Icma.az
close
up
RU
Konstitusiya və suverenlik milli kimliyimizin təsdiqidir ŞƏRH

Konstitusiya və suverenlik milli kimliyimizin təsdiqidir ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 19 sentyabr, AZƏRTAC

“Konstitusiya dövlətin hüquqi əsasını, suverenlik isə onun siyasi və milli kimliyini ifadə edir. Birlikdə isə bu anlayışlar müasir Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır, daxildə isə sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır”.

Bu fikirləri “20 sentyabr - Dövlət Suverenliyi Günü” ilə bağlı AZƏRTAC-a açıqlamasında açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Prezidentin 28 dekabr 2024-cü il sərəncamına əsasən, bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının dövlətçilik tariximizdə xüsusi əhəmiyyətini vurğulayan Cavanşir Feyziyev diqqətə çatdırıb ki, “Müstəqillik və suverenlik sadəcə hüquqi termin və ya siyasi status deyil, həm də milli kimlik və milli mövcudluq məsələsidir. Hər bir toplum üçün müstəqillik əldə etmək, suveren dövlət qurmaq və onu inkişaf etdirmək bəşəri miqyasda ən böyük milli nailiyyət sayılır. Azərbaycan xalqı tarix boyu saysız-hesabsız sınaqlardan və məhrumiyyətlərdən keçsə də, hər zaman dövlətçilik və suverenlik ideyasına sadiq qalmış, öz milli iradəsini əsrlər boyu qoruyub saxlamışdır. Bu iradənin nəticəsi olaraq Azərbaycan bu gün özünün ərazi bütövlüyünü təmin etmiş tam müstəqil və suveren dövlət kimi beynəlxalq aləmdə layiqli yerini tutur.”

Deputat xatırladıb ki, beynəlxalq hüquqa görə suverenlik dövlətin daxili və xarici siyasətdə müstəqilliyini, heç bir başqa hakimiyyətə tabe olmamasını təsdiq edir. Bu mənada, dövlət suverenliyi anlayışı xalqın öz taleyinə sahib çıxmaq əzminin təcəssümüdür. Azərbaycanın tarixi təcrübəsi göstərir ki, suverenliyin qorunması üçün təkcə hüquqi tanınma kifayət deyil, həm də güclü ordu, milli həmrəylik və uzaqgörən siyasi liderlik tələb olunur.

Dövlət suverenliyinin qazanılmasına gətirən yolda Ulu Öndər Heydər Əliyevin uzun illərin təcrübəsinə əsaslanan əvəzsiz xidmətlərini, Prezident İlham Əliyevin qətiyyətli siyasi və ideoloji mücadiləsini xüsusi vurğulayan Cavanşir Feyziyevin fikrincə, bu günün rəsmi təsis edilməsi həm tarixi ədalətin bərpasını, həm də dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində strateji kursun davamlılığını təsdiq edir.

30 ildən artıq davam edən işğal dövründə ölkəmizin 20 faizdən artıq ərazisi işğal edilmiş, yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmış, tarixi-mədəni irsimiz dağıdılmışdı. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın ərazi bütövlüyünü təsdiq etsə də, onların icra olunmaması beynəlxalq hüquq sistemində ikili standartların olduğunu göstərirdi. Bütün bunlar Azərbaycan xalqının iradəsini sarsıtmadı, əksinə dövlət-xalq birliyindən doğan milli dövlətçilik əzmini daha da gücləndirdi. 2020-ci ilin sentyabrında Ermənistanın yeni hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərdi, torpaqlarımızın böyük hissəsi azad edildi. Azərbaycan yalnız ərazi bütövlüyünü təmin etmədi, həm də beynəlxalq hüququn pozulmuş ədalətini bərpa etdi. 2023-cü ilin aprelində Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması və həmin ilin 19-20 sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə Azərbaycan öz əraziləri üzərində suveren hakimiyyətini tam şəkildə bərpa etdi. Dövlət başçımızın da qeyd etdiyi kimi: “Azərbaycanın dövlət suverenliyi yalnız hüquqi sənədlərlə deyil, real siyasi və hərbi güclə təmin olundu. Beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bütün dünyaya göstərdi”.

Deputat bildirib ki, Dövlət Suverenliyi Gününün rəsmi təsis edilməsi həm 1991-ci ildə müstəqilliyimizin bərpasının, 2020-ci ildə Vətən müharibəsində qazanılmış Zəfərinin və 2023-cü il antiterror əməliyyatlarının məntiqi yekun rəmzidir.

Bu gün dövlət başçımızın qətiyyəti, yüksək diplomatik səriştəsi, həmçinin bütün məsələlərdə beynəlxalq hüquqa və ədalətə istinad edən prinsipial mövqeyi sayəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəlmiş, 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına, eyni zamanda 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilmişdir və hazırda təşkilata uğurla sədrlik etməkdədir. Bu perspektivdə nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana inteqrasiyanın dərinləşməsinə, ölkə reallıqlarını dünya ictimaiyyətinə obyektiv və dolğun çatdırmağa imkan verir. Azərbaycan Prezidentinin sülh və humanizm, birgə geniş əməkdaşlığı təmin edən xeyirxah missiyası qlobal məkanda birliyin, tolerantlığın, sivilizasiyalararası dialoqun, multikulturalizmin dərinləşməsinə töhfə verir, dövlətlərarası səmimi münasibətlərin təmas nöqtələrinin trayektoriyasını müəyyən edir”.

Bu gün Azərbaycan tam müstəqil, suveren dövlət kimi istər siyasi arenada, istərsə də beynəlxalq aləmdə söz sahibidir. Dövlət suverenliyimizin qazanılması müasir Azərbaycan dövlətçiliyinin siyasi fəlsəfəsini və hüquqi legitimliyini təcəssüm etdirən mühüm mərhələdir və bu, 200 ildən sonra xalqımızın əldə etdiyi ən böyük nailiyyətdir. Dövlət Suverenliyi Günü xalqımızın müstəqillik əzmini, dövlətimizin siyasi iradəsini və beynəlxalq arenada qazandığı mövqeyi təsdiq edir. Suverenlik Azərbaycan xalqının milli sərvətidir və onun qorunması gələcək nəsillərin ən ali vəzifəsidir. Dövlət suverenliyinin təmin olunması ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın aparıcı aktoruna çevrilmişdir”, - deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri