Icma.az
close
up
RU
Milli Mətbuatın Strateji Yolu: “Əkinçi”dən Şuşaya qədər

Milli Mətbuatın Strateji Yolu: “Əkinçi”dən Şuşaya qədər

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan milli mətbuatının əsası 22 iyul 1875-ci ildə qoyuldu. Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti yalnız informasiya yaymaq məqsədi daşımırdı, o, milli kimliyin dirçəldilməsi, xalqın maariflənməsi və azad fikir platformasının qurulması üçün təməl rolunu oynadı. Bu gün Milli Mətbuat Günü, yalnız bir tarix deyil, azərbaycanlıların fikr müstəqilliyinin, söz azadlığına olan inamının və gələcəyə yönəlmiş ictimai məsuliyyətinin təcəssümüdür.

Milli mətbuatımızın yaranması Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi ilə vəhdətdə inkişaf etmişdir. “Əkinçi” yalnız bir nəşr deyil, milli dirçəlişin ideoloji manifestidir. Onun səhifələri illər boyunca milli şüurun formalaşması, azadlıq amallarının təşviqi və maarifçilik ideyasının yayılması üçün tribuna olmuşdur. Bu miras zamanla müxtəlif dövrlərdə formalaşan mətbuat orqanlarında yaşamağa davam etmiş, dövrün çağırışlarına cavab verməyi bacarmışdır. "Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

Zaman keçdikcə mətbuat təkcə informasiya mənbəyi olmaqla kifayətlənmədi, həm də milli dirçəlişin, azad sözün və ictimai dəyərlərin formalaşmasında mühüm töhfələr verdi. Sovet dövrünün ideoloji çərçivələrinə baxmayaraq, Azərbaycan mətbuatı sözün gücünü qorumağa nail oldu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə media sahəsi yeni inkişaf mərhələsinə qədəm qoydu. Vətəndaş cəmiyyəti formalaşmağa başladı, media isə onun əsas sütunlarından birinə çevrildi.

Prezident İlham Əliyevin fikirləri bugünkü mətbuatın dəyərlər sistemini aydın şəkildə ortaya qoyur: operativlik, obyektivlik, milli maraqların müdafiəsi. Azərbaycan mətbuatı informasiya cəmiyyətinin strateji aktoruna çevrilmiş, həm ölkə daxilində, həm də beynəlxalq arenada aktual məsələlərin işıqlandırılmasında mühüm rol oynamışdır. Media sahəsində aparılan islahatlar jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və informasiya resurslarının iqtisadi müstəqilliyinin artırılması baxımından mühüm mərhələ təşkil edir.

Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığı fundamental hüquqlar sırasındadır. Bu hüquqi baza ölkədə medianın azad və güclü cəmiyyət institutu kimi formalaşmasına şərait yaradıb. Mətbuatın rolunun sadəcə informasiya yayımı ilə məhdudlaşmadığı, həm də ictimai vicdanın formalaşmasında iştirak etdiyi yeni bir mərhələ yaşanır.

İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan mediası faktiki olaraq informasiya cəbhəsinin əsgəri oldu. Düşmənin saxta informasiyalarına qarşı həqiqətin səsləndirilməsi, xalqın həmrəyliyinin və Vətən uğrunda mübarizənin ruhunun gücləndirilməsi mediamızın strateji rolunu bir daha sübut etdi. Bu dövr mətbuat tariximizə yeni bir mərhələ-vətənpərvərlik və ideoloji möhkəmlik mərhələsi kimi daxil oldu.

2022-ci ildə media nümayəndələrinin peşə bayramını Şuşada qeyd etməsi təkcə simvolik hadisə deyildi, milli mətbuatın diplomatik statusunun və qlobal platformada təmsilçilik imkanlarının göstəricisi idi. Şuşada keçirilən Qlobal Media Forumu ilə Azərbaycan mətbuatı artıq regional deyil, beynəlxalq diskursun bir parçasıdır. Bu, milli sözün qlobal miqyasda daşıyıcı roluna yüksəlməsi deməkdir.

Anadilli mətbuat milli identitetin formalaşmasında həlledici gücə sahibdir. Azərbaycan dilində yayımlanan nəşrlər təkcə informasiya mənbəyi deyil, həm də düşüncə tərzinin daşıyıcısı, milli yaddaşın yazılı salnaməsidir. Bu mətbuat vasitəsilə xalqımız özünü tanıyır, öz tarixini dərk edir və gələcəyinə istiqamət verir.

Milli Mətbuat Günü yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyin inşası üçün strateji düşüncə tərzinin gücləndirilməsidir. Zərdabidən başlayaraq Şuşada yüksələn səsə qədər bu yol, ideoloji dayanıqlığın və ictimai vicdanın sarsılmaz xəttini təşkil edir. Azərbaycan mətbuatı milli kimliyin, diplomatik nüfuzun və ictimai möhkəmliyin vazkeçilməz sütunudur.

Tutu Kamal qızı,

YAP Zəngilan rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 İyul 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri