Icma.az
close
up
RU
Milli olaraq istəmirik ki, sabah uduzaq

Milli olaraq istəmirik ki, sabah uduzaq

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Azərbaycan milli komandası sabah Haiti yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək. Sport24.az xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Start heyəti bəllidir?

- Sabah kim oynayacaqsa, artıq məlumdur. Qərarlaşdırmışam. 

- Komandaya yeni cəlb olunan gənclərə bu və ya növbəti matçda şans verəcəksiz?

- İndidən sabah hansı heyətin olacağını deyə bilmərəm. Bəzi oyunçular start heyətində olacaq, bəziləri ehtiyat skamyada.

- Sabahkı matçdan gözləntiləriniz nədir?

- Yaxşı rəqibə qarşı oynayacağıq. Rəqibin yaxşı oyunçuları var. Onların son 5-6 matçını izləmişik. Pozitiv və pozitiv olmayan cəhətləri var. Hamısını analiz etmişik. Maraqlı oyun olacaq. Hücum futbolu oynayırlar. Analizdə göründü ki, iki hücumçu ilə oynayırlar. Hər ikisi hərəkətlidir, komanda yoldaşları da onları axtarır. Biri "Kayserispor"da, digəri AEK-də çıxış edir. Haiti elə millidir ki, top itkisindən sonra yenidən topu ələ keçirməyə çalışırlar. Müdafiə baxımından zəif nöqtləri var, burada açıqlamayacam. Bunun üzərində dayanmağa çalışacağıq.

- Millidə ab-hava necədir?

- Çox yaxşı məşqlər keçmişik, əhval-ruhiyyə yaxşıdır. Sabah qalib gəlməyə çalışacağıq. Millilər arasındakı oyunlar yoldaşlıq matçı kimi qəbul olunmur. Düzdür, bu oyuna görə xal verilmir. Milli olaraq istəmirik ki, sabah uduzaq. Sabahkı matç bizim üçün çox vacibdir.

- Haiti millisinin üzvləri fiziki cəhətdən çox üstündürlər, bizim milliyə cəlb olunanlar isə fiziki cəhətdən zəif görünür. Onları nə ilə üstələyə bilərik? 

- Kollektiv şəkildə daha güclü çıxış etsək, rəqibin fiziki gücünün qarşısını ala bilərik. Oyunçuların xarakteristikası belədir, onu dəyişə bilmərik. Futbol sırf fiziki hazırlıqdan asılı deyil. Taktika hər şeydən üstündür. Oyunun ritmi haqda sual versəz, uyğun olardı. Futboldur, hamısı rəqabətə hazır olmalıdır.

- Xorvatiya - Fransa görüşünü izlədiz? 

- Biz sabah onlarla qarşılaşmırıq. Sabah Haiti ilə qarşılaşacağıq. Kimsə bizə rəqib olacaq, onda danışarıq. Hazırki durumda hansı komandanın gəlməsi önəmli deyil. Məni yalnız Haiti ilə oyun maraqlandırır.

- Azərbaycanda Novruz bayramı keçirdiniz. Ab-hava necə idi? 

- Bayram haqda məlumatım çoxdur. Azərbaycan çox yaxşı ölkədir. Avropanın 20 ən yaxşı ölkəsindən biridir. Azərbaycan çox təhlükəsiz ölkədir, rahatlıqla yaşamaq olur. Dünən də şəxsən özüm hamını təbrik etmişəm.

- Sabahkı matça cəmi 1300 bilet satılıb. Bunu nə ilə əlaqələndirirsiz? 

- Azarkeşlərin milliyə yaxın olması, dəstəkləməsi çox vacibdir. Bir müddətdir ki, Azərbaycandayam. Milli çempionatın oyunlarına da az adam gəlir. Amma Avropada çıxış edən komandaların matçına daha çox adam gəlir. Son olaraq daha çox azarkeşin gəldiyi oyun "Neftçi" - "Qarabağ" idi. 9 mindən çox adam gəlmişdi. Mükəmməl atmosfer var idi, oyunun ritmi azarkeşlərə görə daha da artmışdı. Ümid edirəm ki, millimizin oyunlarına da çox azarkeş gələcək. Mən də azarkeşləri başa düşürəm, yalnız qələbələr gözləyirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://sport24.az
archiveBu xəbər 21 Mart 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri