğu halda, digər tərəfdən iki, yaxud da üçmərtəbəlidir.

Şəki UNESCO-nun “Dünya Mədəni İrsi” Siyahısına iki kriteriyanın tələbinə cavab verdiyi üçün qəbul edilib. Bunlar II və V kriteriyalardır. II kriteriyaya görə dünya mədəni irsi insan dəyərlərinin mühüm qarşılıqlı təsirini əks etdirməlidir. Bu təsir müəyyən zaman kəsiyində, yaxud konkret mədəni coğrafi ərazidə aşağıdakı sahələrdə özünü göstərməlidir: memarlıqda, tikinti texnologiyalarında, monumental sənətdə, şəhərsalma prinsiplərində, landşaft dizaynında. Sadə dillə ifadə edilərdə bu kriteriya göstərir ki, obyekt müxtəlif mədəniyyətlər arasında əlaqə, təsir və mübadilənin nəticəsidir. Bu baxımdan İpək Yolu üzərində formalaşmış Şəkinin şəhər strukturunda xalq memarlığı ilə yanaşı, Qacar, Osmanlı, Rus imperiyası və Sovet memarlığının təsiri aydın şəkildə hiss olunur.

V kriteriyanın tələbinə əsasən mədəni irs ənənəvi insan məskunlaşmasının, torpaq və ya təbii mühitdən istifadənin nadir və dəyərli nümunəsi olmalıdır. Eyni zamanda, bu irs müəyyən mədəniyyəti təmsil edir, insan–təbiət münasibətini əks etdirir, müasir dəyişikliklər nəticəsində yoxa çıxmaq təhlükəsi altındadır. Daha aydın şəkildə: Bu kriteriya obyektin insanların təbiətə uyğun şəkildə qurduğu həyat modelini göstərir. Məsələn: dağ relyefinə uyğun mərtəbəli evlər, iqlimə uyğun tikinti üsulları, su, torpaq, külək və günəşdən ağıllı istifadə, ənənəvi yaşayış məkanlarının qorunması.

Şəki şəhərsalma və memarlığı ilə nümunədir. Bu şəhərin sadəcə tarixi hissəsində dövlət qeydiyyatına götürülmüş 83 tarix memarlıq abidəsi var. Onlardan biri – Şəki Xan sarayı dünya əhəmiyyətli, on biri ölkə əhəmiyyətli, yetmiş biri isə yerli əhəmiyyətli tarixi memarlıq abidəsidir. 1968-ci ildə ölkə ərazisində daşınmaz tarix və mədəniyyət abidələrinin qeydiyyatı aparılarkən siyahıya cəmi 11 abidə salınmışdı. 2001-ci ildə onların sayı 25-ə, 2021-ci ildə isə 83-ə çatdı.

“Yuxarı baş” Milli Tarix – Memarlıq Qoruğu ərazisində yerləşən bu 83 abidə ilə yanaşı, qoruğun özü də Şəki Xan sarayı ilə eyni inventar nömrəsi altında bütöv olaraq abidə hesab olunur. Bu bütövlüyü, tarixi şəhərin ruhunu, ənənəvi görkəmini mühafizə edib gələcəyə çatdırmaq isə hər bir vətəndaşın borcudur.

Zəminə RƏSULOVA,
Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri