Icma.az
close
up
RU
Şamaxıda keçiriləcək Milli Mətbuat 150 minifutbol turnirinin təqdimatı baş tutub FOTO

Şamaxıda keçiriləcək Milli Mətbuat 150 minifutbol turnirinin təqdimatı baş tutub FOTO

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Mətbuat Şurasında Milli Mətbuatın 150 illik yubileyi ilə bağlı 19-20 iyulda Şamaxıda təşkil olunacaq minifutbol turnirinin təqdimatı və püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə təşkilatçılarla yanaşı, yarışda mübarizə aparacaq komandaların nümayəndələri də iştirak ediblər.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Umud Rəhimoğlu Milli Mətbuatın 150 illiyinin ölkə ərazisində geniş şəkildə qeyd olunduğunu diqqətə çatdıraraq jurnalistlərin iştirakı ilə belə bir turnirin keçirilməsinin vacibliyini vurğulayıb. Umud Rəhimoğlu bu yarışın Milli Mətbuat Gününə rəng qatacağını bildirib, gələcəkdə belə yarışların Qarabağ bölgəsində də təşkil oluna biləcəyini söyləyib.

Təşkilatçılarından olan İdman Araşdırmalar Mərkəzinin rəhbəri Elşən Məmmədov turnirin formatı barədə məlumat verib. O qeyd edib ki, yarışda iştirak edəcək komandalar Azərbaycanda XIX əsrdə nəşr olunan olunan ilk nəşrlər - "Əkinçi", "Ziya", "Kəşkül" və "Kaspi" kimi adlandırılıb. 

Digər təşkilatçı olan "Yurd.Media"nın baş redaktoru Murad Əliyev çıxışında qeyd edib ki, turnirdə Bakıda fəaliyyət göstərən jurnalistlərlə yanaşı, bölgələrdə çalışan media nümayəndələri də iştirak edəcək. Jurnalistlər arasında müxtəlif yarışların bölgələrdə təşkil olunmasının əhəmiyyətini vurğulayan baş redaktor belə turnirlərin ənənəvi olacağına ümidvar olduğunu bildirib.

Yarışın informasiya dəstəkçisi olan “Teleqraf” İnformasiya Agentliyinin direktoru İmdad Əlizadə çoxsaylı yubiley tədbirləri sırasında xüsusilə seçilən bu futbol turnirində həm yazılı, həm onlayn media, həmçinin televiziya jurnalistlərinin iştirak etdiyini vurğulayıb. Onun sözlərinə görə, belə turnirlərin mahiyyəti kubok qazanmaqdan daha çox jurnalistlər arasında kommunikiasiyanın qurulması, bayram tədbirlərini aktiv istirahətlə qeyd etməsidir.

Turnirin baş sponsoru olan “Avrora Qrup”un nümayəndəsi Vasif Musayev bu il minifutbol üzrə Azərbaycan millisinin dünya çempionu olduğunu xatırladaraq ölkədə son illər idmanın bu növünə artan marağın təsadüfi olmadığını vurğulayıb. Onun sözlərinə görə, məhz bu səbəbdən 150 illiyini qeyd edən mətbuat nümayəndələri arasında minifutbol turnirinin keçirilməsi simvolik əhəmiyyət daşıyır.
Mətbuat Şurasının icraçı katibinin müavini İlqar Tağıyev öz çıxışında müxtəlif illərdə jurnalistlər arasında futbol turnirlərinin təşkil olunduğunu qeyd edərək media həmrəyliyi işində bu kimi yarışların gözəl imkan olduğunu bildirib. Onun sözlərinə görə, Mətbuat Şurası hər zaman belə təşəbbüsləri dəstəkləyib.
Sonra turnirin püşkatma mərasimi keçirilib. Püşkün nəticələrinə əsasən yarımfinal oyunlarında İctimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət “Ziya” komandası televiziya işçilərindən formalaşan “Kaspi” komandası ilə, əsasən idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" komandası informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət "Əkinçi" komandası ilə qarşılaşacaq. Turnirin ikinci günündə qalib komandalar final, məğlub olanlar isə 3-cü yer uğrunda oyunlarda öz qüvvəsini sınayacaqlar.

Açılış mərasimi iyulun 19-da Şamaxı Olimpiya İdman Kompleksində saat 15:00-da olacaq. Turnirin oyunlarını AFFA-nın hakimləri idarə edəcək. İyulun 20-də müəyyənləşəcək qalibə kubok təqdim olunacaq, ilk 3 yerin sahibləri medallarla, bütün iştirakçılar isə sertifikatlarla təltif ediləcəklər. 

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, AFFA və Şamaxı Olimpiya İdman Kompleksinin təşkilatı dəstəyi ilə keçiriləcək.

"Neftçi" “Hapoel Təl-Əviv”lə üz-üzə - YENİLƏNİR “Kristal Pelas”ın yetirməsi “Karvan”da - RƏSMİ “Araz-Naxçıvan” “Trabzonspor”a qarşı - YENİLƏNİR “Karvan”ın yeni vitse-prezidenti bəlli olub Qurban Qurbanov israr edir: “Qarabağ” üçüncü təklifi göndərdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://apasport.az
archiveBu xəbər 17 İyul 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri