Icma.az
close
up
RU
Milli Mətbuat 150 minifutbol turnirinin qalibi müəyyənləşib

Milli Mətbuat 150 minifutbol turnirinin qalibi müəyyənləşib

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turnirinə yekun vurulub.

İdman.biz "Report"a istinadən xəbər verir ki, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Teleqraf" İnformasiya Agentliyinin informasiya dəstəyi ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışın mükafatçıları müəyyənləşib.

AFFA hakimləri tərəfindən idarə olunan turnirin 3-cü yer uğrunda oyununda informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət komandası ictimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət “Ziya” komandası ilə qarşılaşıb. Oyun "Əkinçi"nin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin final oyununda isə televiziya işçilərindən formalaşan “Kaspi” komandası idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" kollektivi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Kaspi"çilər 3:1 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırıblar.

Mükafatlandırma mərasimində ilk 3 yerin sahibləri - "Kaspi", "Kəşkül" və "Əkinçi" müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər. Mükafatları "Yurd.Media-nın baş redaktoru Murad Əliyev, İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov verib.

Turnirin ən yaxşı qapıçısı "Kəşkül"ün qolkiperi Kənan Məstəliyev, yarışın ən yaxşı oyunçusu isə "Kaspi"nin üzvü Nurani İsgəndərov sayılıb. Onlara xüsusi mükafat verilib.

Sonda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov qalib komandaya kuboku təqdim edib.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, AFFA və "Qəbələ" İdman Klubunun təşkilatı dəstəyi ilə keçirilib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 İyul 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri