Icma.az
close
up
RU
Milli Müdafiə Universitetinin rektoru: Kursantlardan qırx üçü Türkiyədə, üçü Rusiyada, biri İtaliyada hərbi həkim ixtisası üzrə təhsil alır

Milli Müdafiə Universitetinin rektoru: Kursantlardan qırx üçü Türkiyədə, üçü Rusiyada, biri İtaliyada hərbi həkim ixtisası üzrə təhsil alır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 may, AZƏRTAC

Vətən müharibəsində Hərbi tibb fakültəsinin şəxsi heyəti döyüş bölgələrində – cəbhə xəttində və səyyar hospitallarda – tibbi təminatın təşkilində yaxından iştirak edib. Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, yaralıların vaxtında və səmərəli şəkildə müalicəsi bölmələrin döyüş qabiliyyətinin qorunmasında böyük rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bunu Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov Azərbaycan Tibb Universitetində (ATU) Hərbi tibb fakültəsinin yaranmasının 25 illik yubileyinə həsr edilmiş “Hərbi təbabətin aktual problemləri - 2025” adlı elmi-praktik konfransın açılışında deyib.

ATU-da Hərbi tibb fakültəsinin 2000-ci ildə yaradıldığını bildirən G.Əbdülov fakültədə hərbi tibbi təhsilin bütün formalarının mərkəziləşdirildiyini diqqətə çatdırıb: “Hərbi tibb fakültəsinin tapşırığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyacına uyğun hərbi həkim və feldşer hazırlamaq, ordunun tibb heyətinin müxtəlif ixtisaslar üzrə təkmilləşdirilməsini həyata keçirməkdir. Birinci Qarabağ müharibəsindən çıxarılan nəticələr Hərbi tibb fakültəsinin professor-müəllim heyəti tərəfindən təhlil olunmaqla tədrisdə yeniliklərin tətbiq edilməsi və kursantlar tərəfindən mənimsənilməsi nəticəsində Vətən müharibəsində tibbi təminat yüksək səviyyədə təşkil olundu. Vətən müharibəsində Səhiyyə Nazirliyi, TƏBİB və güc strukturlarının tibb xidmətləri ilə birgə həyata keçirilən fasiləsiz fəaliyyətlər döyüş itkilərinin və əlillik hallarının azaldılmasına səbəb oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu rayon və şəhərlərimizdə inşa edilmiş müasir tibb müəssisələri qoşunlara operativ və fasiləsiz tibbi dəstəyi təmin edib, müharibənin gedişatında böyük rol oynayıb. Müdafiə Nazirliyi Hərbi tibb fakültəsinin fəaliyyətinə daim yüksək əhəmiyyət verib, vəzifələrinin icrasına hər zaman xüsusi diqqət ayırıb. Nazirliyin beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində tibb ixtisaslı hərbi qulluqçuların xaricdə təhsilinə geniş imkanlar yaradılıb. Hər il fakültəyə qəbul olunmuş abituriyentlərdən ən yüksək bal toplayanlar xarici ölkələrə, xüsusilə Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırma Xəstəxanasına təhsil almağa göndərilir. Hazırda Hərbi tibb fakültəsinin hərbi həkim hazırlığı kurslarının 43 kursantı Türkiyədə, 3 kursantı Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasında, 1 kursantı İtaliyada hərbi həkim ixtisası üzrə təhsil alır. Hərbi tibb fakültəsinin Feldşer hazırlığı kursunun 8 kursantı Türkiyədə Gülhanə Tədris Araşdırma Xəstəxanasına təhsil almaq üçün göndərilib, təhsili bitirdikdən sonra 2 kursantının 14 ay müddətində diplomdan sonrakı təhsil məqsədilə Almaniyada kursa göndərilməsi planlaşdırılıb. Hərbi tibb fakültəsinin rezidenturasında təhsil alan rezidentlər bütün xərcləri qarşılanmaqla təhsilin son kursunda Gülhanə Tədris Araşdırma Xəstəxanasında rotasiya keçirlər. Həmin proqram çərçivəsində hazırda Hərbi tibb fakültəsinin 9 nəfər rezidenti həmin müəssisədə təcrübəyə cəlb olunub. Hərbi tibb fakültəsinin kursantlarının xaricdə ölkəmizi təmsil etmələri, bilik və bacarıqlarını nümayiş etdirmələri həmin dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Bu da öz növbəsində fakültənin sadəcə ölkə daxilində deyil, xaricdə də nüfuzunun artmasına səbəb olur”.

General-mayorun sözlərinə görə, ötən ildən etibarən MMU-da sənədlərin qəbulu ilə əlaqədar vətəndaş məmnunluğunun və müraciətlərin əlçatanlığının yüksəldilməsi məqsədilə respublikanın müxtəlif şəhər və rayonlarında 17 sənəd qəbulu məntəqələri yaradılıb. Nəticədə Hərbi tibb fakültəsinə sənəd verənlərin və qəbul olanların sayı və qəbul balları yüksəlib. Əvvəlki illərlə müqayisədə hərbi tibb ixtisasına qəbul olanların sayında 51, qəbul olanların keçid balında 14, qəbul olanların bal ortalamasında isə 9,2 faiz artım qeydə alınıb. Həmçinin feldşer hazırlığı kursuna qəbul olanların sayı 16, qəbul olanların keçid balı 31, qəbul olanların bal ortalaması isə 27,4 faiz yüksəlib. Bu il həyata keçirilən islahatlar nəticəsində Hərbi tibb fakültəsinə sənəd qəbulu rəqamsal portal üzərindən icra olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri