Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş tamaşa hazırlanır
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 21 may, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrında 1-ci Qarabağ müharibəsinin əfsanəvi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Ölməz” adlı tamaşa hazırlanır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsəri Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında hazırlanan qəhrəmanlıq dramıdır. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Ümid Abbaszadədir. Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edəcək.
Tamaşanın premyerası yaxın vaxtlarda nəzərdə tutulub.
Tamaşada Natiq Qasımovun qəhrəmanlığından geniş bəhs edilir. Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Natiqi Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağa razılaşır. O, hətta təslim olduqda belə Azərbaycan bayrağını düşmənə vermir. Natiq Qasımov əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 21 May 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















