Icma.az
close
up
RU
Milli mətbuat 150: AZSTAND seminar keçirib

Milli mətbuat 150: AZSTAND seminar keçirib

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AZSTAND media nümayəndələri üçün standartlaşdırma üzrə seminar keçirib.

Seminar milli mətbuatının 150 illiyinə həsr edilib.

"Cebheinfo.az" xəbər verir ki, təlim çərçivəsində media nümayəndələrinə standartların işlənib hazırlanması, ətraf mühitin mühafizəsi, sosial məsuliyyət, korporativ idarəetmə və süni intellekt kimi aktual sahələrdə standartların tətbiqinə dair ətraflı məlumat verilib, beynəlxalq təcrübələr əsasında praktiki nümunələrə nəzər salınıb. 

 Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən media nümayəndələri üçün maarifləndirici seminar keçirilib. Azərbaycan milli mətbuatının 150 illiyinə həsr edilmiş seminarda 40-a yaxın media mənsubu iştirak edib.
Seminar media nümayəndələrini standartlaşdırma fəaliyyəti ilə daha yaxından tanış etmək, dövlət standartlarının işlənib hazırlanması, qəbul olunması və tətbiqi mexanizmləri barədə məlumatlılığı artırmaq məqsədilə təşkil olunub. 

Tədbirdə AZSTAND-ın baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə açılış nitqi ilə çıxış edib. 

AZSTAND-ın fəaliyyətinin ölkədə keyfiyyət infrastrukturunun inkişafı, istehlakçı hüquqlarının etibarlı müdafiəsi və ixrac potensialının artırılmasına istiqamətləndiyi qeyd olunub. Həmçinin İnstitutun milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması ilə rəqabətqabiliyyətliliyin gücləndirilməsi və davamlı iqtisadi inkişafın təmin edilməsinə hədəflənən tədbirləri vurğulanıb. 

Daha sonra AZSTAND nümayəndələri ətraf mühitin mühafizəsi, sosial məsuliyyət və korporativ idarəetmə sahələrində tətbiq olunan standartlar, eləcə də süni intellekt texnologiyaları üzrə standartlara dair təqdimatlarla çıxış ediblər. 

Tədbir iştirakçıları standartların müasir tələblərə uyğunlaşdırılması və tətbiqinin praktiki əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər.

Seminarın sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. 

Əfsanə 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri