Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə həsr olunan uşu sanda turniri keçirilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Astara, 28 dekabr, İlkin Adıyev, AZƏRTAC
Astara Olimpiya İdman Kompleksində uşu-sanda idman növü üzrə Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə həsr olunmuş klublararası turnir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnir Astara–Lənkəran Regional Gənclər və İdman İdarəsi, Çin Döyüş Növləri Assosiasiyası və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Yarışda İsmayıllı, Göyçay, Bərdə, Astara, Masallı və Bakı şəhərlərindən olmaqla 100-dən çox yeniyetmə və gənc idmançı iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə müxtəlif çəki dərəcələri üzrə qaliblər və mükafatçılar müəyyənləşdirilib.
Uğur qazanan idmançılar Azərbaycan Uşu Federasiyasının və Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.
Qeyd olunub ki, yarışın əsas məqsədi gənclərin vətənpərvərlik ruhunda, sağlam, intizamlı və idmana maraqlı şəkildə yetişdirilməsidir. Bu məqsədlə Azərbaycan Uşu Federasiyası tərəfindən 2026-cı ildə də şəhidlərimizin və milli qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş turnirlərin silsilə şəkildə keçirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 28 Dekabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















