Icma.az
close
up
RU
Milli musiqi alətlərimiz kral muzeyində

Milli musiqi alətlərimiz kral muzeyində

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Azərbaycanın Belçika və Lüksemburqdaki səfirliyinin təşkilatçılığı ilə UNESCO üzrə Milli Komissiya qədimi musiqi alətlərimizi Brüsseldəki "Kral İncəsənət və Tarix Muzeyi" nə hədiyyə edib.

Kulis.az xəbər verir ki, Azərbaycan musiqi alətlərinin Kral İncəsənət və Tarix Muzeyinə təqdim edilməsi mərasimini Belçikada "Baroque and More" musiqi təşkilatının bədii direktoru Lük Pone giriş sözü ilə açaraq, tədbir və onun məqsədi barədə məlumat verib. UNESCO üzrə Azərbaycan Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev muzey rəhbərliyinə milli musiqi və musiqi alətləri - tar, kamança və qavala marağına görə təşəkkür edib. Tar, kamança və qavalın UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri kimi tanınan Muğam musiqi janrının fundamental elementləri olduğunu bildirib. Diplomat qeyd edib ki, Azərbaycan bu günə kimi 24 elementi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Zəngin və rəngarəng Azərbaycan mədəniyyətində muğam sənəti xüsusi yer tutur. Tar, kamança və qavaldan ibarət muğam üçlüyü tarixə kök salmış Azərbaycan musiqi ənənələrinin bənzərsiz nümunəsidir. Bu üç alət təkcə Azərbaycan musiqi mədəniyyətinin nümunələri deyil, həm də 90-a yaxın ənənəvi musiqi alətini özündə birləşdirən irsimizin zənginliyini aydın əks etdirir.

Belçikanın musiqi mütəxəssisləri muğam, eləcə də tar, kamança və qavala bağlı fikirlərini bölüşüb, muğamın böyük bir dərya olduğunu bildiriblər.

Musiqişünas və Musiqi Alətləri Muzeyinin Qərb nəfəs və zərb alətləri kolleksiyasının kuratoru Jeri Dümulen (Gery Dumoulin) tar, kamança ilə bağlı təəssüratlarını bölüşərək, onların füsunkar olduğunu deyib.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, “Tərəqqi” medalı laureatı, tarzən Sahib Paşazadə muğam musiqisi, tar, kamança və qaval alətləri, onlarla ifa tərzləri haqqında ətraflı məlumat verib.

Əməkdar artist Sahib Paşazadə (tar), Azərbaycan Xalq artisti, tanınmış pianoçu və bəstəkar Yeganə Axundova və Xəyyam Məmmədovun (kamança) müşayiəti ilə xanəndə, Azərbaycanın Əməkdar Artisti İlkin Əhmədov "Küçələrə su səpmişəm", "Şuşanın dağları başı dumanlı", "Sarı gəlin" xalq mahnılarını, eləcə də Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Vaqif Mustafazadə, Rauf Hacıyev, Bəhram Nəsibov, Vasif Adıgözəlov, Həsən Rzayev, Fərhad Bədəlbəylinin musiqilərini ifa edib. Azərbaycan musiqisi belçikalı musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb. (Azərtac)

Daha bir aktyor müharibədə öldü Əməkdar artist: "Vəfatından əvvəl onun qucağında mahnı oxudum" Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Dekabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri